7.40. Şəbəkə suyunun keyfiyyəti aşağıda göstərilən normaları ödəməlidir:
Sərbəst karbon turşusunun miqdarı ................................... 0
İstilik təchizatı sistemləri üçün pH-ın qiyməti:
açıq ................................................................................ 8,3-9,0
qapalı .............................................................................. 8,3-9,5
İstilik təchizatı sistemləri üçün:
dəmir birləşmələrinin miqdarı, mq/dm3, çox olmamalı:
açıq ................................................................................. 0,3
(sanitariya orqanları ilə razılaşdırılmaqla 0,5 mq/dm3 icazə verilir)
qapalı .............................................................................. 0,5
Həll olunmuş oksigenin miqdarı,
mq/dm3, çox olmamalı ........................................................ 20
Asılı maddələrin miqdarı, mq/dm3, çox olmamalı ............. 5
Neft məhsullarının miqdarı, mq/dm3 çox olmamalı :
Açıq istilik təchizatı sistemi üçün …………………........… 0,1
Qapalı istilik təchizatı sistemi üçün …………………....… 1
İsitmə mövsümünün başlanğıcında və təmirdən sonrakı dövrdə qapalı istilik təchizatı sistemləri üçün – 4 həftə, açıq istilik təchizatı sistemləri üçün isə 2 həftə müddətinə normaların: dəmir birləşmələri miqdarının – 1,0 mq/dm3-a qədər; həll olunmuş oksigenin – 30 mq/dm3-a qədər; asılı maddələrin – 15 mq/dm3-a qədər yuxarı olmasına icazə verilir.
Açıq istilik təchizatı sistemlərində, sanitar-epidemioloji xidmət təşkilatları ilə razılaşdırılaraq, istismar edilən istilik təchizatı sistemlərinin mövsümi qoşma vaxtlarında, yenilərin qoşulmasında və həmçinin təmirdən sonra 14 günə qədər müddətə suyun rəng göstəricisi üzrə 700-yə qədər və dəmirin miqdarı üzrə 1,2 mq/dm3-a qədər normadan kənara çıxmasına yol verilir.
İsitmə mövsümü qurtardıqdan və ya suqızdırıcı qazanlar və istilik şəbəkəsi saxlandıqdan sonra onlar konservasiya olunmalıdır.
7.41. Üzvi yanacaqla istismar olunan elektrik stansiyalarında işləyən qazanların nominal məhsuldarlığında texnoloji rejimlərdən kənarlaşmalar, sızma, buxarlanma nəticəsində suyun, buxarın və kondensatın stansiyadaxili itkiləri bəsləyici suyun ümumi sərfinin aşağıdakı %-dən çox olmamalıdır:
Kondensasiyalı elektrik stansiyalarında ....................... 1,0
Xalis istilik yüklü İEM-də ............................................ 1,2
İstehsalat və ya istehsalat -istilik yüklü İEM-də .......... 1,6
Bəsləyici suyun nominaldan az olan faktiki sərfində stansiyadaxili itkilərin normaları müvafiq olaraq artacaqdır ki, bu da 1,5 dəfədən çox olmamalıdır.
Forsunkaların işləməsi, qazanların üfürülməsi, su ilə yuylması, kondensat təmizləyici qurğulara xidmət, istilik şəbəkəsində əlavə suyun dearasiyası, mazutun boşaldılması, kimyəvi analizlər üçün istilikdaşıyıcısından nümunənin götürülməsi zamanı və digər texnoloji əməliyyatlar aparıldıqda suyun, buxarın, və kondensatın (xüsusi sərfiyyat itkiləri) texnoloji itkilərinin normaları İES-lərdə suyun təkrar istifadəsinin mümkünlüyü nəzərə alınmaqla hər bir əməliyyat üçün elektrik stansiyası tərfindən işlənib hazırlanmalıdır.
Hər bir elektrik stansiyası üçün stansiyadaxili qeyri-istehsal və suyun, buxarın və kondensatın texnoloji itkilərinin ümumi normaları hər il enerjisistem tərəfindən təsdiq edilməlidir.
8. Boru kəmərləri və armatur
8.1. Müdiriyyətin xüsusi sərəncamı ilə boru kəmərlərinin saz vəziyyətdə olmasına nəzarət və təhlükəsiz istismarına cavabdehlik mühəndis-texniki işçilərdən təyin edilir.
