QATARLARIN HƏRƏKƏTİNİN İNTERVAL TƏNZİMİ SİSTEMİ
Qatarların hərəkətinin interval tənzimində siqnalizasiya mərkəzləşmə, bloklama (SMB) və rabitə qurğularından istifadə olunur. Bu avtomatika və telemexanika sistemi, hərəkətin təhlükəsizliyini və qatarburaxma qabiliyyətini təmin edir.
Müasir dövrdə qatarların hərəkətində intervalların tənziminə əsas avtomatik bloklama, avtomatik lokomotiv siqnalizasiyası, dispetçer nəzarəti, keçidin və çəpərin avtomatik siqnalizasiyası, həmçinin yarımavtomat bloklama sistemləri aiddir.
Yolda bloklamadan istifadə edilməsində mənzillər xüsusi sahələrə bölünür və hər sahədə bir qatarın ola bilməsi əsas götürülür ki, nəticədə yüksək qatarburaxma amilinə nail olunur. Yolda qatar varsa, icazəverici siqnal bağlı vəziyyətdə qalır, nəticədə hərəkətin təhlükəsizliyi təmin olunur.
Yol bloklu stansiyalarda çıxış işarəvericisinin siqnalına uyğun maşinist vaxt itirmədən yolunu davam edir. Avtomatik bloklamada hərəkəti tam işarəvericilər idarə edir. Təhlükəsizliyi artırmaq üçün əlavə avtomatik lokomotiv siqnalizasiyasından da (ALS) istifadə olunur.
Stansiyanın dəmiryo xətlərində yol bloklayıcıları ilə yanaşı çıxış işarəvericiləri də qoyulur ki, bu da maşinistə onun icazəverici işarəsində qatarın dayanmadan hərəkətinə icazə verir. Nəticədə dayanmalar azalır, hərəkıtin təhlükəsizliyi və sahənin qatarburaxma qabiliyyəti artır.
Qatarları hətəkətinin tənzimində avtomatik bloklamanın rolu böyükdür. Belə bloklamada qatarın daxil olmasında giriş işarəvericiləri avtomatik bağlanır və ALS qarşıdakı blok-sahənin boş olması haqda məlumat verir.
Müasir dövrdə sürətin artması tələbi ALS-dən hərəkətin əsas tənzim vasitəsi kimiistifadə olunmasını lazımlı edir.
|