Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 164.72 Kb.
bet15/34
Sana04.04.2017
Hajmi164.72 Kb.
#3177
TuriQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
4.12. ATS-in ayrılması və ya daxildə quraşdırılmış kondensator dəsti ilə işləyən istiləşdirmə blokları qəzaya qarşı tənzimlənməyə cəlb edilməməlidir.

4.13. Turbinin tənzimləyici klapanlarına təsir edən, turbinin qarşısındakı buxarın təzyiq tənzimləyiciləri (“özünədək” tənzimləyicilər) qoşulu olan blokların işləməsi, əgər bloklar enerjisistemdə tezliyin və gücün tənzimləmə sisteminin tərkibinə daxil deyilsə, qadağandır. Müstəsna hallarda – avadanlığın nasazlığı və ya dayanaqsız işi zamanı enerjisistemin texniki rəhbərinin icazəsi ilə, dispetçer idarəetmə orqanına xəbər verməklə, işə qoşulmuş "özünədək" tənzimləyicilərlə müvəqqəti işə icazə verilir.

4.14. Enerji bloklarında tezlik və gücün avtomatik tənzimlənmə sistemi olmadıqda (imtina etdikdə) tezliyin dəyişməsi nəticəsində turbinin yükünün artması (azalması) zamanı ilkin buxarın başlanğıc təzyiqini bərpa etmək məqsədilə heyət dərhal tənzimləmə diapazonu hüdudlarında qazanların yükünün dəyişilməsinə başlamalıdır. Əgər yükün dəyişilməsi elektrik verilişi xətlərinin ifrat yüklənməsinə, enerjisistemin dayanıqlılığının pozulması təhlükəsinə səbəb olarsa, onda yerli təlimatlarda dispetçer idarəetmə orqanları ilə razılaşdırılmaqla heyətin işə başlamalı olduğu tezliyin dəyişilməsi göstərilməlidir.

4.15. Mühafizələrin işləməsində imtinalar yarandıqda və ya aşağıdakı hallarda enerji bloku heyət tərəfindən dərhal işdən saxlanılmalıdır:

a) monoblokda qazan və ya cüt (qoşa)-blokda hər iki qazan dayandıqda;

b) bu qaydaların 3.29 bəndində göstərilən zədələnmələrlə və ya iş rejiminin təhlükəli pozulması ilə əlaqədar turbin işdən açıldıqda (təzə buxarın və ya aralıq qızdırıcıdan sonrakı buxarın temperaturunun yolverilməz dərəcədə aşağı düşməsi hallarından başqa);

c) daxili zədələnmə nəticəsində blokun generatoru və ya transformatoru işdən açıldıqda;

ç) bütün bəsləyici nasoslar işdən açıldıqda;

d) bəsləyici boru kəmərlərində, buxar kəmərlərində, deaeratorun gövdəsində ikitərəfli çatlar və ya qırılma əmələ gəldikdə;

e) məsafədən və avtomatik idarəetmə quruluşlarında və ya enerji blokunun bütün NÖC-də gərginlik itdikdə;

ə) heyətə, avadanlığa və ya enerji bloku avadanlığının mühafizə sxeminə aid olan bağlayıcı armaturların məsafədən idarəetmə dövrələri üçün təhlükə törədən yanğın baş verdikdə.



4.16. Enerji blokunun işə salınması və işdən saxlanılmasına blokun böyük maşinisti, əsaslı və orta təmirdən sonra isə qazan sexinin rəisi və ya onun müavini rəhbərlik etməlidir.

4.17. Fəaliyyətdə olan enerji bloklarının layihə üzrə işəsalınma sxemlərinin dəyişdirilməsinə aşağıdakı hallarda yol verilir:

    1. avadanlığın istehsalçı zavodlar ilə razılaşdırılmış yeni işəsalınma sxemlərinin və rejimlərinin məqsədyönlü sınaqları üçün;

    2. işəsalınma sxemlərini təkmilləşdirərkən onları tipik işəsalınma sxeminə uyğunlaşdırmaq və ya istismar keyfiyyətinin yüksəldilməsi məqsədilə.

Enerji bloklarının işəsalınma sxemlərinin təkmilləşdirilməsi və dəyişdirilməsinin həcmi və qaydası enerjisistem ilə razılaşdırılmalıdır.

Download 164.72 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Download 164.72 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 164.72 Kb.