ƏLAVƏLƏRLƏRİN TƏTBİQİ İLƏ BİTUM YAPIŞDIRICILARININ XASSƏLƏRİNİN YAXŞILAŞDIRILMASI




Download 2.97 Mb.
bet5/9
Sana02.03.2022
Hajmi2.97 Mb.
#3610
1   2   3   4   5   6   7   8   9
ƏLAVƏLƏRLƏRİN TƏTBİQİ İLƏ BİTUM YAPIŞDIRICILARININ XASSƏLƏRİNİN YAXŞILAŞDIRILMASI
Təbii üzvi yapışdırıcılar (bitum, asfalt) çox qədim zamanlardan məlumdur. Bitumlardan hörgülərə su sızmasının qarşısını almaq, divar və örtükləri izolyasiya etmək üçün, habelə yol tikintisində istifadə edilir.
Bitumların bir çox xassələri dərin tədqiqatlar aparılmasını tələb edir. Bu hər şeydən öncə, neftin emalından alınan qalıq məhsulun kimyəvi tərkibinin sturuktur mürəkkəbliyi ilə bağlıdır.
Bitumların başqa gözəçarpan xüsusiyyətləri onların kimyəvi tərkibində molekulların müntəzəm olaraq polimerləşməsi və yapışdırıcının köhnəlməsi nəticəsində dəyişməsidir. Bitum kifayət qədər səthi aktivliyə malik olmayıb daş materiallarının səthinə pis yapışarsa, onun yapışqanlığını yaxşılaşdıran səthi-aktiv əlavələrdən istifadə edirlər.
Bitum emulsiyalarında yolların tozdan təmizlənməsi, yamacların bərkidilməsi məqsədilə qruntların emal edilməsi, hopdurma üsulu ilə örtüklərin tikilməsi, qara qırmadaşın hazırlanması, örtüklərin təmiri və s. üçün istifadə olunur.
Inşaat konstruksiyalarında hidroizolyasiya işlərinin aparılması üçün əsas və geniş yayılmış üsullardan biri də bitum materiallarından istifadə etməklə izolyasiya qatının çəkilməsidir.
Bitum materiallarının nisbətən geniş yayılması, aqressiv təsirlərə dayanıqlığı və istismar xərclərinin nisbətən az olması, bu materialların istifadə dairəsini genişləndirir.Bitumlar karbohidrogenlərin yüksək molekullu metal, naften və aromatik qarışığından, onların oksigen, azot və kükürd törəmələrindən ibarətdir.
Beton örtüklərinin istismarının etibarlılığının yüksəldilməsinin ən vacib şərtlərindən biri də bitumun xassələrinin keyfiyyətinin yüksəldilməsi və onların istismar şərtlərinə uyğun seçilməsidir. Bitumun keyfiyyətinin yüksəldilməsi xüsusi yüksəkmolekullu neftin seçilməsi və çeşidlənməsi, habelə müxtəlif tipli əlavələrin qatılması hesabına başa gəlir. Bitum örtüyünün uzunömürlülüyünə bitumla mineral materialın möhkəm əlaqəli olması ciddi təsir göstərir. Bitumla mineral materialların yapışmasını yaxşılaşdırmaq üçün səthi-aktiv maddələrdən istifadə olunur. 
Bitumdan hazırlanan materiallar aşağıdakılardır:
Asfalt, örtük və hidroizolyasiya materialları, yapışdırıcı və örtük tərkibləri.
Yol tikintisində yapışdırıcı kimi istifadə olunan bitumlar aşağıdakı xassələrə malik olmalıdır:
1. Daş materialları ilə asanlıqla yapışaraq möhkəm, suya dayanıqlı pərdə yaratmaq;
2. Materialla yapışaraq, onu yaxşı bilmək və mineral hissəciklər yüksək möhkəmliyə malik vahid monolit halında birləşdirmək üçün lazımi özlülüyə malik olmaq;
3. Yol örtüklərinin istismarı zamanı bitumlar öz xassələrini dəyişməməli, sabit qalmalıdır.
Bitumlu materialların fiziki-mexaniki xassələri bir tərəfdən, materialı onun molekulyar quruluşu baxımından səciyyələndirməli, o biri tərəfdən isə yapışdırıcıya onun yol örtüyündə işləmə şəraitindən asılı olaraq, gərəkli xassələr toplusunu verməlidir. Bitumların dayanıqlığı onların tərkibindəki, yağ, qətran və asfaltenlərin miqdarı ilə şərtlənir. Tərkibinə görə müxtəlif olan neft məhsullarını müəyyən miqdarda qarışdırmaqla lazımi xassələrə malik bitum ala bilərik. Bundan