8.2. Hər bir boru kəməri üçün normativ sənədlərlə müəyyən olunmuş formada pasport təyin edilməlidir.
8.3. Əsaslı və orta təmirdən və həmçinin boru kəməri sahələrinin kəsilib təkrar qaynaqlanması ilə, armaturun dəyişilməsi, dayaqların sazlanması və istilik izolyasiyanın dəyişdirilməsilə əlaqədar olan təmirdən sonra avadanlığı işə salmazdan əvvəl aşağıdakılar yoxlanılmalıdır:
-
müvəqqəti istifadə olunan quraşdırma və təmir qarmaqlarının, konstruksiya və ləvazimatların, taxtabəndlərin olmaması;
-
hərəkətsiz və sürüşkən dayaqların, yaylı bərkitmələrin, boru kəmərlərin və armaturlara xidmət üçün istifadə olunan meydança və pilləkənlərin sazlığı;
-
soyuq vəziyyətdə asqı və dayaq yaylarının dartılma ölçüsü;
-
istilik yerdəyişməsi indikatorlarının sazlığı;
-
qızma və digər istismar rejimlərində boru kəmərlərinin sərbəst yerdəyişməsinin mümkünlüyü;
-
drenaj və hava xətlərinin, qoruyucu qurğuların vəziyyəti;
-
boru kəmərlərinin üfiqi sahələrinin mailliyi ölçüləri və onların normativ sənədlərin tələblərinə müvafiqliyi;
-
armaturun hərəkət edən hissələrinin sərbəst işləməsi;
-
bağlayıcı armaturların idarəetmə lövhələrindəki ən kənar vəziyyət göstəricilərinin (açıq-bağlı) onun faktiki vəziyyətinə uyğunluğu;
-
istilik izolyasiyasının sazlığı;
-
təmir sənədlərinin (sxemlər, formulyarlar, qaynaq sənədləri, metalloqrafik müayinənin protokolları, təmirdən qəbul aktları və s.) tam komplektdə mövcudluğu.
8.4. Enerji obyektinin müdiriyyəti tərəfindən boru kəmərlərinin istismarı üzrə normativ sənədlərin əsasında bu enerji obyektində boru kəmərlərinin konkret istismar şəraitlərini nəzərə alan yerli təlimatlar hazırlanmalı və təsdiq edilməlidir. Boru kəmərlərinin və armaturun istismarında qüvvədə olan təlimatlara uyğun olaraq aşağıdakılara nəzarət edilməlidir:
-
indikatorların göstəriciləri üzrə boru kəmərlərinin istilik yerdəyişmələrinin ölçüsünə və onların hesabat rəqəmləri ilə uyğunluğuna;
-
boru kəmərlərinin sıxılması (əzilməsi) və yüksək titrəyişin mövcudluğuna;
-
qoruyucu qurğuların, armatur və flans birləşmələrinin kipliyinə;
-
işəsalınma və işdən saxlanmalarda metalın işçi temperatur rejiminə;
-
soyuq və işçi vəziyyətində asqı və dayaqların yaylarının dartılma dərəcəsinə-2 ildə 1 dəfədən az olmayaraq;
-
armaturun kipkəcli yerlərinin kipliyinə;
-
tənzimləyici armaturun idarəetmə lövhələrindəki vəziyyət göstəricilərinin (VG) onun faktiki vəziyyətinə uyğunluğuna;
-
armaturun elektrik intiqalı reduktorunda, yastıqlarda, ötürücü mexanizmlərin qovşaqlarında, şpindel - yivli oymaq vintli cütündə yağlanmanın mövcudluğuna.
8.5. Soyumamış buxar kəmərlərini işçi cisim ilə doldurduqda boru kəmərlərinin divarları və işçi cismin temperatur fərqinin, hesabat qiymətləri həddində saxlanılmasına nəzarət edilməlidir.
8.6. Drenaj sistemi boru kəmərləri qızdırıldıqda və boşaldıldıqda cismin işçi təzyiqində doymaya uyğun temperaturadək qalan nəmliyin tam çıxarılmasını təmin etməlidir.
Bunun üçün boru kəmərlərinin üfiqi sahələrinin mailliyi 0,004-dən (cismin hərəkəti istiqamətində) az olmamalıdır. Boru kəmərlərinin element və detalları dəyişiləndə, onun oxunun layihə vəziyyəti saxlanılmalıdır.
