• Qeyri-refleksiv dinləmə
  • Danışıq fəaliyyət forması kimi




    Download 23.48 Kb.
    bet3/4
    Sana20.04.2023
    Hajmi23.48 Kb.
    #52875
    TuriYazı
    1   2   3   4
    Bog'liq
    Danışıq fəaliyyət forması kimi
    C fakepathMuhazir , C fakepathSillabus 411,413,415, M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra, C fakepathMühazir
    Dinləmə qabiliyyəti. Dinləmə kommunikasiya prosesində əsas hissələrdən biridir, onun uğuru yal­nız məlumatı ötürmə qabiliyyətindən deyil, həm də onu qavramaq, yəni dinlə­mə qabiliyyətindən də asılıdır. Həmsöhbətimizi dinləyərək, onun dediklərinə ma­raq göstərdiyimizi bildiririk və onun hörmətini qazanmış oluruq, bu da həmsöh­bətə tə­sir göstərməyə imkan verir. Fars-tacik mistik şairi və sufi şeyxi Əbdürrəhman Nurəddin ibn Əhməd Cami hələ XV əsrdə insanların ünsiyyətində dinləmənin va­cib­liyini poetik şəkildə ifadə etmişdi:
    Bir dilimiz və iki qulağımız var,
    Çox eşitmək, sözlərə qənaət etmək üçün.
    Dinləmə – insanlar arasında münasibətlərin qurulduğu, qarşılıqlı anlaşma hissi yarandığı və istənilən ünsiyyəti təsirli edən bir prosesdir.
    Dinləmə fərqli ola bilər, "eşitmək və dinləmək eyni deyil” anlayışı rus di­lin­də təsirli və təsirsiz dinləməni ifadə etmək üçün fərqli sözlərin olması həqiqəti ilə sabitlənir. Eşitmət – səsin fiziki olaraq qəbul edilməsi, dinləmək isə iradi akt və ali zehni proseslər daxil olmaqla, müəyyən bir məzmunda səslərin qav­ra­nıl­ması deməkdir. Bir çoxumuz dəfələrlə “Qulaq asıram, amma eşitmirəm” və “Qulaq asıram, amma başa düşmürəm” kimi təsvir edilə bilən vəziyyətlərdə olub.
    Dinləməyi bacarmamaq təsirsiz ünsiyyətin əsas səbəbidir, məhz ona görə də anlaşılmazlıqlar, səhvlər və problemlər yaranır. Sadə görünməyinə baxmayaraq, dinləmə – böyük həcmdə psixi enerjinin sərfiyyatını, müəyyən vərdişləri və ümumi ünsiyyət mədəniyyətini tələb edən mürəkkəb bir prosesdir. M.M.Jvanetskinin dediyi kimi: “Nə üçün dinləyən şəxs yuxuya gedir, amma danışan yox? O daha çox yorulur?”
    Ədəbiyyatda iki dinləmə növü vardır: refleksiv və qeyri-refleksiv.
    “Refleksiv” və “qeyri-refleksiv” terminləri “refleksiya” anlayışından yaran­mış­dır ( lat. reflexio – geri çevrilmə), yəni – subyektin öz diqqətini özünə və öz şüuruna yönəltməsi, dinləmə prosesində isə bu, həmsöhbətin nitqinə reaksiya deməkdir.
    Qeyri-refleksiv dinləmə həmsöhbətin nitqinə replikaları və rəylərı ilə mane olmadan maksimal dərəcədə fikrin cəmlənməsidir.
    Qeyri-refleksiv dinləmənin vacib bir siqnalı qeyri-verbal reaksiyadır, yəni gözlə əlaqə, baş əymə və ya baş silkələmə və s. Qeyri-refleksiv dinləmə zamanı cavablar minimuma endirilməlidir, məsələn, “Bəli!”, “Yaxşı da”, “Davam edin”, “Maraqlıdır” və s. Bu cür dinləmə həmsöhbətin hisslərini ifadə edərkən xüsusilə faydalıdır.

    İşgüzar ünsiyyətdə qeyri-refleksiv və refleksiv dinləmənin birləşməsi vacibdir.



    Download 23.48 Kb.
    1   2   3   4




    Download 23.48 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Danışıq fəaliyyət forması kimi

    Download 23.48 Kb.