başqa qarışdırmalara əsaslanan bitum istehsalının texnoloji prosesi bituma müxtəlif əlavələrin daxil edilməsinə imkan yaradır. Məsələn, özlü neft məhsullarına yüngül neft fraksiyaları, polimerlər, daş kömür qətranları və səthi-aktiv maddələr əlavə edilə bilər. Qarışdırma üsulu ilə bitumların alınmasının texnoloji prosesi indi geniş tətbiq edilir.
Tərkibindəki parafinlər bitumun kövrəkliyi artırır ilişməni və hissəciklər arasındakı daxili əlaqəni zəiflədir.
Daş materiallarına bitumun yapışması (adgeziya) bitumların fiziki-kimyəvi xassələrindən, fəal funksional qruplar miqdarından, polyarlıqdan və səthi gərilmədən asılıdır. Bitumun daş materiallarına yapışmasını müəyyən etmək üçün bir sıra üsullar vardır ki, bunlar da bitumun təbəqəsini suda qaynatma və ya mexaniki silkələmə üsulu ilə çıxardarkən daş materiallarının bitum pərdəsini saxlamaq qabiliyyətinə əsaslanır.
Bitum materiallarının tərkibi bir neçə qrup maddədən ibarətdir. Bu maddələr bir-biri ilə birləşərək mürəkkəb kolloid sistem əmələ gətirir. Yağlar bitumun ən yüngül və maye hissələrindən ibarətdir. Yağların xüsusi çəkisi 0,6-1 arasındadır. Bitumların yumşaqlığı yağların miqdarından asılıdır və bunlardan bitumun bərk hissələrini həll etmək üçün istifadə olunur. Bitumlarda 45-60%-ə qədər yağlar ola bilər.
Neft, yağabənzər, kerosin iyi olan bir mayedir. Xüsusi çəkisi 0,85-0,97kq/m3-dir. Kimyəvi tərkibinin 84-85% karbon, 12-14% hidrogen təşkil edir. İstehsal olunma üsuluna görə qalıq, oksidləşmə və krekinq neft bitumları vardır.
Qalıq bitumlar, arasıkəsilmədən işləyən atmosfer-vakkum boru sobalarda neftdən benzini, kerosini və yağların bir qismini distillə etdikdən sonra alınır. Bu bitumlar normal temperaturda bərk və ya təxminən bərk, qara rəngli bir maddədir.
Oksidləşmiş və ya üfürülmüş bitumlar neft qalıqlarından hava üfürmək yolu ilə alınır. Üfürmə zamanı havadakı oksigenin təsiri altında neft qalıqları oksidləşir və sıxlaşır.
Krekinq bitumları neftlərin və neft yağlarının yüksək temperaturda krekinq edilməsindən alınan qalıqlardır. Bu qalıqlardan hava üfürüldükdə oksidləşmiş krekinq bitumları alınır.
Bitum emulsiyasında yolların tozdan təmizlənməsi; çiyin və yamacların bərkidilməsi məqsədilə qruntların emal edilməsi, hopdurma üsulu ilə örtüklərin tikilməsi, qara qırmadaşın hazırlanması, örtüklərin təmiri və s. üçün istifadə olunur.
Bitum emulsiyaların tətbiqi zamanı suyun buxarlanması ilə əlaqədar olaraq, örtüyün formalaşmasının uzun müddət tələb etdiyini nəzərə almaq lazımdır.
Effektiv, düzgün seçilmiş emulqatorlardan istifadə etməklə çox yüksək konsistensiyalı dispers fazalı (99%-ə qədər) tələb olunan tipdə emulsiya almaq olar.
Məlumdur ki, bitumun uzanması onun plastikliyini xarakterizə edir. Ona görə də öyrənilən bitumlara əlavələrin plastikliyə təsirinin tədqiqi, bitumlar haqqında daha dolğun təsəvvür yaratmağa imkan verir.
Müəyyən edilmişdir ki, əlavələrin bituma daxil edilməsi onların daş materiallarına yapışma qabiliyyətini xeyli yaxşılaşdırır. Asidol – milonaftin bituma daxil edilməsi, bitumun yumşalma temperaturu 15...400C qədər azalmasına, bitumun uzanmasını 90...96 sm qədər artmasına səbəb olur.
Bitumlar əsasında və əlavələrin köməyi ilə yüksək keyfiyyətli bitum emulsiyaların, mastikaların, pastaların alınması mümkündür. 
Bitumun əlavələrlə uzanmasının öyrənilməsinin nəticələri aşağıdakı cədvəldə verilir.


Download 2.97 Mb.
1   2   3   4   5   6   7   8   9




Download 2.97 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ƏLAVƏLƏRLƏRİN TƏTBİQİ İLƏ BİTUM YAPIŞDIRICILARININ XASSƏLƏRİNİN YAXŞILAŞDIRILMASI

Download 2.97 Mb.