• Kommunikativ məqsədəuyğunluq
  • Təqdimatın ardıcıllığı
  • Kommunikativ estetika
  • Dinləmə mədəniyyəti.
  • Kommunikasiya mədəniyyəti




    Download 23.48 Kb.
    bet2/4
    Sana20.04.2023
    Hajmi23.48 Kb.
    #52875
    TuriYazı
    1   2   3   4
    Bog'liq
    Danışıq fəaliyyət forması kimi
    C fakepathMuhazir , C fakepathSillabus 411,413,415, M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra, C fakepathMühazir
    Kommunikasiya mədəniyyəti.
    Danışıq standartlarını bilmək və ünsiyyət məqsədəuyğunluğu prinsipinə riayət etmək kommunikasiya mədəniyyətinin əsasını təşkil edir. Kommunikasiya mədəniyyəti üç: normativ, kommunikativ, etik komponentlərdən ibarətdir.
    Kommunikasiya mədəniyyətinin əsas meyarları bunlardır:
    1. Kommunikativ məqsədəuyğunluq. Düzgün danışmaq və ya yazmaq kifayət deyil, müvafiq kommunikativ situasiyalarda onlardan istifadə edə bilmək üçün söz və ifadələrin stilistik dərəcələri haqqında məlumatlı olmaq vacibdir.
    2. Bəyanatın düzgünlüyü. Bu konsepsiyada iki cəhət: a) reallığı əksetdirmə prosesindəki dəqiqlik və b) fikirlərin bir sözlə ifadə edilməsindəki dəqiqlik fərqlənir. Birinci cəhət nitqin həqiqiliyi ilə əlaqədardır (doğru və ya yanlış). İkinci aspektdə aşağıdakı çatışmazlıqlar mümkündür: konkretliyin olmaması, qarışıqlıq.
    3. Təqdimatın ardıcıllığı. Bəyanat reallığın məntiqini, düşüncə məntiqini əks etdirməlidir və nitq ifadəsinin məntiqi ilə xarakterizə olunmalıdır. Məntiqi düşüncə gerçəklik faktlarını və əlaqələrini (səbəb - nəticə, fərq - oxşarlıq və s.) əks etdirməlidir. Nitqi ifadəetmə məntiqinin pozulması yazılı mətnin paraqraflara səhv bölünməsində də özünü göstərir.
    4. Kommunikativ estetika. Bu, insanın şərəf və ləyaqətini təhqir edən ifadə vasitələrinin ədəbi dil tərəfindən rədd edilməsində özünü göstərir.
    5. Uyğunluq. Müəyyən dil vasitələrinin aktuallığı həmsöhbətin şəxsiyyətinin kontekstindən, vəziyyətindən, psixoloji xüsusiyyətlərindən asılıdır. "Asılmış adamın evində ipdən danışmırlar" deyimi bu prinsipin mahiyyətini çox yaxşı əks etdirir. 
    Dinləmə mədəniyyəti. Dinləmə də danışmaq prosesi kimi insanın fəaliyyət formalarından biridir. Məhz buna görədir ki, eşitmək və dinləmək öz təbiətinə görə eyniləşdirilə bilməz. Qeyd edik ki, biz hətta özümüz istəmədikdə belə çox şey eşidirik. Bu sıraya çoxsaylı səslər də daxil edilərsə, insanın həqiqi mənada səslər dünyasında yaşadığı şübhə oyatmamalıdır. Lakin qulaq fasiləsiz olaraq kənar səslərin təsirinə məruz qaldığından, özünəməxsus uyğunlaşma prosesi baş verir. Daha doğrusu, səslər burulğanında “eşitməzlik” effekti yaranır. Belə olmasaydı, bəlkə də insan çox şey eşitdiyindən havalanardı. Əhəmiyyətinə vardığımız hər bir səs (danışıq) bizim üçün informasiya mənbəyi rolunda çıxış edirsə, bu, artıq dinləməyə sövq edir.
    Dinləmə insanın şüurlu fəaliyyətidir, özünəməxsus cəhddir. Bu cəhd sosial varlıq olan insanın informasiyaya olan ehtiyacından və yaxud gerçəkliyin hadisə və proseslərə təsir etmək istəyindən irəli gəlir. Dinləmədə həmçinin, tərəflərin bir-birinə olan münasibəti öz (həmfikirliliyi, daxili rəğbət hissi, ikrah və s.) əksini tapır. Bu bir həqiqətdir ki, istəsək də, istəməsək də dinləmə bizim hər birimiz üçün həyati zərurətlərdən biridir. Elm sübut etmişdir ki, insan ünsiyyətinin dörddə üçü danışma və dinləmənin payına düşür. Qeyd edək ki, verbal ünsiyyət vasitələri (danışmaq, dinləmək, oxumaq və yazmaq) arasında dinləmə aktiv mövqedə durur. Lakin ayrılıqda götürdükdə, dinləmənin də aktiv və passiv formaları mövcuddur.
    Məşhur filosof Leybins yazır ki, “... Mən lap qatı düşmənimi dinləməyə iyirmi mil də yol qət etməyə hazıram, təki ondan nəsə öyrənə bilim”.
    Doğrudur, öyrənmək üçün dinləmək vacibdir, lakin əsas şərt deyildir. Misal üçün hər hansı bir informasiyanı qəzet (jurnal, kitab) səhifəsindən oxumaqla və yaxud bir hadisəni canlı müşahidə (stadionda futbol oynuna baxarkən) müşahidə etməklə öyrənmək olar. Bu, onu təsdiqləyir ki, dinləmədən savayı, digər vasitələr də anlaşma vasitəsi kimi önəmli ola bilər. Lakin insan fəaliyyətinin elə sferaları var ki, canlı danışıqsız keçinmək qeyri-mümkündür. Danışıq varsa, deməli, adresat (dinləyici) də var. Qarşıqlı anlaşma üçün danışıq fəaliyyəti kimi dinləmə fəaliyyəti də zəruri ehtiyacdan doğur.
    Odur ki, bir şox hallarda ünsiyyət ikitərəfli yolla müqayisə olunur. Hər hansı problemin yoluna qoyulmasında qarşılıqlı cəhd tələb olunduğundan, dinləyən tərəf də öz rolunu oynamalıdır. Bəzən belə güman olunur ki, dinləyən tərəf passiv tərəfdir. Əslində, bu yanlış qənaət dinləmə mədəniyyəti ilə ziddiyyət təşkil edir. Çünki insan hətta “ağzına su alıb “ susduqda da nitqin predmetinə münasibəti sıfıra bərabər tutulmamalıdır. Ola bilər ki, qeyri-verbal vasitələrdən istifadə etməklə, dinləyici deyilənləri təsdiqləsin, öz razılığını, narazılığını müxtəlif jestlərlə ifadə etsin.
    Danışmaq və yaxud dunləmək prosesi konkret halda insanın qarşılıqlı sosial münasibətlər sisteminə qatılması deməkdir. Lakin bu iki subyekti bir-birindən fərqləndirən odur ki, ünsiyyət məqamında dinləyicinin daxili varlığına hakim kəsilən fikirlər, nitqin predmetinə olan münasibəti daxili nitq formasında olduğundan, kənar təsirlərdən tam mühafizə oluna bilir və subyektin nəzarəti altında qalır. Odur ki, dinləmə və daxili nitq anlayışları arasında birbaşa bağlılıq mövcuddur.
    Şifahi nitq kodlaşdırılmış prosesdirsə, dinləmədə kod sistemi təfəkkürün kodlaşmasıdır. Bir halda ki, nitq təfəkkürlə bağlıdır, deməli, daxili nitqin (dinləmənin) şifahi nitqə çevrilməsi real və hər dəqiqə gözlənilən hadisədir.


