• Aydınlaşdırma
  • Hisslərin əks olunmasında
  • Nitqi dinləmə bacarığına yiyələnmək
  • Danışıq fəaliyyət forması kimi




    Download 23.48 Kb.
    bet4/4
    Sana20.04.2023
    Hajmi23.48 Kb.
    #52875
    TuriYazı
    1   2   3   4
    Bog'liq
    Danışıq fəaliyyət forması kimi
    C fakepathMuhazir , C fakepathSillabus 411,413,415, M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra, C fakepathMühazir
    Refleksiv dinləmə – mesajların mənasını açmaq və həmsöhbətlə fəal şəkildə əks əlaqə qurmaq prosesidir.
    Xəbərin həqiqi əhəmiyyətinin aşkar edilməsinə refleksiv cavablar kömək edir ki, onların arasında aydınlaşdırmanı, ifadələrin dəyişdirilməsini, hisslərin əks olunmasını və yekunlaşdırmanı qeyd etmək olar.
    Aydınlaşdırma “Başa düşmədim”, “Nə demək istəyirsiniz?”, “Zəhmət olmasa, bunu aydınlaşdıraq” və s. kimi əsas ifadələrdən istifadə edərək, aydınlaşdırma üçün danışana müraciətdir.
    İfadənin dəyişdirilməsi onun doğruluğunu yoxlamaq üçün danışanın öz ifadəsini qurmaqdır. Açar sözlər: “Sizi başa düşdüyüm kimi...”, “Düşünürsünüz ki, ...”, “Fik­ri­nizcə ...”
    Hisslərin əks olunmasında diqqət dinləyicinin danışanın emosional vəziyyətini “Yəqin Siz hiss edirsiniz ki,...”, “Siz bir qədər üzüntülü görünürsünüz...” və s. kimi ifadələrlə əks etdirməyə çalışmasına yönəlir.
    Yekunlaşdırma zamanı danışanın əsas fikir və hissləri ümumiləşdirilir, bunun üçün: “Sizin əsas fikirləriniz, başa düşdüyüm qədərilə...”, "İndi dediklərinizi ümu­mi­ləşdirmək lazımdırsa ...” ifadələri istifadə olunur. Yekunlaşdırma söhbətin sonunda, məsələnin uzun müzakirəsi zamanı yaranan fikir ayrılıqları müzakirə edilərkən və söhbəti bitirdikdə məqsədəuyğundur.
    Nitqi dinləmə bacarığına yiyələnmək. Başqasını dinləməyi bacarmaq böyük məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin, nəcib əxlaqın təzahürüdür. Bu keyfiyyət hər bir savadlı və mədəni insan, xüsusən natiq üçün olduqca vacibdir. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir” (Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi ki, ey ana, istəsən ki, övladın əsl vətəndaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də öyrət.

    Nitqi dinləmək bacarığına istənilən səviyyədə sahib olmayan insanların başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir, nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərb-məsəlində deyilir ki, qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıncı ol. Nə qədər yerinə düşən kəlamdır.


    Təxmini statistikaya görə, insan bir günlük vaxtının 30%-ni danışmağa, 45%-ni isə eşitməyə, dinləməyə sərf edir. Ünsiyyət zamanı ötürülən informasiyanın 60%-i eşitmə, dinləmə vərdişlərinin zəifliyi, mövzunun dinləyən üçün maraqsız olması və s. səbəbindən ya yarımçıq, ya da dolaşıq bir şəkildə qavranılır. Bunu nəzərə alıb düzgün danışmaqla yanaşı, nitqi qavrama vərdişlərinə də yiyələnmək lazımdır. Amerikanın məşhur teleaparıcısı Larrı Kinq qeyd edirdi ki, danışmaq qolf oynamaq və ya maşın sürmək kimidir. Bu sahədə nə qədər erkən və müntəzəm iş aparılsa, insan ona, eləcə də eşitmə qabiliyyətinə daha mükəmməl şəkildə yiyələnə bilər.
    Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul etməməli, o, mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və ya olmadığını, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin təsirini duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya genişləndirmək və s.-də danışana kömək edir.
    Müsahibin nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Ona aşağıdakı hallarda müdaxilə edilə bilər: Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman dinləyicilər, “mətləbə gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla danışanı istiqamətləndirirlər.

      1. Məlum olan əşya və hadisə barədə danışıldıqda.

      2. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə.

      3. Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda.

      4. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda.

    Müsahibin nitqinə müdaxilə bütün hallarda hörmət və nəzakət çərçivəsindən kənara çıxmamalıdır.
    Dinləmə zamanı üz-gözünü turşutmaq, narazı halda başını yelləmək və s. danışanı çaşdıra, fikrindən yayındıra bilər. Danışanın nitqi bunun üçün əlverişli məqamlarda, daha çox müsahibin etdiyi davamlı fasilələr zamanı kəsilə bilər. Nitqə hər hansı bir münasibətlə müdaxilə edildikdə, müsahibə “bağışlayın”, “üzr istəyirəm”, “icazə verin”, “bir dəqiqə” və s. kimi nəzakətli söz və ifadələrlə müraciət olunmalıdır. Müsahibin sözünü ağzında qoymaq, onun nitqini “Düz danışmırsan”, “Səhv edirsən”, “Gah nala, gah da mıxa vurursan”, “Bir şeyi bilmirsən, danışma”, “Vaxtımızı alma”, “Bir az qısa elə” və s. replikalarla kəsmək nəzakətsizlik sayılmalıdır. Dinləmə zamanı əsnəmək, başqaları ilə söhbət etmək, tez-tez saata baxmaq, gözü yol çəkmək və s. kimi hallar məqbul sayılmır. Nitqi dinləmə xüsusi qabiliyyətdir. İnsanda bu keyfiyyət onun mədəni səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdəndir.
    Download 23.48 Kb.
    1   2   3   4




    Download 23.48 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Danışıq fəaliyyət forması kimi

    Download 23.48 Kb.