Drenaj xətlərinin çəkilməsi zamanı boru kəmərlərinin sıxılmasının qarşısını almaq üçün yerdəyişmələrinin istiqaməti nəzərə alınmalıdır.
Bir neçə boru kəmərlərinin drenaj xətləri birləşdirildikdə, onların hər birinə bağlayıcı armatur quraşdırılmalıdır.
8.7. Boru kəmərləri və armaturun quraşdırılması zamanı armatura xidmət və onun təmirinin mümkünlüyü təmin edilməlidir. Buxar kəmərlərinin istilik yerdəyişməsi indikatorları və armatur quraşdırılan yerlərdə, onlara xidmət üçün meydançalar qurulmalıdır.
8.8. Armaturda boru kəmərlərinin texnoloji sxemlərinə əsasən adları və nömrələri göstərilməli və həmçinin dəstəyin fırlanma istiqamətini göstərən göstəricilər olmalıdır.
Tənzimləyici klapanlar tənzimləyici orqanın açılma dərəcəsini göstərən göstərici ilə, bağlayıcı armatur isə "Açıqdır" və "Bağlıdır" göstəriciləri ilə təchiz edilməlidir.
8.9. Boru kəmərlərinin, armaturun və armaturu məsafədən idarəetmə elementlərinin təmiri, boru kəmərinin təmir olunan sahəsini ayıran tıxacların quraşdırılması və çıxarılması, yalnız naryad-buraxılışla aparılmalıdır.
8.10. Emalatxana şəraitində təmir olunan armaturun cəftələri, kipkəc, silfon və flans birləşmələrinin kipliyə görə sınağı işçi təzyiqin 1,25 mislində aparılmalıdır.
Boru kəmərlərindən kəsilmədən təmir olunan armaturun kipliyə görə sınağı avadanlıq işəsalındıqda, cismin işçi təzyiqində aparılmalıdır.
8.11. Boru kəmərlərinin və armaturun istilik izolyasiyası saz vəziyyətdə olmalıdır. Ətraf havanın temperaturu 250C olduqda, onun səthində temperatur 450C-dən çox olmamalıdır.
Dövri nəzarətə məruz qalan flans birləşmələrinin, armaturun və boru kəmərləri sahələrinin (qaynaq birləşmələri, axıcılığı ölçən qurğular və s.) istilik izolyasiyası çıxarılıb -taxılan olmalıdır.
Açıq havada və yağ çənlərinin, yağ kəmərlərinin, mazut kəmərlərinin yaxınlığında yerləşən boru kəmərləri istilik izolyasiyasının nəmlikdən və ya yanar neft məhsullarının hopmasından qorunması üçün metal və ya digər örtüyə malik olmalıdır. Neft (turkcha neft, fors, neft), qoramoy - suyuq yonuvchi qazilma boylik, organik birikmalarning , asosan, uglevodorodlarning murakkab aralashmasidan iborat modda. Yer yuzasidan, asosan, 1,2-2,0 km chukurlikdagi yer osti gumbazlarining gʻovak yoki seryoriq togʻ jinslari (qum, qumtosh, ohaktoshlar)da joylashgan. Kabel xətlərinin yaxınlığında yerləşən boru kəmərləri də metal örtüklə örtülməlidir.
İşçi cismin temperaturu ətraf havanın temperaturundan aşağı olan obyektlər korroziyadan qorunmalı, hidro və istilik izolyasiyası ilə təmin olunmalıdır.
İstilik izolyasiyası üçün boru kəmərlərində metalın korroziyasına səbəb olmayan materiallardan istifadə edilməlidir.
8.12. Mühafizə örtüyü olmayan boru kəmərlərinin izolyasiyası rənglənməlidir. Mühafizə örtüyü mövcud olduqda, onun səthinə nişanlama halqaları çəkilməlidir.
8.13. Bəsləyici boru kəmərlərində, aralıq qızdırıcı və təzə buxar kəmərlərində və həmçinin onların armaturunda zədələr, çatlar aşkar olunduqda, qəza sahəsi dərhal işdən açılmalıdır.
Əgər işdən açılmalarda, qəza sahəsini ehtiyatla əvəz etmək mümkün deyilsə, onda bu sahə ilə əlaqəsi olan avadanlıq da işdən saxlanılmalıdır.
