|
Sahibkarlıq subyektlərinin bölgüsü
|
bet | 7/8 | Sana | 01.02.2024 | Hajmi | 0,94 Mb. | | #150080 |
Bog'liq Dərs 1. Biznes sistem kimi.Sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiq edilmişdir. Sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi meyarları onların işçilərinin siyahı sayı və illik gəliri əsasında müəyyən olunur .
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları
|
İşçilərinin orta siyahı sayı (nəfər)
|
İllik gəliri (ig) (min manat)
|
Mikro sahibkar
|
1 - 10
|
ig ≤ 200
|
Kiçik sahibkar
|
11 - 50
|
200 < ig ≤ 3 000
|
Orta sahibkar
|
51 - 250
|
3 000 < ig ≤ 30 000
|
İri sahibkar
|
251 və ondan yuxarı
|
30 000 < ig
| Sözügedən meyarlara əsasən işçilərinin siyahı sayı 10 nəfər və ondan az və ya illik gəliri 200 min manat və ondan aşağı olan sahibkarlıq subyektləri mikro, işçilərinin siyahı sayı 11 nəfərdən 50 nəfərədək və ya illik gəliri 200 min manatdan 3 milyon manatadək olan sahibkarlıq subyektləri kiçik, işçilərinin siyahı sayı 51 nəfərdən 250 nəfərədək və ya illik gəliri 3 milyon manatdan 30 milyon manatadək olan sahibkarlıq subyektləri orta, işçilərinin siyahı sayı 251 nəfər və ondan yuxarı və ya illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektləri iri sahibkarlıq subyektləri hesab edilir. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
|
| |