• 2 Buxar və suqızdırıcı qazan qurğuları 2.1.
  • Qaz kəmərlərindən kənar edilmiş mayenin kanalizasiyaya atılması qadağandır. 1.45




    Download 164.72 Kb.
    bet10/34
    Sana04.04.2017
    Hajmi164.72 Kb.
    #3177
    TuriQaydalar
    1   ...   6   7   8   9   10   11   12   13   ...   34
    1.44. Qaz kəmərlərindən kənar edilmiş mayenin kanalizasiyaya atılması qadağandır.

    1.45. Generator qazı, habelə nəm və kükürdlü (tərkibində merkaptanlar və ya hidrogen sulfid olan) texnoloji - tullantı qazları veriləndə və yandırılanda, belə qazların istismar xüsusiyyətləri layihə və yerli təlimatlarla müəyyənləşdirilməlidir.
    2 Buxar və suqızdırıcı qazan qurğuları
    2.1. Qazanlar istismar edilərkən aşağıdakılar təmin edilməlidir:

      1. bütün əsas və köməkçi avadanlıqların etibarlılığı və təhlükəsizliyi;

      2. qazanların nominal məhsuldarlığının, parametrlərinin və həmçinin buxar və suyun keyfiyyətinin alınması imkanı;

      3. sınaq və zavod təlimatları əsasında müəyyən edilmiş qənaətli iş rejimi;

      4. hər tip qazan və yandırılan yanacaq növü üçün müəyyənləşdirilmiş yüklərin tənzimlənmə diapazonu;

      5. avtomatika qurğularının təsiri altında tənzimləmə diapazonu hədlərində qazanların məhsuldarlığının dəyişdirilməsi;

      6. buraxıla bilən minimal yüklər;

      7. normalar daxilində zərərli maddələrin atmosferə atılmasını.

    2.2. 100 kqq/sm2 (9,8 MPa) (burada və aşağıda qazanın çıxışındakı buxar təzyiqinin nominal qiyməti göstərilmişdir) və bundan yüksək təzyiqli yenidən istismara verilən qazanlar quraşdırılandan sonra, əsas boru kəmərləri və su - buxar traktının digər elementləri ilə birlikdə kimyəvi təmizlənməlidir. 100kqq/sm2 (9,8 MPa)-dan aşağı təzyiqli qazanlar və suqızdırıcı qazanlar istismara verilməzdən əvvəl qələvi ilə təmizlənməlidir. Kimyəvi təmizləmə və qələviləşdirmədən bilavasitə sonra təmizlənmiş səthlərin dayanması zamanı korroziyadan qorunması üçün tədbir görülməlidir.

    2.3. Təmirdən və ya uzunmüddətli ehtiyatda dayanmadan (3 sutkadan artıq) sonra qazanı işə buraxmazdan əvvəl köməkçi avadanlığın, NÖC, armatur və mexanizmləri məsafədən idarəetmə vasitələrinin, avtotənzimləyicilərin və həmçinin mühafizə, bloklama və operativ rabitə vasitələrinin sazlığı və işə qoşulmağa hazırlığı yoxlanılmalıdır. Aşkar olunan nasazlıqlar aradan qaldırılmalıdır.

    Üç sutkadan artıq ehtiyatda dayanmadan sonra qazanı işə buraxmazdan əvvəl aşağıdakılar yoxlanmalıdır: avadanlıqların, NÖÇ, məsafədən və avtomatik idarəetmə vasitələrinin, texnoloji mühafizə, bloklama qurğularının, informasiya və rabitə vasitələrinin iş qabiliyyəti; texnoloji mühafizə komandalarının bütün icra qurğularından keçməsi; dayanma zamanı təmir aparılan qurğu və avadanlıqların saz vəziyyətdə və işəqoşulmaya hazır olması. Bu halda aşkar olunan nasazlıqlar işəburaxılmadan əvvəl aradan qaldırılmalıdır.

    Qazanın saxlanılmasında iştirak edən bloklama və mühafizə vasitələri nasaz vəziyyətdə olduqda, onun işə buraxılması qadağandır.