8.14. Armaturdan qəti olaraq, yalnız onun təyinatına uyğun istifadə olunmalıdır.
9. Stansiya istiləşdirmə qurğuları
9.1. İstiləşdirmə qurğusunun iş rejimi (verici və qaytarıcı boru kəmərlərindəki təzyiq və verici boru kəmərində temperatur) istilik şəbəkəsinin dispetçerinin tapşırığına müvafiq təşkil edilməlidir.
Su istilik şəbəkəsinin verici xəttində temperatur, bu şəbəkə üçün təsdiq olunmuş temperatur cədvəlinə əsasan şəbəkənin uzunluğundan, iqlim şəraitindən və digər faktorlardan asılı olaraq istilik şəbəkəsinin dispetçeri tərəfindən təyin edilməklə 12-24 saat ərzində xarici havanın orta temperaturu üzrə verilməlidir. Iqlim tushunchasi oʻz ichiga muayyan hududda uzoq vaqt davomida yigʻilgan harorat, namlik, atmosfera bosimi, shamol, yogʻin va boshqa meteorologik parametrlar statistikalarini oladi. Ushbu parametrlarning uzoq vaqt emas, balki muayyan vaqtdagi holatlariga ob-havo deyiladi. Elektrik stansiyasının (qazanxananın) baş siyirtməsindən sonra verilən rejimə nisbətən göstəricilərin fərqi aşağıdakılardan çox olmamalıdır:
-
istilik şəbəkəsinə daxil olan suyun temperaturu üzrə 3% ;
-
verici boru kəmərlərindəki təzyiq üzrə 5%;
-
qaytarıcı (əks) boru kəmərlərindəki
-
təzyiq üzrə 0,2 kqq/sm2 (20 kPa).
Qaytarıcı boru kəmərlərində şəbəkə suyunun temperaturu, verici boru kəmərlərində şəbəkə suyunun sərfi, verici və qaytarıcı boru kəmərlərində sərfiyyat fərqi istilik şəbəkəsinin və istilik istehlakı sisteminin iş rejimləri ilə təmin edilir və istilik şəbəkəsinin dispetçeri tərəfindən nəzarətdə saxlanılır. Qaytarıcı boru kəmərlərində şəbəkə suyunun orta sutqalıq temperaturu qrafik üzrə veriləndən 3%- dən artıq olmamalıdır. Qaytarıcı boru kəmərlərindəki şəbəkə suyunun temperaturunun qrafikdəkinə nisbətən aşağı olması məhdudlaşdırılmır.
Verici boru kəmərlərində şəbəkə suyunun maksimal orta saatlıq sərfiyyatı, verici və qaytarıcı boru kəmərlərində şəbəkə suyunun sərfiyyat fərqi istilik təchizatı üzrə müqavilələrdə göstərilən qiymətlərdən yuxarı olmamalıdır. Verici boru kəmərlərində şəbəkə suyunun maksimal orta saatlıq sərfi, verici və qaytarıcı boru kəmərlərində sərfiyyat fərqi, qaytarıcı boru kəmərlərində şəbəkə suyunun temperaturu hesabat qiymətlərindən yuxarı olduqda istilik şəbəkəsinin dispetçeri təyin edilmiş qiymətlərin bərpası üçün tədbir görməlidir.
Elektrik stansiyasının (qazanxananın) kollektorlarında buxarın təzyiqi və temperaturu verilən parametrlərdən 5%-dən çox fərqlənməməlidir.
9.2. Hər bir şəbəkə qızdırıcısı və qızdırıcılar qrupu üçün layihə verilənləri və sınaq nəticələri əsasında aşağıdakılar təyin olunmalıdır:
-
hesabat istilik məhsuldarlığı və ona uyğun isidici buxarın və şəbəkə suyunun parametrləri;
-
şəbəkə suyunun qızdırılmasının maksimal temperaturu və temperatur basqısı;
-
buxar və su tərəfində təzyiqin buraxılabilən həddi;
-
şəbəkə suyunun hesabat sərfi və ona uyğun basqı itkisi.
Bundan başqa, sınaq nəticələri əsasında suqızdırıcı qazanlarda, boru kəmərlərində və şəbəkə suyunun hesabat sərfiyyatında istiləşdirmə qurğusunun köməkçi avadanlığındakı basqı itkisi təyin edilməlidir.
