• V. Bərk maddələrin üyüdülməsi, çeşidlərə ayrılması və nəqli
  • Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı




    Download 2.02 Mb.
    bet11/25
    Sana28.04.2022
    Hajmi2.02 Mb.
    #20390
    TuriDərs
    1   ...   7   8   9   10   11   12   13   14   ...   25
    Bog'liq
    C fakepathk.s -1 K TAB (2)

    4.4. Kompressorun tam basqısı
    Kompressorun tam basqısı çıxışda və girişdə olan hidrodinamik basqıların fərqi kimi müəyyən olunur. Adətən həndəsi basqı nəzərə alınmır.
    (4.14)
    Təzyiq vahidlərində isə:
    (4.15)
    Əgər giriş atmosferlə əlaqəlidirsə, hesablama aşağıdakı kimi aparılır:
    (4.16)
    Burada Pa – atmosfer təzyiqidir.


    V. Bərk maddələrin üyüdülməsi,
    çeşidlərə ayrılması və nəqli
    Doğranma və üyüdülmə bərk maddələrin mexaniki xırdalama prosesinə aiddir [19-21]. Xırdalama nəticəsində emal edilən materialın səthinin sahəsi əhəmiyyətli dərəcədə artır.
    Kiçik tikələrə doğranmış və ya toz halına qədər üyüdülmüş materialların tətbiq olunması həll olmanı, yanmanı, kimyəvi qarşılıqlı təsri və s. prosesləri əhəmiyyətli dərəcədə sürətləndirir.
    Hal hazırda materialların xırdalanması üçün müxtəlif tipli maşınlar tətbiq olunur. Onlar çox böyük həcmli - 2 m3-ə qədər materialı doğrayan maşınlardan başlayaraq materialı 0,1 mk ölçüyə qədər xırdalayan kolloid dəyirmanlara qədər olan bir sıranı təşkil edirlər.
    Doğranma və üyüdülmə xırdalanma dərəcəsi ilə xarakterizə olunur.
    (5.1)
    Burada db – materialın başlanğıc ölçüsü;
    ds – materialın xırdalanmadan sonrakı son ölçüsüdür
    Bərk material tikələrinin və ya hissəciklərin forması düzgün olmadığı üçün təcrübədə onların ölçüləri ələklərin deşiklərinin ölçüsü ilə müəyyən olunur. Xırdalanma dərəcəsi yanaqlı doğrayıcılarda = 3 ÷ 6, dəyirmanlarda isə = 100 hədlərində dəyişir.
    Başlanğıcda və sonda daha böyük tikələrin ölçülərinə əsasən şərti olaraq xırdalanmanın aşağıdakı növlərini fərqləndirirlər:
    Xırdalanma db, mm ds, mm
    İri (doğranma) 1500 – 150 250 – 40
    Orta (doğranma) 250 – 40 40 – 6
    Xırda (doğranma) 25 – 3 6 – 1
    Narın (üyüdülmə) 10 – 1 1 – 75;10-3
    Ən yüksək narın (üyüdülmə)12 – 0,1 75;10-3 - 1· 10-3
    Bərk materialların xırdalanması sıxılmaqla, zərbə ilə, sürtülməklə və parçalanmaqla həyata keçirilir.



    a b




    c d
    Şək. 5.1. materialların xırdalanma üsulları


    a – sıxılmaqla, b – zərbə ilə, c – sürtülməklə,
    d – parçalanmaqla
    Bərk materialların xırdalanması üçün tətbiq olunan maşınlar şərti olaraq doğrayıcılara və dəyirmanlara bölünürlər. Adətən doğrayıcı maşınlar iri, orta və xırda doğranma üçün, dəyirmanlar isə narın və ən narın üyüdülmə üçün tətbiq edilir.
    Bərk materialları nəql etmək üçün ən geniş yayılan tərtibatlara misal olaraq lentli daşıyıcıları, elevatorları, pnevmatik nəqlediciləri, hidravlik nəqlediciləri və s. göstərmək olar.

    Download 2.02 Mb.
    1   ...   7   8   9   10   11   12   13   14   ...   25




    Download 2.02 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı

    Download 2.02 Mb.