Qazanlar qaz halında olan yanacaqla işləyəndə, ehtiyat və alışdırıcı yanacaq kimi mazutdan istifadə olunursa




Download 164.72 Kb.
bet12/34
Sana04.04.2017
Hajmi164.72 Kb.
#3177
TuriQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
2.40. Qazanlar qaz halında olan yanacaqla işləyəndə, ehtiyat və alışdırıcı yanacaq kimi mazutdan istifadə olunursa, o vaxt mazut təsərrüfatının və mazut kəmərlərinin sxemləri qazanlara mazutun dərhal verilməsini təmin edən vəziyyətdə olmalıdır.

2.41. Qazanxanada mazut kəmərləri və qaz kəmərləri qırılanda, yaxud güclü mazut (qaz) sızması olduqda, zədələnmiş sahələrdən yanacaq axıntısını kəsmək üçün mazut nasosxanasının işinin saxlanılması və QPM-də bağlayıcı armaturun bağlanması kimi tədbirlərə də əl atmalı və həmçinin yanğının və partlayışın qarşısının alınması üçün tədbir görülməlidir.

2.42. Qazan aşağıdakı hallarda dərhal (burada və bundan sonra, dərhal saxlanılmalıdır tələbi sözün əsl mənasında başa düşülməlidir, yəni belə halda operativ heyət müstəqil hərəkət etməli və hərəkətlərini sex rəhbərliyi ilə razılaşdırmamalıdır.) saxlanılmalı və işdən açılmalıdır:

a) barabanda suyun səviyyəsi yolverilməz (Burada və bundan sonra, parametrlərin "yolverilməz" yüksəlməsi və ya azalması dedikdə, yerli təlimatlarda göstərilmiş mühafizənin tənzim (qoyulmuş) qiymətlərinə müvafiq sərhəd qiymətləri başa düşülməlidir.) dərəcədə yüksəldikdə və ya azaldıqda, yaxud barabandakı su səviyyəsinə nəzarət cihazları sıradan çıxdıqda;

b) qazanın bəslənməsinin gücləndirilməsinə baxmayaraq barabanda suyun səviyyəsi sürətlə azaldıqda;

c) düzaxınlı buxar və suqızdırıcı qazanların bütün bəsləyici su sərfölçənləri sıradan çıxdıqda (əgər bu halda bəslənmənin tənzimlənməsini tələb edən rejim pozulması əmələ gələrsə), ya da düzaxınlı qazanın hər hansı bir axınının bəslənməsi 30 saniyədən artıq müddətə kəsildikdə;

ç) bütün bəsləyici qurğuların (nasosların) fəaliyyəti kəsildikdə;

d) qoruyucu klapanların və ya onları əvəz edən digər qoruyucu qurğuların 50 %-dən çoxu işləmədikdə;

e) düzaxınlı qazanın daxilində quraşdırılan siyirtmələrə qədər olan yolda təzyiq yolverilməz dərəcədə yüksəldikdə və ya azaldıqda; suqızdırıcı qazanın yolunda təzyiq 10 saniyədən artıq müddətə yolverilməz dərəcədə azaldıqda;

ə) su - buxar yolu borularında sızılma və ya qazanın əsas elementlərində (barabanda, kollektorlarda, xarici siklonlarda, buxar – və suayırıcı, həmçinin su endirici borularda), buxar kəmərlərində, bəsləyici boru kəmərlərində və su - buxar armaturlarında çat, şişmə və qabarmalar aşkar edildikdə;

f) ocaqda məşəl söndükdə;

g) tənzimləyici klapandan sonra qazın və ya mazutun (qazan bu yanacaqların bir növündə işlədikdə) təzyiqi yolverilməz dərəcədə azaldıqda;

ğ) tənzimləyici klapanlardan sonra eyni zamanda qazın və mazutun (qarışıq yanacaqda işləyəndə) təzyiqi yerli təlimatla müəyyən olunmuş həddən aşağı düşdükdə;

h) bütün tüstüsoranlar (tarazlaşdırılmış sormalı qazanlar üçün) və ya üfürmə ventilyatorları, yaxud da bütün havaqızdırıcılar işdən açıldıqda;

x) ocaqda partlayış, qaz yollarında yanar çöküntülərin partlaması və yanması, qazan karkasının daşıyıcı tirləri və ya sütunlarının qızarıncaya qədər qızması, hörgünün uçulması, və həmçinin heyət və avadanlığa təhlükə yaradan digər zədələnmələr baş verdikdə;

ı) aralıq buxarqızdırıcıdan buxar sərfi kəsildikdə;

i) suqızdırıcı qazandan suyun sərfinin 10 saniyədən çox müddətə buraxıla bilən minimal sərfdən aşağı olduqda;

j) suqızdırıcı qazanın çıxışındakı suyun temperaturu buraxıla bilən həddən yüksək olduqda;

k) heyətə, avadanlıqlara və ya qazanın mühafizə sxeminə daxil olan işdən açıcı armaturların məsafədən idarəetmə dövrələrində yanğın təhlükəsi baş verdikdə;

q) məsafədən və avtomatik idarəetmə tərtibatlarında, ya da NÖC-də gərginlik itdikdə;

l) qazanın hüdudlarında mazut və ya qaz kəmərlərində yarıq və ya qırılma olduqda.

2.43. Qazan aşağıdakı hallarda enerjisistemin dispetçerinə bildirilməklə elektrik stansiyasının texniki rəhbərliyinin sərəncamı ilə işdən saxlanılmalıdır:

a) qazanın qızdırıcı səthlərinin borularında, buxar - su ayırıcı və həmçinin suendirici borularında, buxar kəmərlərində, kollektorlarda, bəsləyici boru kəmərlərində dəliklər əmələ gəldikdə, həmçinin armaturda, flans və vərdənəli birləşmələrdə buxarlanma və axmalar aşkar edildikdə;

b) qızdırıcı səthlərdə metalın temperaturu yolverilməz dərəcədə qalxdıqda (əgər qazanın iş rejimini dəyişməklə temperaturun aşağı salınması mümkün deyilsə);

c) qazanın barabanında su səviyyəsini məsafədən göstərən cihazlar sıradan çıxdıqda;

ç) bəsləyici suyun keyfiyyəti təyin edilmiş normalara nisbətən kəskin pisləşdikdə;

d) ayrı-ayrı mühafizələr və ya məsafədən və avtomatik idarəetmə qurğuları və nəzarət - ölçü cihazları nasaz vəziyyətdə olduqda.



Download 164.72 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Download 164.72 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Qazanlar qaz halında olan yanacaqla işləyəndə, ehtiyat və alışdırıcı yanacaq kimi mazutdan istifadə olunursa

Download 164.72 Kb.