    Dinləmənin formaları. Son dövrlər dinləmənin çoxsaylı formaları sırasında kişisayaq və yaxud qadınsayaq dinləmə formalarından daha tez-tez danışılır. Bu səpkili yanaşmanın əsasında çoxillik müşahidələrlə yanaşı, bir sıra cinsi xüsusiliklər və mentalitet faktorları durur. Etiraf olunmalıdır ki, bütün hallarda dinləmə prosesində qadınların müsbət keyfiyyətləri kişilərdən yaxşı mənada qat-qat yüksəkdir. Belə məlum olur ki, incə məxluq həm də olduqca həssasdır. Bu həssaslıq qadınların empatik dinləməyə daha üstünlük verməsi ilə müşahidə olunur. Empatik dinləmə həm də qadınların sosial rollarının (tərbiyəçi, həkim, psixoloq və s.) müəyyənləşdiril­məsində əhəmiyyətlidir. İngiltərənin keçmiş baş naziri, siyasət səhnəsində «dəmir ledi» kimi tanınan Marqaret Tetçer ən çətin danışıqların qadınlara həvalə olunmasını tövsiyə edərkən, yəqin ki, yuxarıda sadalanan keyfiyyətləri nəzərdə tuturdu. Azərbaycan diplomatiyası tarixində də hələ orta əsrlərdə qadın diplomatların adlarına rast gəlmək mümkündür. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun və arvadı Dəspinə xatun danışıqlar aparmaq məharəti ilə ad qazanmışdılar. Sonrakı dövrlərdə də Azərbaycan qadını öz məharəti ilə hətta avropalıları heyran etmişdir. Fransız səyyahı, etnoqrafı və yazıçısı Aleksandr Düma (Düma ata) Bakıda xan qızı Xurşudbanu Natəvanla görüşünü və danışıqlarını çox məharətlə qələmə alaraq yazır ki, bu ailədə çox ciddi nizam-intizam vardı. Uşaqlar böyüklərin yanında danışmağı ar bilirdilər. Evin xanımı əsl zadəgan mənsəbli idi.

