Elektromaqnit şüalanma mənbələri Təbii elektromaqnit şüalanma mənbələri




Download 35 Kb.
bet3/6
Sana29.05.2021
Hajmi35 Kb.
#14644
1   2   3   4   5   6
Elektromaqnit şüalanma mənbələri



Təbii elektromaqnit şüalanma mənbələri. Yer mövcud olduğu bir gündən bu yana Günəş və Kosmos Elektromaqnit şüalanmasının təsirinə məruz qalmışdır. Bu təbii təsir prosesində Yerin maqnitəsfer və atmosferində biosferin canlı orqanizmlərinə və yaşayış mühitinə bilavasitə təsir göstərən mürəkkəb qarşılıqlı hadisələr baş verir. Təkamülün inkişafı prosesində canlı orqanizmlər müəyyən dərəcədə elektromaqnit sahəsinin təbii fonuna adaptasiya olunmuşlar. Tam əminliklə demək olar ki, canlı orqanizmlər və bütün insanlar sözün həfi mənasında “ elektromaqnit dalğalarının okeanında yuyunurlar “.

Biosferdə infraqırmızı şüalanma mənbəyinin təbii və ən əsası Günəşdir. Günəşin xarici örtüyünün temperaturu təxminən 6000 K-dir. Bu enerjinin təqribən 50% şüalanma enerjisi infraqırmızı diapazona düşür. Təbii infraqırmızı şüalanma mənbələrinə misal olaraq vulkanlar, termal sular, atmosferdə istilik – kütlə prosesləri,bunlara misal olaraq - kütləvi şəkildə meşə yanğınları, bütün qızmış cisimləri göstərmək olar. Yerin səthi təqribən 3 mkm-dən 80 mkm-ə qədər olan dalğa diapazonunda istilik şüalanması buraxır., yəni bütün orta infraqırmızı oblastı əhatə edir. Maraqlıdır ki, Yer dünya fəzasında dalğa uzunluğu 10 mkm olan istilik şüalanması şüalandırır. Bu isə insan bədəninin maksimal istilik şüalanmasına bərabərdir.

İnfraqırmızı şüalanmanın kosmik mənbələrinə, səthinin temperaturları 1000°K - 1500°K olan soyuq qırmızı cırtdan ulduzları misal göstərmək olar. Bir sıra planetar dumanlıqları, kometləri, toz buludlarını, qalaktikaların nüvələrini, kvarkları da belə təbii elektromaqnit şüalanma mənbələri sırassına aid etmək olar.

Süni elektromaqnit şüalanma mənbələri. Elmi-texniki proqress nəticəsində hal-hazırda Yerin elektromaqnit fonu nəinki artmışdır, o həmçinin kəmiyyətcə dəyişikliklərə məruz qalmışdır. Texnogen fəaliyyət nəticəsində süni mənşəyə malik dalğa uzunluqlu elektromaqnit şüalanmalar yaranmışdır. Buna misal olaraq, dalğa uzunluğunun millimetrik uzunluqlu dalğalar. Bunlardan ən geniş yayılmış – közərmə lampasını göstərmək olar. Lampanın közərmə telinin 2300°K - 2800°K temperaturunda maksimum şüalanma təqribən 1.2 mkm dalğa uzunluğuna uyğun gəlir və 95% şüalanma enerjisi infraqırmızı diapazonunun payına düşür.

Yer mənşəli olmayan millimetrik şüalanma Yerin atmosferi tərəfindən intensiv udulur, ona görə də canlı orqanizmlər bu dalğalara qarşı uyğunlaşmaya malik deyillər. Hal-hazırda Yerin elektromaqnit fonu başlıca olaraq yüksək inkişaf etmiş elmi tutuma malik sənaye zonalarında artmışdır.

Antropogen mənşəli elektromaqnit sahəsinin əsas mənbələrinə aşağıdakıları aid etmək olar:


    • sənaye – texnoloji avadanlıqlar;

    • televiziya və radiolokasiya stansiyaları;

    • güclü radiotexniki obyektlər;

    • sənaye tezlikli və yüksək gərginlikli elektrik ötürmə xətləri;

    • texniki sexlər;

    • plazma, lazer və rentgen qurğuları;

    • atom və nüvə reaktorları və s.