Sınaqlar, yeni quraşdırılmış istiləşdirmə qurğularında və istismar prosesində dövri olaraq (3-4 ildə 1 dəfə) keçirilməlidir.
9.3. Şəbəkə qızdırıcılarının, istilik şəbəkəsinin çıxışlarında və həmçinin istilik şəbəkələrində yerləşən qarışdırma stansiyalarında suyun temperaturunun tənzimlənməsi bir bərabərdə aparılmalı və saatda 300C-dən çox olmamalıdır.
9.4. Şəbəkə qızdırıcıları işlədikdə aşağıdakılar təmin olunmalıdır:
-
kondensatın səviyyəsinə və səviyyənin avtomatik saxlanılması qurğusunun işinə nəzarət;
-
kondensasiya olunmamış qazların buxar sahəsindən çıxarılması;
-
temperatur basqısına nəzarət;
-
şəbəkə suyunun qızmasına nəzarət;
-
isidici buxarın keyfiyyətinə əsasən hidravliki kipliyə nəzarət.
İstilikmübadilə aparatlarının boru sistemi yoxlanmalı və lazım gəldikdə təmizlənməlidir. Təmizlənmə ildə 1 dəfədən az olmayaraq (isitmə mövsümündən qabaq) aparılmalıdır.
9.5. Ehtiyatın avtomatik qoşulması (EAQ) qurğuları işə daim hazır vəziyyətdə olmalı və enerji obyektinin texniki rəhbərinin təsdiq etdiyi qrafiklə dövri olaraq yoxlanılmalıdır.
9.6. İstilik şəbəkəsinin qidalandırıcı qurğuları, işçi rejimində onların, kimyəvi təmizlənmiş, deaerasiya olunmuş su ilə və qəza qidalandırılmasında isə qüvvədə olan normalarla müəyyənləşdirilmiş miqdarda içməli su təsərrüfatı və ya istehsalat su kəmərləri sistemlərindən qidalandırılmasını təmin etməlidir.
9.7. İstilik şəbəkəsinin, bu qaydaların 7.39-cu bəndinin tələblərinə cavab verməyən su ilə qidalandırılmasının hər bir halı, elektrik stansiyasının texniki rəhbərinin icazəsi ilə yerinə yetirilməli və su təchizatının mənbəyi və suyun miqdarı göstərilməklə əməliyyat jurnalına qeyd olunmalıdır.
Qidalandırıcı qurğuların boru kəmərlərinin texniki, dövran və ya içməli su kəməri ilə birləşmələrində iki bağlı və plomblanmış siyirtmə arasında nəzarət klapanı nəzərdə tutulmalıdır. İstilik şəbəkəsinin normal iş rejimində nəzarət klapanı açıq olmalıdır.
9.8. Qidalandırıcı-atma qurğuları, istilik şəbəkələrinin iş rejimində və şəbəkə nasosları dayandıqda bu nasosların giriş tərəfində verilmiş təzyiqi saxlamalıdır. Qaytarıcı boru kəmərlərində təzyiqin qəflətən artmasından mühafizə nəzərdə tutulmalıdır.
İstiləşdirmə qurğularında istilik şəbəkəsinin verici boru kəmərlərində və istilik istehlakı sistemlərində şəbəkə suyunun təzyiqinin qəza zamanı aşağı düşməsi mümkünlüyündə istilik təchizatı sisteminin bütün nöqtələrində şəbəkə suyunun qaynamasına qarşı mühafizə nəzərdə tutulmalıdır. Şəbəkə suyunun qaynamaması şərtinin təmin edilməsi qeyri-mümkün olduqda ehtiyat şəbəkə və ya bəsləyici nasosların öz-özünə işə salınmasına və qəza zamanı işə qoşulmasına icazə verilmir.
9.9. Ehtiyat tutumları və çən akkumulyatorları, yalnız kimyəvi təmizlənmiş, deaerasiya olunmuş və temperaturu 950C-dən yüksək olmayan su ilə doldurulmalıdır. Xəbərverici borunun buraxıcılıq qabiliyyəti çənin doldurulmasının və boşaldılmasının maksimal sürətinə uyğun olmalıdır.
