D Ə m I ryoln ə q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I




Download 1,47 Mb.
bet8/23
Sana21.03.2021
Hajmi1,47 Mb.
#13339
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
AVTOMAT BLOKLAMA.
Avtomat bloklamada mənzillər avtomatik işləyən keçid svetoforları olan blok sahələrə bölünürlər. Blok sahələrin uzunluğu qonşu işarəvermələr arasındakı məsafə ilə təyin olunur. Avtomat bloklama qatarların tək xətli və iki xətli yollarda qatarların hərəkətini nizamlayan ən əsas sistemdir. Avtobloklama ilə təchiz olunmuş stansiyalar arası mənzillər 1 km-dən 2,6 km-ə qədər məsafədə blok sahələrə bölünür. Hər blok sahə bir-birindən svetoforlarla hüdudlanır. Svetoforların işarə göstəriciləri qatarların hərəkəti zamanı avtomatik dəyişir. Müstəsna hal kimi giriş və çıxış svetoforları stansiya növbətçisi tərəfindən idarə olunur. Avtobloklama iki, üç və dörd əhəmiyyətli olur. Magistral dəmir yollarında üç və dörd əhəmiyyətli avtobloklamadan istifadə olunur.

Üç əhəmiyyətli avtobloklamada hərəkətdə olan qatarlar arasında üçdən az olmayaraq blok sahə olmalıdır. Svetoforun sarı işığı onu bildirir ki, qarşıda dayanmış qatar qırmızı işıqda dayanıb. Yaşıl – blok sahə boşdur və sürəti azaltmadan hərəkət etmək olar. Dörd əhəmiyyətli bloklama sistemi istifadə olunan sahələrdə eyni vaxtda yaşıl vəsarı işıq yanır və minimal intervalla təyin olunmuş sürətlə hərəkətə icazə verilir. Şəkil 5 – də iki işarəli avtobloklamada sabit cərəyanla işləyən rels dövrəsinin işləmə prinsipi göstərilmişdir. Rels dövrəsi blok sahələr üzrə bir-birindən izoləedilmiş calaqlarla hüdudlanmışdır. Blok sahə boş olan zaman gərginlik qida mənbəyindənyol relesinə daxil olaraq işarə batareyasının dövrəsini qapayır və yaşıl işıq yanır. Blok-sahə boş olmayan vaxt (yolda qatar olarsa və ya rels sınmış olarsa) onda yol relesinə gərginlik daxil olmur, relenin lövbəri ağırlıq nəticəsində kontaktdan aralanır və svetoforun qırmızı işığı yanır. Avtobloklama sistemi bir-birinin ardınca qatarların hərəkətini 8 dəq. Minimal vaxtla təşkil edir, şəhərətrafı yollarda isə 3 – 4 dəq. Intervalla hərəkəti tənzimləyir.



Sabit cərəyanla işləyən sahələrdə avtobloklama sistemində rels dövrəsindən avtobloklama kodu vasitəsilə svetoforun göstəricisi lokomotivin kabinasında yerləşən svetoforlara keçir, beləliklə də avtomatik lokomotiv işarəvericisi işə düşür.





Download 1,47 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Download 1,47 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



D Ə m I ryoln ə q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I

Download 1,47 Mb.