Radiotezlik ilə ifrat yüksək tezlik şüalanmalarının mənbəyi – insan fəaliyyətinin müxtəlif sahələrində istifadə edilən xüsusi təyinatlı texniki avadanlıqlar və əşyalardır. Nəticə etibarı ilə həmin avadanlıq və əşyalarda bu şüalanmaların müxtəlif fiziki xüsusiyyətlərindən istifadə olunur. Bunlara misal olaraq bu şüalanmaların fəzada yayılması, müxtəlif materiallardan əks olunma xüsusiyyəti, materialların qızdırılması, maddələrlə qarşılıqlı əlaqə və s. Radiotezlik və ifrat yüksək tezlikli elektromanit şüalanmasının fəzada yayılması və iki mühitin sərhəddindən əks olunmasında, radio və televiziyada, retranslyatorlarda, radio və mobil telefonlarda, radiolokasiyada, naviqaiya sistemlərində geniş istifadə edilir. Radiotezlik və ifrat yüksək tezlikli elektromanit şüalanmasının müxtəlif materialları qızdırmaq xüsusiyyətinə malik olması, onlardan xüsusi materialların emalı texnologiyasında, yarımkeçiricilərin istehsalında, sintetik materialların qaynaq edilməsində, məişətdə yemeklərin hazırlanmasında, səhiyyədə fizioterapiya avadanlıqlarında tətbiq olunur.

Elektromaqnit şüalanma mənbələrindən biri, bizim məişətdə geniş istifadə etdiyimiz kampüterlərdir. Fərdi kompüterin əsas hissələr aşağıdakılar hesab olunur: müxtəlif səpgili informasiyanın giriş və çıxış qurğuları, klaviatura, toplayıcılar, printer, skaner və s. Hər bir kampüter informasiyanın görünüşünü əks etdirən elementə malikdir. Bu elementə monitor və yaxud displey deyilir. Bu elementin əsas kompanenti elektron şüa borusudur. Bunlardan əlavə fərdi kamputerin qidalanma rejimini təmin edən digər elektrik qurğuları da vardır. Göstərilən bütün elementlər istifadəçinin iş yerində çox mürəkkəb elektromaqnit şərait yaradırlar. Şüalandırıcı elementlərin tezlik diapazonu 50 Hs-dən 100000 Hs-ə kimi təşkil edir. Göstərilən amillərdən başqa fərdi kampüter istifadəçisinə mənzildə olan məişət cihazlarının şüalanması ilə yanaşı elektrik ötürücü naqillərin və digər obyektlərin təsir göstərdiyindən istifadəçinin ətrafında çox mürəkkəb şüaalanma sahələri yaranmış olur.

. Mikrodalğalı soblarda yüksək sürətlə yeməyin hazırlanması üçün ifrat yüksək tezliklərdə işləyən elektromanit şüalanmasından istifadə olunur. Bu sobaların işçi tezliyi 2.45 QHs-dir. Bu xoşagəlməz şüalanmalar insanlar üçün daha təhlükəlidir. Müasir sobalar mükəmməl müdafiə quruluşuna malik olsalar da, şüalanmanın bir hissəsi sobadan xaricə çıxa bilir. Bu effekən çox sobanın qapısının aşağı vəziyyətdə olanda qeydə alınır.

Müxtəlif məqsədlər üçün istifadə olunan radiolokasiya stansiyalarının gücünün artması və dairəvi iti istiqamətlənmə müşahidə zolağına malik olması ifrat yüksək tezlik diapazonunda böyük ərazilərdə yüksək enerjiyə malik şüalanma yaradır. Radiolokasiya stansiyalarının tezlik diapazonu adətən 500MHs-dən – 15QHs-ə kimidir. Lakin bəzi sistemlərin tezliyi 100 QHs-ə kimi ola bilir. Bu mənbələr tərəfindən yayılan elektromaqnit signalları prinsipcə digər şüalanma mənbələrindən fərqlənir. Bu onunla əlaqədardır ki, Antennaların fəzada periodik olaraq yerini dəyişməsi fəzada şüalanmanın fasiləli olmasına şərait yaradır.





  1. Download 35 Kb.
1   2   3   4   5   6




Download 35 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektromaqnit şüalanma mənbələri Təbii elektromaqnit şüalanma mənbələri

Download 35 Kb.