İstilik izolyasiyası olmadan layihə ilə nəzərdə tutulmuş ehtiyat tutumlarının və çən -akkumulyatorların doldurulma səviyyəsinin həddi, izolyasiya ediləndən sonra, istilik izolyasiyasının kütləsinə ekvivalent hündürlüyə qədər azaldılmalıdır.
Əgər, ehtiyat tutumu və çən-akkumulyator əvəzinə 0,9 t/m3 sıxlığa hesablanmış neft məhsulları çəni istifadə olunarsa, onda çənin doldurulma səviyyəsi 10% azaldılmalıdır.
9.10. Çənlərin korroziyadan mühafizəsi normativ sənədlərin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
Çən-akkumulyatorların sürətlə-layvari dağılmasının qarşısının alınması üçün xarici qüvvətləndirici konstruksiyalarsız və daxili səthinin korroziyaya qarşı mühafizəsi olmadan istismarı qadağandır.
Çən-akkumulyatorların və ehtiyat tutumlarının sonrakı istismara yararlı olduğunu müəyyənləşdirmək üçün hər il, isti su təchizatı qurğularının işdən saxlandığı dövrdə, çənlərin konstruksiya və özüllərinə, boru kəmərlərinin kompensasiyaedici qurğularına və həmçinin xəbərverici borulara vizual baxış keçirilməklə akt tərtib edilməli və bu akt enerji obyektinin texniki rəhbəri tərəfindən təsdiq edilməlidir.
Çən-akkumulyatorların divar və dibinin qalınlığının təyini ilə ətraflı müayinəsi 5 ildə 1 dəfədən az olmayaraq yerinə yetirilməlidir.
Çənin divarlarının və dibinin layihə qalınlığından 20% və daha çox korroziyadan yeyilmə hallarında, yeyilmənin xarakterindən və korroziya olunan sahənin ölçüsündən asılı olmayaraq, çənin sonrakı istismarı qadağandır. Qış dövründə bu çənlərin boşaldılmasına icazə verilmir.
9.11. Quraşdırılmadan və ya təmirdən sonra çən-akkumulyatorlar və ehtiyat tutumları normativ sənədlərin tələblərinə müvafiq sınaqdan keçirilməlidir. İstismara verilmiş hər bir çən-akkumulyator və ehtiyat tutumuna pasport tərtib edilməlidir.
9.12. Çən-akkumulyatorların və ehtiyat tutumlarının istismarı aşağıdakı hallarda qadağandır:
-
suyun səviyyəsi yuxarı həddə çatanda onun çənə verilməsinin tam kəsilməsini və həmçinin səviyyə aşağı həddə çatanda boşaldıcı nasosların işdən açılmasını təmin edən bloklamalar olmadıqda;
-
əgər çənlər suyun səviyyəsinə nəzarət və səviyyə həddi barədə siqnal vermək üçün aparatlarla, doldurulma səviyyəsinin yolverilən həddində qoyulmuş artıq suyun tökülmə borusu və xəbərverici boru ilə təchiz olunmayıbsa.
Siqnalvermə qurğusunun elektrik sxemi, əməliyyat jurnalına qeyd edilməklə növbədə 1 dəfə yoxlanışdan keçirilməlidir.
9.13. Stansiya istiləşdirmə boru kəmərlərinin istismarı bu qaydaların 4.10. bəndinin tələblərinə uyğun təşkil olunmalıdır.
Stansiya istiləşdirmə boru kəmərlərinin korroziyaya qarşı örtüyü və istilik izolyasiyası kafi vəziyyətdə olmalıdır.
İstiləşdirmə boru kəmərləri, ayda 1 dəfədən az olmayaraq, elektrik stansiyasının boru kəmərlərinin istismarının təhlükəsizliyi üzrə məsuliyyət daşıyan işçiləri tərəfindən baxışdan keçirilməli və hər il hidravliki kipliyə görə yoxlanılmalıdır.
9.14. Əgər istilik şəbəkələrini istismar edən təşkilatlarla sənəd kimi tərtib olunmuş müqavilə yoxdursa, onda elektrik stansiyasının istiləşdirmə avadanlığının sərhədi, elektrik stansiyasının ərazisinin hasarına qədərdir.
Stansiya nəzarət-ölçü cihazları – sərfölçənlərin ölçü qurğuları (ölçü diafraqmaları), bu cihazların vericiləri, birinci bağlayıcı klapanları, impuls xətləri və cihazların özləri – onların quraşdırılma yerlərindən asılı olmayaraq elektrik stansiyasının nəzdində (ixtiyarında) olmalı və onun heyəti tərəfindən xidmət edilməlidir.
