Turbinlərdə qazın temperaturunun qalxmasına qarşı mühafizənin iş fəaliyyəti 4 ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır. 5.32




Download 164.72 Kb.
bet17/34
Sana04.04.2017
Hajmi164.72 Kb.
#3177
TuriQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
5.31. Turbinlərdə qazın temperaturunun qalxmasına qarşı mühafizənin iş fəaliyyəti 4 ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır.

5.32. Generatoru şəbəkədən açacaq yükü ani atmaqla QTQ-nin tənzimləmə sisteminin işinin yoxlanılması aşağıdakı hallarda aparılmalıdır:

    1. quraşdırılandan sonra QTQ-ni istismara qəbul edərkən;

    2. QTQ-nin dinamik xarakteristikalarını və ya tənzimləmə sisteminin statik və dinamik xarakteristikalarını dəyişən yenidənqurma işlərindən sonra;

    3. istismar prosesində və ya təmir zamanı (aşkar olunan nöqsanların ləğvindən sonra) tənzimləmənin statik və dinamik xarakteristikalarında mühüm dəyişikliklər aşkar olunduqda.

5.33. Fasilələrlə işləyən QTQ-lər işəsalınmaya daim hazır vəziyyətdə olmalıdır. Əgər onların işə qoşulması tələb olunmursa, belə QTQ avadanlıqlarının və sistemlərinin sazlığı növbədə 1 dəfə yoxlanılmalı, aqreqatı yükləməklə nəzarət avtomatik işə qoşulmalar isə ayda 1 dəfədən az olmayaraq aparılmalıdır.

5.34. QTQ-nin istismarında turbinlərin, kompressorların, generatorun və təsirləndiricinin yastıq dayaqlarının titrəyiş sürətinin orta kvadratik qiyməti 4,5 mm∙san-1-dən artıq olmamalıdır.

Titrəyiş qiyməti normativdən artıq olduğu hallarda, onun aşağı salınması üçün 30 sutkadan artıq olmayan müddətə tədbirlər görülməlidir.

Titrəyişi 7,1 mm∙san-1-dən artıq olan QTQ-nin 7 sutkadan artıq işlədilməsi qadağandır. Titrəyiş 11,2 mm∙san-1 olduqda isə QTQ, mühafizə sistemi ilə və ya əl ilə işdən açılmalıdır.

Qərarlaşmış rejimdə bir rotorun iki dayağında və ya yanaşı dayaqlarda titrəyiş, ya da bir dayağın titrəyişinin iki tərkib hissəsi hər hansı ilk səviyyədən eyni vaxtda qəflətən 1 mm∙san-1 və bundan artıq dəyişdikdə QTQ dərhal saxlanılmalıdır.

Yastıqların dayaqlarından birində 1-3 sutka ərzində, titrəyişin hər hansı bir tərkib hissəsinin rəvan artması 2 mm∙san-1 olduqda QTQ-dən yük çıxarılmalı və o işdən saxlanılmalıdır.

5.35. QTQ-nin hər valı üçün rotorun normal qaçış müddəti və valçevirən qurğunun mühərrikinin elektrik cərəyanı şiddətinin nominal qiyməti müəyyənləşdirilməlidir. QTQ-nin hər dayanmasında rotorun qaçış müddəti və cərəyan şiddəti ölçülməli və "gündəlik cədvəl" də qeyd olunmalıdır. Qaçış müddəti və ya elektrik cərəyanının şiddəti normadan kənara çıxdıqda və həmçinin kənar səs-küy əmələ gəldikdə, bunların səbəbi araşdırılmalı və ləğvi üçün tədbir görülməlidir.

5.36. QTQ-ni uzunmüddətli ehtiyata çıxardıqda onun konservasiyası üçün tədbirlər görülməlidir. Konservasiya üçün tələb olunan dayanma müddəti, konrservasiya edilməli qovşaqların siyahısı və onun aparılmasının texnologiyası QTQ-nin texniki şərtlərində göstərilməlidir.

5.37. Orta və əsaslı təmirlərin dövriliyi avadanlığın faktiki vəziyyətini nəzərə almaqla, QTQ-nin rejimindən və işləmə müddətindən, işəsalınmaların sayından və istifadə olunan yanacaqdan asılı olaraq, texniki şərtlərə müvafiq müəyyənləşdirilməlidir.

5.38. İstiliyn buraxılması ilə QTQ və BQQ-nin istilik sınaqları aparılmalıdır:


    1. faktiki göstəriciləri alınması nə normative xarakteristikaların tərtib edilməsi üçün yenidən quraşdırılan avadanlıqda;

    2. normative xarakteristikalara uyğunluğun təsdiiq edilməsi üçün vaxtaşırı istismar prosesində (3-4 ildə 1 dəfədən az olmayaraq).



Download 164.72 Kb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Download 164.72 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Turbinlərdə qazın temperaturunun qalxmasına qarşı mühafizənin iş fəaliyyəti 4 ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır. 5.32

Download 164.72 Kb.