|
Biznes sistem kimi
|
bet | 3/8 | Sana | 01.02.2024 | Hajmi | 0,94 Mb. | | #150080 |
Bog'liq Dərs 1. Biznes sistem kimi.7) Qanunlar və qaydalar. Sizin işinizi və sahənizi tənzimləyən hansı qanunlar və qaydalar vardır? Siz təsərrüfatınızın, müəssisənizin, ümumiyyətlə biznesinizin inkişafında və müdafiəsində bu qanun və qaydalara necə əməl edəcək və onlardan necə istifadə edəcəksiniz? 8) Marketinq planı. Bu bölmənin şərhindən əvvəl marketinq anlayışını izah etmək lazımdır. Marketinq bizneslə məşğul olanların, biznesmenlərin istehsal və satış prosesinə fəal təsirlərini əks etdirən bir anlayışdır. Bazarın kompleks təhlilinə əsaslanaraq məhsulu, xidmətə təlabatı məqsədyönlü formalaşdırmaq vasitəsilə, məhsul satışı probleminin həllinə yönəldilmiş, istehsal və satışın idarə edilməsi sisteminə marketinq deyilir. Belə bir misal: Bir nəfər əla məhsul istehsal edirdi, lakin hələ təkcə əla məhsul istehsal etmək ona heç bir müvəffəqiyyət vermirdi. Nə qədər ki, adamlar onun əla məhsul istehsal etməsindən xəbərsiz idilər o, məhsulunu nə sata və nə də ondan mənfəət götürə bilirdi. Bu adam çıxış yolu tapdı. O öz məhsulunu təbliğ etməyə, tanıtmağa başladı: adamlara öz məhsulu barədə məlumat verdi, qəzetlərdə elanlar dərc etdi, dükanlarda və bazarda məhsulunu əks etdirən plakatlar asdı və s. Bir müddətdən sonra onu hamı tanıdı və bu məhsulun satışı artdı. İstehsalın və satışın artması onun gəlirini də artırdı. 9) İşçilər. Siz kimlə işləyəcəksiniz, ailə üzvlərinizlə, yoxsa əlavə işçilər də tələb olunacaq? Neçə nəfər? Siz işçiləri hansı əlamətlərinə görə seçəcəksiniz? 10) İdarəetmənin təşkili. Siz öz təsərrüfatınızı, müəssisənizi tək, yaxud şərikli idarə edəcəksiniz? İzah edin; şəriklik nə əsasda həyata keçiriləcək, kimin payına nə düşəcək? 11) Maliyyə planı. Bu sizin planınızın çox mühüm hissəsidir, biznesə başlamağın ən məsuliyyətli və çətin məqamıdır. Çünki, elə bir adam yoxdur ki, işin əvvəlində maliyyə çətinlikləri ilə rastlaşmasın. Siz hesablamalısınız ki, nəzərdə tutduğunuz təsərrüfat fəaliyyətini (biznesi) həyata keçirmək üçün sizə nə qədər pul lazımdır. Deməli maliyyə planında biznesinizi həyata keçirmək üçün sizə lazım olan pulun məbləğini göstərirsiniz. Sonra özünüzün maliyyə imkanlarınıza baxırsınız, nə qədər nağd pulunuz var? Bunu da planda göstərirsiniz. Bundan başqa mülkiyyətinizdə elə bir əşya, vasitə vardırmı ki, (əşya, avadanlıq və s. ) onu satıb çatışmayan xərcinizi ödəməyə istifadə edəsiniz? Bunlar hamısı sizin maliyyə planınızın aktivini, yəni maliyyə imkanlarınızı təşkil edir.
|
| |