9.15. İstiləşdirmə avadanlığı, istilik şəbəkələrini istismar edən təşkilatlarla razılaşdırılmış qrafikə uyğun olaraq təmir olunmalıdır.
10. İstilik şəbəkələri
10.1. İstilik şəbəkələrinin istismarı zamanı istilik təchizatı müqavilələri üzrə təyin edilmiş parametrlərlə istilikdaşıyıcılarının (su və buxar) istehlakçılara verilməsi təmin edilməlidir:
-
verilmiş qrafikə uyğun verici boru kəmərlərində şəbəkə suyunun temperaturu;
-
verici və qaytarıcı boru kəmərlərində şəbəkə suyunun təzyiqi;
-
buxarın temperaturu və təzyiqi.
İstilik enerjisinin, istilikdaşıyıcılarının itkiləri, istilik enerjisinin nəqli və paylanması zamanı elektrik enerjisinin sərfi istilik şəbəkələrinin normativ energetika xarakteristikaları üzrə qiymətlərindən yuxarı olmamalıdır.
İstilik mənbələrinin faktiki gücü və magistral istilik şəbəkələrinin buraxıcılıq qabiliyyəti tükəndiyi hallarda bu xəttə yeni istehlakçıların qoşulması qadağandır.
10.2. Müvafiq təşkilatlarla tərtib olunan sənədləşdirilmiş ayrı razılaşmalar yoxdursa, istilik şəbəkələrinin xidmətetmə sərhədi olmalıdır:
-
istilik mənbələri tərəfdən – bu qaydaların 9.14. bəndində göstərilənlərə müvafiq müəyyən edilmiş sərhədlər;
-
istilik istehlakçısı tərəfdən – istehlakçıya gedən budaqlanmada enerji obyektinə məxsus siyirtmələr quraşdırılan kameranın divarı.
-
İstilik şəbəkələrinin xidmət sərhədləri ikitərəfli aktla rəsmiləşdirilməlidir.
10.3. İstilik şəbəkələrini istismar edən təşkilat istehlakçıların balansında olan istilik məntəqələri, boru kəmərləri və digər avadanlığın texniki vəziyyətinə, sazlığına və həmçinin istilik məntəqələrinin işinin istismar rejimlərinə nəzarət etməlidir.
10.4. İstilik şəbəkələrini istismar edən təşkilat tərəfindən şəbəkə obyektlərinə gələn yolların, həmçinin yeraltı tikililərin üst səthlərinin yol örtüklərinin lazımi vəziyyətdə saxlanılmasına nəzarət təşkil edilməlidir.
İstilik şəbəkəsi trassasında torpaq səthinin quruluşu (planı) istilik kəmərlərinə səth sularının düşməsini istisna etməlidir.
Seksiyalara ayrılmış hər bir sahədə suyun buraxılması və kənarlaşdırılması qurğuları olmadığı təqdirdə, istilik şəbəkəsi boru kəmərlərinin istismara buraxılması qadağandır.
10.5. İstilik şəbəkəsini istismar edən təşkilat, avadanlıqlara və bağlayıcı -tənzimləyici armatura kənar şəxslərin girməsinə mane olan çəpərləmə konstruksiyalarının saz vəziyyətdə olmasını təmin etməlidir.
10.6. Kənar təşkilatlar tərəfindən, istilik şəbəkəsi boru kəmərlərinin trassasında qazıntı işlərinin aparılmasına və ya onların yaxınlığında işlərin icrasına, yalnız istilik şəbəkəsini istismar edən təşkilatın razılığı ilə və onun təyin etdiyi xüsusi şəxsin müşahidəsi altında yol verilir.
10.7. İstilik şəbəkəsini istismar edən təşkilatda aşağıdakılar tərtib edilməlidir: istilik şəbəkəsinin planı (miqyaslı); operativ və istismar (hesabat) sxemləri; hər bir magistral üzrə istilik trassasının en kəsikləri.
Bu sənədlər hər il, isidilmə mövsümü başlamazdan əvvəl istilik şəbəkəsinin faktiki vəziyyətinə uyğun olaraq dəqiqləşdirilməlidir.
|