    2.4. Qazanın işə buraxılması növbə rəisinin və ya böyük maşinistin rəhbərliyi altında, əsaslı və orta təmirdən sonra isə sex rəisinin və ya onun müavininin rəhbərliyi altında təşkil olunmalıdır.

    2.5. Barabanlı qazan, alışdırmadan əvvəl deaerasiya olunmuş bəsləyici su ilə doldurulmalıdır.

    Düzaxınlı qazan, bəsləyici suyun emalı sxemindən asılı olaraq keyfiyyəti istismar üzrə təlimat göstəricilərinə müvafiq olan bəsləyici su ilə doldurulmalıdır.



    2.6. Soyumamış barabanlı qazanın doldurulmasına boşalmış barabanın yuxarı hissəsində metalın temperaturu 1600C-dən yüksək olmadıqda icazə verilir.

    Barabanın yuxarı hissəsində metalın temperaturu 1400C-dən yuxarı olduqda onun hidravliki presləmə üçün doldurulması qadağandır.



    2.7. Düzaxınlı qazanın su ilə doldurulması, ondan havanın çıxarılması və həmçinin, çirkdən təmizləmək üçün yuyulması əməliyyatları, separator rejimi ilə alışdırılanda qazanın traktının daxilində quraşdırılan siyirtmələrə qədər olan sahə üzrə, düzaxınlı rejimdə alışdırılanda isə bütün trakt üzrə aparılmalıdır.

    Alışdırmada suyun sərfi nominalın 30%-nə bərabər olmalıdır. Alışdırma sərfinin digər qiyməti, yalnız istehsalçı-zavodun təlimatına ya da sınaq nəticələri əsasında dəqiqləşdirilmiş istismar təlimatına əsasən təyin oluna bilər.



    2.8. Suqızdırıcı qazanı alışdırmazdan qabaq şəbəkə suyunun sərfi, hər qazan tipi üçün istehsalçı-zavodun müəyyənləşdirdiyi minimal buraxıla bilən qiymətdən az olmamalı və qazanın sonrakı işində də bu şərtə əməl olunmalıdır.

    2.9. Blok qurğularının düzaxınlı qazanlarını alışdıranda, işçi təzyiqi 140 kqq/sm2 (13,8 MPa) olan qazanlar üçün qazanın traktının daxilində quraşdırılan siyirtmələrin qabağındakı təzyiq 120-130 kqq/sm2 səviyyəsində, kritikdən yuxarı təzyiqli qazanlar üçün isə 240-250 kqq/sm2 (24-25 MPa) səviyyəsində saxlanılmalıdır.

    Bu qiymətlərin dəyişdirilməsinə və ya dəyişən təzyiqlə alışdırılmasına, xüsusi sınaqlar əsasında istehsalçı zavodla razılaşdırıldıqdan sonra icazə verilir.



    2.10. Qazanı alışdırmazdan qabaq və dayandırdıqdan sonra, ocaq və tüstü qazlarının resirkulyasiya xətləri də daxil olmaqla qaz yolları tüstüsoran, üfürmə ventilyatorları və resirkulyasiya tüstüsoranları ilə qaz -hava traktının şiberlərinin açıq vəziyyətində nominalın 25%-indən az olmayan hava sərfi ilə 10 dəqiqədən az olmayaraq ventilyasiya olunmalıdır.

    Təzyiq altında işləyən qazanlar və tüstüsoransız suqızdırıcı qazanların ventilyasiyası üfürmə ventilyatorları və resirkulyasiya tüstüsoranları ilə aparılmalıdır.

    Su-buxar traktında izafi təzyiq saxlanıldıqda soyumamış vəziyyətdən qazanı alışdırmazdan əvvəl, odluğun alışdırılmasına 15 dəqiqə qalmış qazanın ventilyasiyası başlanılmalıdır.

    2.11. Qazanı qazla alışdırmazdan əvvəl, qazanın qaz kəmərləri hava ilə nəzarət yoxlanışından keçirilməli (preslənməli) və odluqların qabağındakı bağlayıcı armaturların bağlanma kipliyi qüvvədə olan normativ sənədlərə müvafiq olaraq qazla yoxlanılmalıdır.

