|
) Məqsəd. Bu bölmədə aşağıdakı suallara cavab verilməlidir
|
bet | 2/8 | Sana | 01.02.2024 | Hajmi | 0,94 Mb. | | #150080 |
Bog'liq Dərs 1. Biznes sistem kimi. 3) Məqsəd. Bu bölmədə aşağıdakı suallara cavab verilməlidir: - Siz başlamaq istədiyiniz biznesi necə təsəvvür edirsiniz?
- Siz onun inkişafını necə təmin edəcəksiniz: əqlinizlə, fiziki əməyinizlə, maliyyə vəsaitinizlə?
- Nə vaxt bu biznesdən gəlir götürmək fikrindəsiniz?
- Siz bu işlə nə qədər (neçə il) məşğul olmaq istəyirsiniz?
- Bu biznesdən əldə edəcəyiniz gəliri təsərrüfatın (müəssisənin) inkişafına sərf etmək fikriniz varmı və yaxud başqa bir işə yönəltmək istəyirsiniz?
4) Məhsul və ya xidmət. İstehsal etdiyiniz və ya edəcəyiniz məhsul (xidmət) barəsində ətraflı yazın. Sizin məhsulunuzun alınmasına (və ya göstərəcəyiniz xidmətə) olan ehtiyacı əsaslandırın, ətraflı şərh edin. Bu maddəni yazmağa başlayarkən özünüzə aşağıdakı sualları verin: - Mən insanları necə inandıra bilərəm ki, onlar mənim istehsal etdiyim məhsulu alsınlar və ya mənim xidmətimdən istifadə etsinlər?
- Bu məhsul və ya xidmət istənilən olacaqmı?
- Hazırda bu məhsulu alacaq və ya bu xidmətdən istifadə edəcəklərmi?
- Mənim müştərilərim üçün bu məhsul zəruridirmi, yoxsa bundan bir zövq, ləzzət və ya şöhrət üçün istifadə edəcəklər?
- İqtisadi inkişaf bu məhsula və ya xidmətə necə təsir edəcəkdir?
- Bu məhsula və ya xidmətə olan ehtiyac davam edəcəkmi?
- Yeni texnologiyanın inkişafı bu məhsulu və ya xidməti köhnəldə bilərmi?
5) Rəqabət. Sizin seçdiyiniz fəaliyyət sahəsi nə dərəcədə rəqabətlidir? Bu fəaliyyətlə çoxmu adam məşğul olur? Siz öz məhsulunuzu və ya xidmətinizi necə hamıdan yaxşı edəcəksiniz? Siz məhsulunuzun qiymətində, nadirliyində, keyfiyyətində rəqabət edəcəksinizmi? 6) Bazar. Sizin alıcılarınız kimlərdir? Onların gəlirləri, maraq və ehtiyacları nədən ibarətdir? Sizin məhsula bənzər məhsulları onlar necə (tez-tezmi, gecmi) alırlar? Sizin daimi müştəriləriniz barədə ətraflı məlumatınızın olması, bazarınızın həcmini müəyyən etməkdə sizə kömək edər.
|
| |