• Biznesin təsviri
  • Biznes sistem kimi




    Download 0.94 Mb.
    bet1/8
    Sana01.02.2024
    Hajmi0.94 Mb.
    #150080
      1   2   3   4   5   6   7   8
    Bog'liq
    Dərs 1. Biznes sistem kimi.

    Biznes sistem kimi

    Biznes anlayışı nədir?

    Terminologiya lüğətlərində “biznes” – “gəlir əldə etməyə yönəldilmiş iqtisadi fəaliyyətkimi izah edilir, yəni bizneslə məşğul olmaq, gəlir əldə etmək deməkdir, biznesin məqsədi isə gəlir əldə etməkdir. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada adamlar əvvəlcədən özlərinin Biznes-planlarını tərtib etmədən işə başlasınlar. Bu tamamilə aqrobizneslə, yəni kənd təsərrüfatı, emal sənayesi və onların xidmət sahələri ilə məşğul olan iş adamlarına da aiddir.

    Biznes-Plan 2 hissədən ibarətdir: 1) görüləcək işin ideyasından 2) məqsədindən və bu məqsədin həyata keçirilməsindən, təşkilindən

    Biznes-Planın tərtib edilməsinin 3 mühüm əhəmiyyəti vardır:

    1. Biznes-Plan biznesin, yəni gəlir əldə etməyin idarə olunmasının əsaslarını hazırlamaqda istifadə edilə bilər. 2. Biznes-Plan elə bir alətdir ki, iş adamı onun köməkliyi ilə təsərrüfatın müəyyən dövr ərzində faktiki fəaliyyətinin nəticələrini qiymətləndirə bilər. 3. Biznes-Plan təsərrüfatın inkişafına pul vəsaitinin cəlb edilməsinin, “tapılmasının” vasitəsidir. Biznes-Planın tərtib edilməsi olduqca vacibdir və əksinə, bunsuz işə başlamaq kompassız okeana çıxmağa və tanımadığın bir ölkəyə xəritəsiz səyahətə getməyə bənzəyir.

    Biznesin təsviri

    1) Ehtiyatlar. Bu bölmədə biznesi aparmaq üçün mövcud ehtiyatlarınızı göstərməlisiniz. Yəni nə qədər torpaq sahəniz, bina, maşın, avadanlıq və işçi qüvvəniz vardır? Avadanlığınız nə vəziyyətdədir, onu qaydaya salmaq üçün nə etmək lazımdır? Əlavə istehsal vasitələrinə ehtiyac varmı və onlar necə və haradan alınacaqdır və ya icarəyə götürüləcəkdir. 2) Təsərrüfatın (müəssisənin) yerləşəcəyi yer. Siz öz bisnesinizlə harada məşğul olacaqsınız? Təsərrüfatın (müəssisənin) yerləşdiyi sahə biznesin inkişafına təminat verirmi? Təsərrüfatın yerləşdiyi sahənin infrastrukturu (su, elektrik enerjisi və nəqliyyatla təminatı) müştərinizlə əlaqə yaratmağa imkan verirmi?


    Download 0.94 Mb.
      1   2   3   4   5   6   7   8




    Download 0.94 Mb.