İstilik elektrik stansiyalarının blok qurğuları




Download 164.72 Kb.
bet14/34
Sana04.04.2017
Hajmi164.72 Kb.
#3177
TuriQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
4. İstilik elektrik stansiyalarının blok qurğuları
4.1. Blok qurğularının istismarı zamanı bu Qaydaların 2.1, 3.1 bəndlərinin tələbləri yerinə yetirilməli və onların enerjisistemin normal (dispetçer qrafikinə müvafiq) və qəza rejimində tezliyin və gücün tənzimlənməsində iştirakı təmin edilməlidir.

4.2. Dispetçer yük qrafikini ödəmək üçün blokun yükünün tənzimləyici diapazonda və zəruri hallarda texniki minimumadək dəyişilməsi, blokun ehtiyata saxlanılması və müxtəlif istilik vəziyyətlərindən işə buraxılması rejimləri təmin edilməlidir.

4.3. Dövran suyunun tam sərfini kondensatordan buraxaraq işləyən istiləşdirmə blokları buraxılan istiliyin təyin olunmuş miqdarını saxlamaqla dispetçer yük qrafikinin ödənilməsinə cəlb edilə bilər. Daxildə qurulan kondensator dəsti və ya ATS-in ayrılması ilə işləyən istiləşdirmə blokları, bir qayda olaraq, yük qrafikinin dəyişilən hissəsinin ödənilməsinə cəlb edilməməlidir. Ayrı-ayrı hallarda istilik yükünü pik və ya ehtiyat mənbələrinə keçirməklə, göstərilən bloklardan yükün çıxarılmasına icazə verilir. Dəyişən yük qrafikinin ödənilməsinə cəlb edilməyən istiləşdirmə bloklarının miqdarını enerjisistemin dispetçeri müəyyən etməlidir. Enerjisistemin dispetçeri, qənaətliyi daha az olan avadanlığın bütün imkanları tükəndikdən sonra, daha qənaətli avadanlığı (kritikdən yuxarı təzyiqli enerji blokları və xüsusən buxar-qaz qurğuları) dəyişən yük qrafikinin ödənilməsinə cəlb etməlidir.

4.4. Blokun tənzimləmə diapazonunun aşağı həddi işləyən avadanlığın tərkibini dəyişmədən və heyətin bilavasitə təsiri olmadan yükün bütün diapazonunda avtomatik tənzimləmə sisteminin işləməsi şərtilə təyin edilməlidir. Blokların istismarı zamanı, onların texniki minimal yükdə işləməsini təmin etmək üçün, işləyən avadanlığın tərkibinin dəyişilməsinə və ayrı-ayrı avtomatik tənzimləyicilərin açılmasına icazə verilir.

Tənzimləmə diapazonunun aşağı həddi və texniki minimal yükün qiyməti yerli təlimatda göstərilməli və dispetçer xidmətinin nəzərinə çatdırılmalıdır.



4.5. Blokun, tənzimləmə diapozonunun aşağı həddinə və ya texniki minimuma müvafiq olan yükündə, təzə buxarın və aralıq qızdırıcıdan sonrakı buxarın temperaturunun azalması avadanlığı istehsal edən zavodun təyin etdiyi göstəricilərdən çox olmamalıdır.

4.6. Tənzimləmə diapazonunda blokun yükünün dəyişilmə sürətinin həddi, 160-800 MVt gücündə olan blokların tənzimləmə diapazonunda işləməsi zamanı yükün dəyişilmə sürətinin buraxılabilən hədd normaları əsasında müəyyənləşdirilməlidir.

4.7. Təzə buxarın daimi təzyiqi ilə işləmək üçün layihələndirilmiş blokların, xüsusi sınaqlardan və istehsalçı zavodlarla razılaşdırılandan sonra turbinin YTS tənzimləyici klapanlarının bir hissəsinin tam açıq vəziyyətində sürüşkən təzyiq rejimində istismarına icazə verilir (bu rejim dispetçer idarəetmə orqanın qərarı ilə nominal təzyiqdə istismar edilməli olan bloklara aid deyil). Bu halda yerli təlimatlara müvafiq əlavələr daxil edilməlidir.

4.8. Blok duzsuzlaşdırma qurğuları (BDQ) ilə təchiz olunmuş istiləşdirmə bloklarında şəbəkə qızdırıcılarının qızdırıcı buxarının kondensatı, yalnız həmin qızdırıcıların boru sistemlərinin kipliyi pozulan hallarda BDQ-dən buraxılmalıdır.

4.9. Enerji bloklarının gecə vaxtı ehtiyata saxlanılması avadanlıqları soyutmadan həyata keçirilməlidir. Bütün enerji bloklarında buxarın aralıq qızdırma sistemi, daxildə quraşdırılmış siyirtmə (DQS) və separator ilə təchiz olunmuş düzaxınlı qazanı olan enerji bloklarında isə, həmçinin DQS-dən sonrakı buxar qızdırıcı traktı da buxarsızlaşdırılmalıdır. Barabanlı qazanlarda və həmçinin tam keçidli separatorlu düzaxınlı qazanlarda buxarqızdırıcı qızma səthlərində kondensatın qızmış buxaryığıcı kollektorlara atılmasının qarşısını alan texnoloji üsullar həyata keçirilməlidir.

4.10. Enerji blokların və elektrik stansiyalarının avadanlığı, işəsalma və elektrik sxemləri, armaturları, istilik izolyasiyası, alışdırma və su təsərrüfatı istənilən müddətli boş dayanmadan sonra elektrik stansiyasının ən azı iki blokunun eyni vaxtda işəsalınması imkanını təmin edə biləcək vəziyyətdə olmalıdır.

4.11. Aşağıdakı hallarda enerji blokunun işəsalınması qadağandır:

a) bu qaydalara müvafiq olaraq əsas avadanlıqların işəsalınmasını qadağan edən şərtlər mövcud olduqda;

b) enerji blokunun avadanlığının dayandırılmasına təsir edən istənilən texnoloji mühafizə nasaz vəziyyətdə olduqda;

c) operativ tənzimləyici orqanların, habelə qəza vəziyyətinin ləğvi zamanı tətbiq olunan armaturların məsafədən idarəetmə qurğuları nasaz vəziyyətdə olduqda;

ç) blok duzsuzlaşdırma qurğusu iºə qoşulmağa hazır olmadıqda;

d) dayaqlar və boru kəmərlərinin yaylı asmaları zədələndikdə.




Download 164.72 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Download 164.72 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İstilik elektrik stansiyalarının blok qurğuları

Download 164.72 Kb.