Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi




Download 4.52 Mb.
Pdf ko'rish
bet4/35
Sana05.11.2023
Hajmi4.52 Mb.
#94424
1   2   3   4   5   6   7   8   9   ...   35
Bog'liq
kabellarin-qurasdirilmasi

İstifadə olunan ədəbiyyat 
65 



 
Giriş 
İki əsrə yaxındır ki, elektrik enerjisinin alınması, çevrilməsi, ötürülməsi və paylanması üzrə dünyada 
böyük işlər aparılır. Yeni elektrik şəbəkələri tikilir, mövcudları təzədən qurulur və təkmilləşdirilir. Bunlar, 
elektrik stansiyaları, yarımstansiyalar, elektrotexniki qurğular, elektrik veriliş hava xətləri (HX) və kabel 
xətləri (KX), mühafizə və avtomatika cihazları vasitəsi ilə həyata keçirilir. Kabellər gərginlik sinfi, təyinatı, 
konstruksiya və elektrik xarakteristikalarına görə fərqlənirlər. Kabellər keçirici alüminium (Al) və ya Mis 
(Cu) damardan, ekran, damar izolyaisyası, izolyasiya üstü ekran, Al və qurğuşun qilaf və xarici mühafizə 
örtüyündən ibarət olan konstruksiyalardır.
Üçfazalı kabel xətləri eyni gərginlikli hava xətlərindən (HX) daha bahalıdır. Onlar çox zəhmətli, təmir 
müddətinin uzun və bahalı olması ilə yanaşı, yüksək ixtisaslı montaj heyətinin olmasını da tələb edir. 
Üstəlik kabel xətti ilə eyni gücün ötürülməsi, HX-nə nisbətən daha çox əlvan metalların sərf edilməsini 
tələb edir. 
KX-nin HX-nə nisbətən daha az istifadə edilməsinə bir səbəb kimi və yalnız HX-nin çəkilməsinə icazə 
verilmədiyi yerlərdə istifadəsi mümkündür. Bunlara baxmayaraq, kabel xətlərinin aşağıdakı üstünlükləri 
də vardır:
a) Atmosfer təsirlərinə məsələn, külək, buzlaşma, ildırım boşalmalarına məruz qalmaması;
b) Trasların gizliliyi və kənar şəxslərin kabelə müdaxilə etməməsi; Kabel xətlərinin əsas elementləri 
aşağıdakılardır: a) elektrik enerjisini ötürən kabel; b) kabelin ayrı-ayrı tikinti uzunluqlarını birləşdirən 
muftalar, muftalar kabellərin bir tikinti uzunluğunu digər kabellə birləşdirir və bütün xəttin uzunluğu 
üçün vacib elementlərdir; c) sonluq muftalar və ya işləmələr; d) yüksək gərginlikli (110 kV və daha böyük) 
kabel xətlərinin yağ durdurucu muftaları; e) ekranayırıcı transpozisiya muftaları; j) kabelin temperatur 
və təzyiqinə nəzarət edən siqnal kabelləri və sistemlər; i) kabellərin təbii çəkilişi mümkün olmadıqda, 
onları kollektor, tunel, blok və s. tikililərdə çəkirlər.
Kabellər həm quruda, həm də su altında montaj edilə bilər. Hər bir hal üçün uyğun konstruksiya 
elementlərinə malik kabel seçilməlidir. Su altı çəkilişlər üçün hazırlanmış ikiqat lent zirehə malik olan 
kağız izolyasiyalı MKK, MNSK (kordel stirofleks izolyasiyalı) markalı kabellər tətbiq edilir. Su altı polietilen 
izolyasiyalı, koaksial zirehli kabellər KPK-5/18 markaları ilə buraxılır. Sualtı çəkilişdə əsasən qurğuşun 
qilaflı, dairəvi polad məftil zirehli kabellər istifadə edilir. Qurğuşun qilaflı kabellər həm də şaxtalarda, 
təhlükəli qaz və toz olan mühitlərdə çəkilir. Qalan hallarda Alüminium və plastmas qilaflı kabellər istifadə 
edilir.
Bu modulu tamamladıqdan sonra tələbə hava və kabel xətlərinin konstruksiyasını, keçirici məmulatları, 
gərginliyi 1000v-a qədər olan elektrik xətlərin quraşdırılmasını, mühafizə yerlə birləşdirmə 
şəbəkələrinin quruluşu və quraşdırılmasını biləcəkdir. 




Download 4.52 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   35




Download 4.52 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi

Download 4.52 Mb.
Pdf ko'rish