    2.12. Qazanları alışdıranda tüstüsoran və üfürmə ventilyatoru işə qoşulmuş vəziyyətdə olmalı, tüstüsoransız qazanlarda isə üfürmə ventilyatoru işdə olmalıdır.

    2.13. Qazanın alışdırılması anından başlayaraq, barabandakı suyun səviyyəsinə nəzarət təşkil olunmalıdır.

    Yuxarıda yerləşdirilmiş sugöstərici cihazların üfürülməsi:



      1. təzyiqi 40 kqq/sm2 (3,9 MPa) və aşağı olan qazanlarda-qazanda izafi təzyiq 1 kqq/sm2-a (0,1 MPa) yaxın olduqda və baş buxar kəmərinə qoşulmazdan əvvəl;

      2. təzyiqi 40 kqq/sm2-dan (3,9 MPa) yuxarı olan qazanlarda -qazanda izafi təzyiq 3 kqq/sm2 (0,3 MPa) olduqda və 15-30 kqq/sm2 (1,5-3 MPa) təzyiqdə yerinə yetirilməlidir.

    Suyun aşağı endirilmiş səviyyə göstəriciləri, alışdırma prosesində sugöstərici cihazlarla (düzəlişləri nəzərə almaqla) tutuşdurulub yoxlanılmalıdır.

    2.14., Müxtəlif istilik vəziyyətlərindən qazanın alışdırılması, istehsalçı zavodun təlimatı və işə qoşma (buraxılış) rejimləri sınaqlarının nəticələrinə əsasən tərtib olunmuş işəqoşulma qrafiklərinə müvafiq yerinə yetirilməlidir.

    2.15. Əsaslı və orta təmirdən sonra qazanın soyuq vəziyyətdən alışdırılması prosesində, reperlər üzrə ekranların, barabanların və kollektorların istilik yerdəyişmələri ildə ən azı 1 dəfə yoxlanılmalıdır.

    2.16. Əgər qazanın işə buraxılmasına qədər onda flans birləşmələri və kiçik lyukların sökülməsi ilə əlaqədar işlər aparılıbsa, bolt birləşmələri 3-5 kqq/sm2 (0,3-0,5 MPa) izafi təzyiqdə əlavə sıxılmalıdır.

    Bolt birləşmələrinin böyük təzyiqdə sıxılması qadağandır.



    2.17. 100 kqq/sm2 (9,8 Mpa)-dan yuxarı təzyiqli qazanları alışdıranda və saxlayanda barabanların temperatur rejiminə nəzarət təşkil olunmalıdır. Barabanın aşağı hissəsinin isidilmə və soyudulma sürəti və barabanın aşağı və yuxarı hissələri arasındakı temperatur fərqi aşağıdakı buraxıla bilən qiymətlərdən artıq olmamalıdır:
    Qazanı alışdıranda qızdırılma sürəti, 0C/10 dəq .........30

    Qazanı saxlayanda soyudulma sürəti, 0C/10 dəq .........20

    Qazanı alışdıranda temperaturlar fərqi, 0C.....................60

    Qazanı saxlayanda temperaturlar fərqi 0C.....................80


    2.18. Qazanın ümumi buxar kəmərinə qoşulması, birləşdirici boru kəməri drenaj olunduqdan və qızdırıldıqdan sonra aparılmalıdır. Qoşulma zamanı qazanın çıxışındakı təzyiq, ümumi buxar kəmərindəki təzyiqə bərabər olmalıdır.

    2.19. Qazanın iş rejimi, avadanlığın sınağı və istismar təlimatı əsasında tərtib olunmuş rejim xəritəsinə mütləq uyğun olmalıdır. Qazanda yenidənqurma işləri aparıldığı hallarda və yanacağın keyfiyyəti və markasının dəyişməsi hallarında rejim xəritəsi dəqiqləşdirilməlidir.

    2.20. Qazan işləyən zaman əsas və aralıq buxar qızdırıcılarının hər pilləsində və axınında buxarın buraxıla bilən temperaturunun saxlanılmasını təmin edən istilik rejimlərinə riayət edilməlidir.

    2.21. Qazan işləyən zaman barabandakı su səviyyəsinin yuxarı həddi istehsalçı - zavod və avadanlıqların sınaqlarına əsasən müəyyən edilmiş səviyyə həddindən yüksək, aşağı səviyyə həddi isə müəyyən olunmuş aşağı səviyyə həddindən az olmamalıdır.