    Doğrudur, diplomatiya səhnəsində qadınlara bir o qədər də geniş meydan verilməyib. Müasir günümüzün müşahidələri qadınların xarici əlaqələr və diplomatiya sferalarında fəaliyyətinin gücləndiyini təsdiqləməyə imkan verir. Son dövrlər səfirlər sırasında qadınların say artımı bu tipli proqnozların gerçəkliklə uyarlı olduğunu təsdiqləyir. Azərbaycan Respublikasında akkreditə olunan səfirlərdən bir çoxu (Misir Ərəb Respublikası, Fransa Respublikası, İsveç Krallığı, İtaliya Respublikası və s.) qadındır. Bir qədər öncə Pakistan İslam Respublikasının səfirliyinə xanım Asma Anisa başçılıq etmişdir. O cümlədən, Azərbaycan Respublikasının Fransadakı ilk səfiri xanım Elenora Hüseynova olmuşdur.
    Göründüyü kimi, artıq Şərq dünyasının da qadınları beynəlxalq əlaqələr və dövlətlərarası münasibətlərdə öz gücünü sınamaqdadır. Əlbəttə ki, bütün bunları qadınların empatik dinləmə tərzinə görə kişiləri üstələməsinin nəticəsi kimi qəbul etmək yanlış təsəvvürdür. Qadınlar həm də nitq (ünsiyyət) mədəniyyətinə görə nəzərəçarpacaq üstünlüklərə malikdirlər. Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyevanın YUNESKO-nun «Xoş məramlı səfiri» kimi ictimai, siyasi, diplomatik fəaliyyəti deyilənlərin əyani təsdiqidir.
    Mürəkkəb psixofizioloji hadisə olan nitq prosesini dinləməsiz dəyərləndirmək çətindir. Belə bir qənaət formalaşıb ki, kişilər yalnız 15-20 saniyə müddətində diqqətcil olurlar. Sonrakı anlarda onlar daxilən nitqin predmetinə müdaxilə etmək üçün məqam axtarırlar. Bu o deməkdir ki, kişilər refleksli dinləməyə meyillidirlər. Odur ki, kişilər qadınlarla ünsiyyətdə bir qədər çətinlik çəkirlər. Halbuki, kişi kişi ilə danışdıqda dinləmə tərzi eyni olduğundan, qeyri-normal, etik tələblərə cavav verməyən elementlər müşahidə olunmur və yaxud az müşahidə olunur. Qadın qadınla ünsiyyətdə olduqda da belədir. Müşahidələr göstərir ki, kişilər qadınların sözünü iki dəfə çox kəsirlər. Şübhəsiz ki, bu, olduqca pis və etikadan kənar bir vərdişdir və hər kəs bu vərdişdən can qurtarmaq üçün əlindən gələni etməlidir.Qeyd edək ki, ünsiyyət aktında tərəflərin bir sıra əlavə keyfiyyətləri də müşahidə olunur. Lakin diplomatiya sahəsində danışıqlar, görüşlər, söhbətlər əsasən reqlamentləşən olduğundan, vaxt bölgüsü öz-özlüyündə müəyyənləşmiş olur. Bir anlıq etimadnamə təqdim olunması mərasimini, yaxud protokol görüşlərini göz önünə gətirsək, deyilənlərin əlavə şərhə heç bir ehtiyacı olmaz.Beləliklə, kişilərin qadınlarla ünsiyyəti daha böyük etik tələblər qoyur. Bu tələblərin ağırlığını isə kişilər öz çiyninə götürməyi bacarmalıdır. Digər tərəfdən, dinləmə həm də məkan anlayışı və bu zaman tərəflər arasındakı münasibətlərlə izah olunmalıdır. Danışan və dinləyənin bir-biri ilə müəyyən məsafədə ünsiyyət aparması etik meyarlara tuş gəlməlidir. Xüsusilə qadınlarla ünsiyyətdə bu faktorlara xüsusi diqqət tələb olunur.

    Download 23.48 Kb.
    1   2   3   4




    Download 23.48 Kb.