E.A.Qurbanov , N.Y.Dünyamalıyeva, T.İ.Cəfərov




Download 2.97 Mb.
bet7/9
Sana02.03.2022
Hajmi2.97 Mb.
#3610
1   2   3   4   5   6   7   8   9
E.A.Qurbanov , N.Y.Dünyamalıyeva, T.İ.Cəfərov
Azərbaycan Memarlıq və İnşaat Universiteti
KÜR-ARAZ OVALIĞINDA SUVARILAN TORPAQLARIN EROZİYAYA UĞRAMASINA GÖRƏ QRUPLAŞDIRILMASI
Aparılmış tədqiqatların nəticələri əsasında suvarılan torpaqların eroziyaya uğraması təsnif edilmişdir. Torpaqlar eroziyaya uğramasına görə uğramamiş, zəif, orta, çiddətli, çox şiddətli və çökdürülmüş qruplarına ayrılmışdır. Burada eroziyaya uğramış torpaqların əsas xassələri, onların morfogenetik və morfoloji xüsusiyyətləri göstərilmişdir. Torpaqların bir çox fiziki və kimyəvi xassələri nəzərə alınmışdır. Xüsusən torpaqların səthi meylliyi, humuslu qatın qalınlığı, humusun və azotun, suyadavamlı aqreqatların miqdarı, sıxlığı, rütubətlənmə ilə bağlı məlumatlar verilmişdir. Torpağın bu xüsusiyyətlərinin təsnifatının onun xəritələşdirilməsində, eroziyaya qarşı tədbirlərin hazırlanmasında və hətta qiymətləndirilməsində böyük əhəmiyyəti vardır.
Torpaqların xəritələşdirilməsində, eroziyaya qarşı tədbirlərin hazırlanmasında, ərazidən səmərəli istifadə edilməsi üçün təşkil edilməsində eroziyaya uğramanın təşkil edilməsi və qruplaşdırılması nəzəri və istehsal cəhətdən çox əhəmiyyətlidir. Buna görə də torpaq istifadəsi zamanı bu problemlərin həllində vahid təsnifatın olması çox vacibdir.
Torpaqların yuyulmasına görə təsnifatı bir çox tələblərə cavab verməlidir. Birinci təsnifat elmi əsaslara malik olmalıdır. İkinci, ondan istifadə praktiki cəhətdən əlverişli olmalıdır, üçüncüsü burada torpağa aid olan əsas əlamət və xassələr öz əksini tapmalıdır. Dördüncüsü, ondan istifadə torpaqların münbitliyinin qorunmasına və kənd təsərrüfatı istehsalının yüksəldilməsinə xidmət etməlidir.
Eroziyaya qarşı tədbirlərin hazırlanması zamanı torpaqların eroziyaya məruz qalmasının dərəcəsi və əhatə etdiyi sahəni müəyyənləşdirmək vacibdir. Su eroziyasının inkişafı ilə bağlı yuyulmanın təsnifatı kifayət qədər işlənilsə də irriqasiya eroziyasına dair bu məlumatlar demək olar ki, yoxdur [1]. Bunun torpaqların xəritələşdirilməsində də böyük əhəmiyyəti vardır. Orta Asiyada bir çox tədqiqatçılar ancaq suvarılan boz torpaqları təsnif etmişdilər [2].
X.M.Maksudov [3] eroziyaya uğramasına görə boz torpaqları təsnif edərkən daha çox amilləri nəzərə almışdır. Lakin Kür-Araz ovalığında yayılmış suvarılan boz-qəhvəyi və çəmən-boz torpaqlarının eroziyaya uğramasına görə təklif edilməsi haqqında əsaslı tədqiqat məlumatı yoxdur.
Tədqiqatlar Kür-Araz ovalığında suvarılan açıq boz-qəhvəyi və boz torpaqlarda aparılmışdır. Bu zaman əsasən meylliyi olan sahələr seçilmişdir. Bu sahələr ovalığın Böyük və Kiçik Qafqaz dağları ilə qovuşduğu ərazilərə və çay gətirmə konuslarına uyğun gəlir. Bu ərazilərdə boz-qəhvəyi torpaqlar yayılmışdır. Ovalığın daxili hissələrində nisbətən yeraltı suların daimi səviyyəsi dərində olan ərazilərdə, xüsusən Mil və Şirvan düzlərində boz torpaqlar yayılmışdır. Suvarılan torpaqların ovalıqda əsas hissəsi açıq boz-qəhvəyi, boz və çəmən-boz torpaqlardır.
Torpaqların yuyulmasına görə təsnif edilməsi və qruplaşdırılmasında X.M.Maxsudovun [3] təklif etdiyi üsuldan istifadə edilmişdir. Bu zaman torpaqların irriqasiya eroziyasına məruz qalmasını təsnif edərkən torpağın 12 göstəricisi nəzərə alınmışdır. Tədqiqatlarda böyük miqdarda torpaq kəsimləri qoyulmuş və təhlil edilmişdir.
Torpaqların eroziyaya məruz qalmasını çöl şəraitində müəyyən etmək üçün onun xarici və daxili göstəriciləri mühüm rol oynayır. Tədqiqat aparılmış istər açıq boz və istər boz torpaqlarda
irriqasiya eroziyasına məruz qalmış torpaqların üst horizontunun rəngi bozumtul olur ki, bunun da əsas səbəbi humusun azlığı, karbonatların yüksək olmasıdır. Termik akkumulyasiya nəticəsində oksidləşmiş elementlərin hesabına bozumtul rəngin yaranmasıdır. Bir çox ərazilərdə, xüsusən gətirmə konuslarında və dağətəyi meylli yamaclarda isə daşlığın olması eroziyaya uğramanın əlamətlərindəndir. Ümumiyyətlə, eroziyaya uğramış torpaqların qranulometrik tərkibinin yüngül olması ilə fərqlənir.
Boz torpaqlarda üst horizontun rəngi sarı-bozumtul olur, əsasən sahənin aşağı hissəsində və ya relyefin çökək olan sahələrinə suvarmada yuyulub gətirilmiş torpaq kütləsi toplanır ki, bunun rəngi nisbətən tünd olması ilə seçilir. Bu torpaqlar yuyulub “gətirilmə” torpaqlar adlanır. Üst hissəsi hamarlanmış, qranulometrik tərkibi isə ağır olması müşahidə olunur. Əsas amil kimi “gətirilmə” horizontunun qalınlığına görə bu torpaqları da qruplaşdırmaq olar.
Eroziyaya uğramasından asılı olaraq torpaqların daxili göstəriciləri də fərqlənir. Bu fərdlilik profil boyu özünü göstərir. Üst hissənin strukturu aqreqatların parçalanması, humus və qida elementlərinin kasıblığı qranulometrik tərkibin nisbətən yüngül olmasıdır. Eroziyaya uğrama torpaqların rütubətliyinin az olmasında da özünü göstərir.
Əldə olunmuş çöl və laboratoriya analizlərinin nəticələrinə görə torpaqlar eroziyaya uğramasına görə aşağıdakı kimi qruplaşdırılmışdır:

  1. eroziyaya uğramamış

  2. zəif

  3. orta

  4. şiddətli

  5. toplanmış çöküntü

Tədqiqatların nəticələrində müəyyən edilmişdir ki, “gətirilmə” torpağın rəngi qeyd edildiyi kimi xeyli tünd olmaqla mezorelyefdən asılı olaraq onun arealı dəyişə bilir. Xüsusən su sərfləri nizamlanmadıqda relyefin çökək yerləri “gətirilmə”lərlə dolur ki, bu torpaqlar da öz xüsusiyyətlərinə görə ətrafdakı torpaqlardan xeyli fərqlənirlər. Bir çox tədqiqatçılar suvarılan torpaq səthinin rəngarəngliyini bu proseslə əlaqələndirirlər [2].
Torpaqların irriqasiya eroziyasına məruz qalmasından asılı olaraq morfometrik və morfoloji xüsusiyyətlər 1 və 2 saylı cədvəldə göstərilmişdir.
Uzun illər tədqiqat işlərinin nəticəsində meyllikdən asılı olaraq torpaq örtüyündə suvarma və irriqasiya eroziyası nəticəsində baş verən dəyişilmələr də təhlil edilmiş və coğrafi informasiya bazasını hazırlamaq üçün işlənmişdir. Məlum olmuşdur ki, meylliyi 0,005-dən yüksək olan torpaq sahələrində irriqasiya eroziyası və səthi axının nəticəsində üç zona formalaşır. Bu zonalar torpaq örtüyünün qalınlığına, toplanan çöküntülərin miqdarına görə bir-birindən kəskin fərqlənir. Tədqiqatlardan məlumdur ki, əsasən yuyulma sahənin yuxarı hissəsində baş verir. Ona görə də bu hissədə humuslu qatın qalınlığı azalır. Əsasən orta hissəsində bu qat az dəyişkənliyə məruz qalır. Meyllik və səthi axının sürəti yüksəldikcə birinci yuyulan zona genişlənir və əksinə orta sabit zona isə kiçilir. Bütün yuyulan torpaq və su ilə gələn materiallar sahənin sonunda çöküntülər şəklində akkumulyasiya olunur. Bütün bunlar torpaqların morfogenetik əlamətlərinə təsir edir.


Download 2.97 Mb.
1   2   3   4   5   6   7   8   9




Download 2.97 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



E.A.Qurbanov , N.Y.Dünyamalıyeva, T.İ.Cəfərov

Download 2.97 Mb.