    2.22. Qazan qurğularının qızdırıcı səthləri tüstü qazları tərəfdə, optimal rejim saxlanılmaqla və mexanikləşdirilmiş kompleks təmizləyici sistemlər (buxar, hava və ya su aparatları, impulsla təmizləmə qurğusu, titrəyişlə təmizləmə, qırma ilə təmizləmə və b.) tətbiq edilməklə istismar üçün təmiz vəziyyətdə saxlanılmalıdır. Bunun üçün nəzərdə tutulmuş qurğular və həmçinin onların məsafədən və avtomatik idarəetmə vasitələri daimi olaraq işə hazır vəziyyətdə olmalıdır.

    Qızdırıcı səthlərin dövri təmizlənməsi qrafiklə və ya yerli təlimatla tənzimlənməlidir.



    2.23. Qazanların istsimarında, bir qayda olaraq, bütün sorucu-üfürücü maşınlar işə qoşulmalıdır. Sorucu - üfürücü maşınların bir qisminin işləmədiyi halda, qazanın uzun müddətə işlədilməsinə qazanın tərəfləri üzrə bərabər qaz - hava və temperatur rejiminin təmin edilməsi şərti ilə icazə verilir. Bu halda, havanın odluqlara bərabər paylanması təmin olunmalı və işləməyən ventilyatordan (tüstüsorandan) havanın (qazın) keçməsi istisna olunmalıdır.

    2.24. Əsas yanacaq kimi tərkibində kükürdlüyü 0,5%-dən yuxarı olan mazut yandırılan buxar qazanlarında, yükün tənzimlənməsi diapazonunda mazutun yandırılması, bir qayda olaraq, ocağın çıxışında hava artıqlığı əmsalı 1,03-dən az olmaqla aparılmalıdır. Bu halda, qazanın həmin rejmə keçirilməsi üzrə müəyyən olunmuş tədbirlər kompleksinin icrası vacibdir (yanacağın hazırlanması, müvafiq odluq quruluşları və forsunkaların tətbiqi, ocağın kipliyinin təmini, qazanın əlavə nəzarət cihazları və yanma prosesinin avtomatlaşdırılması vasitələri ilə təchizatı).

    2.25. Mazut forsunkaları yerlərinə quraşdırılmazdan əvvəl, onların məhsuldarlığını, çiləmə keyfiyyətini və məşəlin açılma bucağını yoxlamaq məqsədilə su stendində sınaqdan keçirilməlidir. Qazanda quraşdırılan mazut forsunkaları dəstindəki forsunkaların nominal məhsuldarlıqları arasındakı fərq 1,5%-dən artıq olmamalıdır. Hər bir qazan ehtiyat forsunka dəsti ilə təmin olunmalıdır.

    Qeyri-standart forsunkaların istifadəsi qadağandır.



    2.26. Hava verilmədən (mütəşəkkil havasız) mazut və alışdırıcı forsunkaların işlədilməsi qadağandır. Qazanxana forsunkalarının və buxar - mazut kəmərlərinin istismarı zamanı mazutun buxar kəmərinə düşməsini istisna edən şərtlər yerinə yetirilməlidir.

    2.27. Qazanların istismarı zamanı havaqızdırıcılara daxil olan havanın temperaturu, 0C-lə, aşağıdakı qiymətlərdən aşağı olmamalıdır:

    Yanacağın növü

    Havaqızdırıcısı

    borulu

    regenerativ

    tərkibində 0,5%-dən yuxarı kükürd olan mazut

    110

    70

    tərkibində 0,5%-dən aşağı kükürd olan mazut

    90

    50

    Kükürdlü mazut yandırılanda havanın qabaqcadan qızdırılma temperaturu elə seçilməlidir ki, qazanın çıxışında tüstü qazanlarının temperaturu, qazan yükünün tənzimlənməsi diapazonunda 1500C-dən aşağı olmasın.

