• Bu texnopark hansı yeni imkanları yaradacaq
  • Texnoparklar təhsildə keyfiyyəti artıran amildir. Başqa hansı keyfiyyət dəyişikliklərinə ehtiyac var
  • Ali təhsil sahəsində vəziyyət necədir
  • Niyə bizim həkimlərin xidməti qaneedici deyil Sizcə, səbəb nədir
  • Yaqut Tapdıqqızı
  • Baku New Post XƏZƏr texnoparki yaranir




    Download 30.11 Kb.
    Sana02.07.2021
    Hajmi30.11 Kb.
    #15338

    Baku New Post

    XƏZƏR TEXNOPARKI YARANIR

    Xəzər Universiteti yeni layihəyə imza atır. Universitetdə əcnəbi mütəxəssislərin iştirakı ilə texnopark yaradılacaq. Texnopark müxtəlif sahələrdə yeni ideyaların reallaşmasına hesablanıb. Bu barədə “New Baku Post”a Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı məlumat verib:




    • Bu texnopark hansı yeni imkanları yaradacaq?




    • Ümumiyyətlə, kobud desək, texnopark şirkətlə universitetin bərabər çalışmasıdır. İncə desək, universitet içində kiçik şirkətlərin yaranmasıdır. Məsələn, bir müəllimin, tələbənin maraqlı bir ideyası var, bu ideyanın reallaşmasına universitet maliyyə dəstəyi verir. Bilirsiz ki, Azərbaycanda təhsilin inkişafına nail olmaq üçün Dünya Bankı böyük qrantlar ayırıb. Malayziya və Fransa şirkətləri Azərbaycanda bu sahədə iş tapmaq və iş görmək üzrə təlim vermək məqsədi güdən qrant udub. Burada Xəzər Universiteti də iştirak edir. Layihənin məqsədi nə olacaq? Tutaq ki, insanların işsiz qalmasının bir səbəbi də budur ki, yaxşı işləyə bilmirlər, nədən başlamağı bacarmırlar, savadları azdır. Bizim Xəzər Universitetində yaradacağımız mərkəzdə insanlara necə iş qurmağın sirləri öyrədiləcək. Orada yerli və əcnəbi konsultantlar olacaq. Konsultantların köməyi ilə bir növ iş dünyasında ehtiyacı olanlara işləmək, iş qurmaq istəyənlərə çalışmaq vərdişi aşılanacaq. Layihə müddətində müraciət edənlərə ödənişsiz xidmət göstəriləcək. Gələcəkdə isə bu mərkəz pullu xidmət göstərə bilər. Məsələn, kimsə şirkət qurmaq istəyirsə, bizim mərkəz ona bu sahədə bütün incəlikləri öyrədəcək. Bu Mərkəz Texnoparkın sadəcə bir qolu olacaq.



    • Texnoparklar təhsildə keyfiyyəti artıran amildir. Başqa hansı keyfiyyət dəyişikliklərinə ehtiyac var?



    • Heç şübhəsiz ki, təhsilin bütün pillələrində həm orta məktəbdə, həm ali məktəbdə təhsilin keyfiyyətini artırmaq lazımdır. Bu gün Azərbaycanda təhsilin keyfiyyəti bizim istədiyimiz şəkildə deyil. Bunu hamı bilir. Hökumət adamları da, ziyalılar da, valideynlər də. Beynəlxalq dəyərləndirmə var bütün ölkələrdə. Yoxlayırlar ki, insanın dil bilgisi, oxuyub anlama və şərh etmə qabiliyyəti, riyaziyyat bilgisi necədir, o sırada biz çox geridəyik. Birinci yerdə Çindir. Çin adambaşına düşən gəlirə görə, Azərbaycandan kasıb ölkədir, 2 dəfə geridədir. Niyə bəs onda bizim orta məktəblərin göstəricisi Çinin göstəricisindən bu dərəcədə aşağı olmalıdır?



    • Ali təhsil sahəsində vəziyyət necədir?




    • Bu gün ali məktəblərdə xeyli müsbət cərəyanlar var. Həm dövlət, həm özəl ali məktəblər çalışırlar ki, bazalarını gücləndirsinlər, müəllimlərə daha yaxşı maaş versinlər. Bütün bunlara baxmayaraq, gözlənilən nəticəni hələ də ala bilməmişik. Sadə bir misal deyim. Baxın, televiziyalarda İrandan, Türkiyədən, Rusiyadan gələn həkimlər reklam olunur. Halbuki, nə Türkiyə, nə Rusiya, nə də İran dünyanın inkişaf etmiş ölkəsi deyil. Bu onu göstərir ki, orada tibb təhsili bizdən daha yaxşıdır. Ona görə də bizim adamlar müalicə olunmaq üçün o ölkələrə, məsələn, İrana gedir. Həmçinin, Türkiyədə tibbin səviyyəsini Avropa ilə müqayisə etmək olar. Avropadan ora müalicəyə gəlir insanlar. Çünki xidmət səviyyəsi eynidir, qiymət də aşağıdır.




    • Niyə bizim həkimlərin xidməti qaneedici deyil? Sizcə, səbəb nədir?




    • Səbəblərdən biri budur ki, rəqabət yoxdur. Tibb üzrə bütün kadrları bir universitet hazırlayır. Məsələn, Yaponiyada deyirlər ki, bir universitetdə eyni sahəyə, bu halda tibbə, tibb fakultəsinə 300-dən artıq tələbə qəbul oluna bilməz. Uyğun sahədə onlar mütləq müxtəlif universitetlərə qəbul olunmalıdır. Bunu ona görə edirlər ki, rəqabət olsun. Ali məktəblər yarışsın, daha yaxşı kadr yetişdirməyə çalışsın. Bu sahədə bizim hökumətin prinsipləri aydınlaşmalıdır, daha doğrusu dəyişməlidir. Son vaxtlar xeyli iş görülüb. Ali məktəblərin adambaşına maliyyə sisteminə keçməsi, əlavə dəyər vergisindən azad olunması, texnoparklar haqda qanun çox proqressiv addımlardır. Amma etiraf edək ki, adambaşına maliyyələşmə ilə bağlı hökumət qərar qəbul eləsə də, onun işləmə mexanizmi çox pis vəziyyətdədir.

    Universitet əyalət universiteti olaraq qala bilməz. O mütləq dünyaya uyğunlaşmalıdır. Universitet özü elm yaratmasa, bir növ elm istehsal etməsə, o elmi biliyi də yaxşı verə bilməz. Bizim universitet müəllimləri daha çox başqalarının dediyini deməklə, təkrar və tədris etməklə məşğuldurlar. Universitetlərin sənaye, iş dünyası ilə bağlılıqları güclü olmalıdır. Məsələn, nəzəri dərslərlə mühəndis hazırlana bilməz. Universitet texnologiyadan uzaq qalır. Bir çox universitetlər bu gün BP-nin işlətdiyi texnologiyanı yox, 30, bəlkə də 50 il əvvəlki qazma qurğu üsullarını öyrədir. 

    06.02.2013



    Yaqut Tapdıqqızı

    Download 30.11 Kb.




    Download 30.11 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Baku New Post XƏZƏr texnoparki yaranir

    Download 30.11 Kb.