    Ocağın çıxışında mazut, hava artıqlıq əmsalının aşağı həddi ilə (1,03-dən aşağı) yandırıldığı hallarda və ya korroziyaya qarşı effektiv vasitələrdən (aşqarlar, materiallar, örtüklər) istifadə olunduqda, havaqızdırıcısının qabağındakı havanın temperaturu, istismar təcrübələrinə əsaslanaraq göstərilmiş qiymətlərdən aşağı salına bilər.

    Kükürdlü mazutla qazanın alışdırılması havaqızdırıcı sistemin (kaloriferlər, qızmış havanın resirkulyasiyası sistemi) əvvəlcədən işə qoşulması ilə aparılmalıdır. Mazut qazanının alışdırılmasının ilk dövründə, havaqızdırıcının qabağında havanın temperaturu, bir qayda olaraq, 900C-dən aşağı olmamalıdır.



    2.28. Qazanların hörgüləri saz vəziyyətdə olmalıdır. Ətraf havanın temperaturu 250C olduqda hörgünün səthində temperatur 450C -dən çox olmamalıdır.

    2.29. Qazanın ocağı və bütün qaz yolları kip olmalıdır. Ocağa və buxar qızdırıcısının çıxışına qədər olan qaz yollarına hava sızması, buxar məhsuldarlığı 420 t/s-a qədər olan, qaz və mazutla işləyən buxar qazanları üçün - 5%-dən, buxar məhsuldarlığı 420 t/s-dan yuxarı olan qazanlar üçün isə - 3%-dən çox olmamalıdır.

    Ocağa və konvektiv qızma səthlərin çıxışına qədər olan qaz yollarına hava sızması, suqızdırıcı qazanlar üçün 5 %-dən çox olmamalıdır. Bütöv qaynaqlı ekranları olan ocaq və qaz yollarında sızma olmamalıdır.

    Su ekonomayzerinin girişindən tüstüsoranın çıxışına qədər olan qaz yolunda sızma, borulu havaqızdırıcısı olan qazanlarda -10%-dən çox, regenerativ havaqızdırıcılı qazanlarda isə – 25%-dən çox olmamalıdır.

    Sızma normaları, qazanların nominal yükü üçün nəzəri cəhətdən zəruri olan hava miqdarına nisbətən faizlə verilmişdir.



    2.30. Qazan və qaz yolları səthlərinin kipliyinə nəzarət edilməsi baxış keçirməklə və ayda 1 dəfə sızmaların təyini yolu ilə yerinə yetirilməlidir. Ocağa havanın sızması, ildə bir dəfədən az olmayaraq və həmçinin orta və əsaslı təmirdən əvvəl və sonra təyin olunmalıdır. Ocağın və qaz yollarının kipsizliyi ləğv edilməlidir.

    2.31. Rejim xəritəsinin tərtibi və istismar təlimatlarının dəqiqləşdirilməsi üçün qazanın istismar sınaqları onu istsimara verdikdə, qazanda konstruktiv dəyişikliklər aparılandan sonra, digər növ və markalı yanacağa keçdikdə və həmçinin parametrlərin verilənlərdən fərqlənməsinin səbəbinin araşdırılması üçün keçirilməlidir.

    Qazanlar istismar sınaqlarının keçirilməsi üçün lazımi tərtibat və avadanlıqlarla təchiz olunmalıdır.



    2.32. Qazanı ehtiyata və ya təmirə çıxaran zaman istilik energetikası avadanlıqlarının konservasiyası üzrə qüvvədə olan göstərişlərə müvafiq olaraq qazanın qızma səthləri və kaloriferlərin konservasiyası üçün tədbir görülməlidir.

    2.33. Qazanın qızma səthlərindəki daxili çöküntülər, alışdırma və saxlanma vaxtı su yuyulmaları ilə və ya kimyəvi təmizləmə ilə kənar edilməlidir.

    Kimyəvi təmizlənmələrin dövriliyi, daxili çöküntülərin miqdarının analizinin nəticələrinə əsasən, yerli təlimatlarla müəyyənləşdirilməlidir.




    Download 164.72 Kb.
    1   ...   6   7   8   9   10   11   12   13   ...   34




    Download 164.72 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Qaz kəmərlərindən kənar edilmiş mayenin kanalizasiyaya atılması qadağandır. 1.45

    Download 164.72 Kb.