Elektromaqnit sahəsinin ətraf mühitə təsiri




Download 35 Kb.
bet5/6
Sana29.05.2021
Hajmi35 Kb.
#14644
1   2   3   4   5   6
3. Elektromaqnit sahəsinin ətraf mühitə təsiri

Elektromaqnit şüalanmasının ətraf mühitə və insan orqanizminə təsiri. Elektromaqnit sahəsinin ətraf mühitə təsiri çoxtərəfli və müxtəlifdir. Bu vacib və çətin problemin öyrənilməsi üçün çoxlu sayda mütəxəssislərin, bioloqların, həkimlərin, geofiziklərin, biofiziklərin və s. iştrakı ilə kompleks yanaşma tələb olunur. Şübhəsiz günəş – yer əlaqəsi bu yer ətrafı fəzada təbii fon yaradan və canlı orqanizmlərə əsaslı sürətdə təsir edən zəncirin bir həlqəsidir. Digər tərəfdən başqa bir mübahisəsiz hal da vardır. Belə ki, antropogen fəaliyyət nəticəsində ətraf təbii mühitin ümumi elektromaqnit fonu nəinki kəmiyyətcə, hətta keyfiyyətcə də artır. Müasir istehsalatda və texnologiyada elektromaqnit sahələrinin və başqa fiziki sahələrinin istifadə edilməsi nəticəsində təbii mənbələrdən tamamilə fərqlənən texnogen mənşəli mənbələr meydana çıxmışdır. Belə texnogen mənbələr təbii fonu əsaslı sürətdə dəyişdirə bilər. Qeyd etmək lazımdır ki, qarşılıqlı təsir zamanı texnogen fiziki sahələrdə təbii fonun sadəcə toplanması deyil, onlar arasında daha mürəkkəb qarşılıqlı təsirlərin olması mümkündür ki, bu da ekosistemin dayanıqlığına ciddi sürətdə təsir edə bilər.

Elektromaqnit dalğalarının mövcud olduğu 180 il ərzində demək olar ki, insan fəaliyyətinin bütün sferasına daxil olaraq tədricən daha böyük əhəmiyyət kəsb etməkdədir. Qeyd etməliyik ki, elektromaqnit şüalandırıcıların növləri, sayı və gücü daim artmaqdadır. Xüsusi ilə də məişətdə işlədilən elektron avadanlıqlar – radiotelefonlardan, telefonlardan, kampüterlərdən, mikrodalğalı sobalardan və s. digər məişət cihazlarından istifadə etmə çox yüksək həddə gəlib çatmışdır. Bu avadanlıqların hər biri müəyyən tezliyə və gücə malik elektromaqnit şüalanmalrı yaradaraq insan orqanizmi üçün müəyyən təhlükə və problemlər yaradır. Bu səbəbdən də müasir dövrün əsas problemlərindən biri, bəşəriyyəti ionlaşdırıcı və qeyri ionlaşdırıcı şüalanmalardan mühafizə etmək məqsədilə müxtəlif xüsusi tədbirlərin işlənib hazırlanması böyük əhəmiyyət kəsb edir.



Radiotezlik və ifrat yüksək tezlikli elektromaqnit şüalanmasının bioloji təsiri. Elektromaqnit şüalanma spektrində ən böyük bioloji təsirə malik olan diapazonlar – radiotezlik və ifrat yüksək tezlik diapazonlarıdır. Bu diapazonlarda baş verən şüalanmaların intensivliyi və davametmə müddətindən asılı olaraq orqanizmdə kəskin və xroniki dəyişmələr baş verir. Kəskin təsi elektromaqnit şüalanmasının istilik təsiri nəticəsində baş verir. Bu təsir əsasən təhlükəsizlik texnikası qaydaları pozulduqda baş verir. İstilik təsiri lokal xarakter daşıyır. Bu təsirin simptomları şüalanmaya məruz qalan hissənin topoqrafiyası ilə təyin olunur. Şüalanma zamanı zərərçəkən şüalanmaya məruz qalan hissəsində istiləşmə hiss edir, bu da Günəş şüasının təsirinə oxşayır. Bir sıra hallarda bu təsir nəticəsində baş ağrısı, baş gicəllənməsi, ürək bulantısı, qusma, qorxu hissi, susuzluq, zəiflik, əl və ayaqlarda ağrılarla səciyyələnir. Zərərçəkənin temperaturu qalxır, ürək fəaliyyəti pozulur və qan təziqi yüksəlir. Üç-dörd gün keçdikdən sonra göstərilən simptomlar yox olur. İnsanın iş qabiliyyəti tam bərpa olunurş Əgər şüalanma güclü olarsa, orqanizmdə müəyyən lokal dəyişikliklər, yanıq yeri, göz kataraktası və s. qala bilər. Radiotezlik və ifrat yüksək tezlikli elektromaqnit şüalanmasının digər əsas təsiri orqanizmin əsəb sistemində baş verən dəyişikliklərdir. Bu təsirin xüsusiyyəti obyektiv və subyektiv amillərdən asılı olaraq özünü müxtəlif cür biruzə verir. Təsirin effektivliyi əsasən elektromaqnit şüalanmasının intensivliyindən asılı olur.

Radiotezlik və ifrat yüksək tezlikli şüalanmalar görmə və eşitmə sistemlərinə də ciddi təsir göstərirlər. Görmə orqanlarına təsir özünü ən çox hallarda – katarakta xəstəliyində göstərir. Yəni, şüalanma təsirindən göz büllurunun rəngi bulanır və onun görmə funksiyası itir. Mütəxəssislər göz kataraktanın yaranma səbəbləri içərisində elektromaqnit şüalanmasını 5-ci səbəb – ionlaşdırıcı radiasiya kimi göstərirlər. XX-ci əsrin 60-cı illərindən etibarən elektromaqnit şüalanma mənşəli kataraktanın olması artıq sübut olunmuşdur. Eşitmə prosesində pozuntular isə əsasən impuls formalı elektromaqnit şüalanması müşahidə olunur. Bunun təsir mexanizmi mütəxəssislər tərəfindən hələki tam aydınlaşdırılmasa da, aeron effekt bir növ akustik küylərdə baş verən effektə oxşayır.



Sənaye tezlikli elektromaqnit şüalanmasının bioloji təsiri. İnsan orqanizmi elektromaqnit şüalanmasına hər hansı bir qoruyucu reaksiya verməyə bilməz. Lakin bu təsirin müxtəlif xəstəliklərə səbəb olması üçün müəyyən şərtlər ödənilməlidir. İlk növbədə şüalanmanın səviyyəsi güclü olmalı və təsiri uzunmüddətli olmalıdır. Buna görə də aşağı səviyyəli elektromaqnit şüalanması yaradan məişət cihazları əhalinin əksər hissəsinə təsir göstərmir. Təhlükə əsasən o şəxslər üçün mövcud olur ki, elektromaqnit şüalanması bu şəxslərdə allergiya yaradır.Digər tərəfdən müasir təsəvvürlərə görə sənaye tezlikli maqnit sahəsi bu şüalanmaya məruz qalan əhali üçün o zaman təhlükəli olur ki, maqnit induksiyasının səviyyəsi 0.2 mkTl-dan böyük və təsiri uzunmüddətli olsun.

Sənaye tezlikli elektrik sahəsinin qiyməti E=6-8 kV/m olduqda yönəlmiş istiqamətə malik, 90 – 120 mkA olan cərəyan yaradır. Bu cərəyan torpağa keçməyə cəhd göstərir ki, bunun da nəticəsində yer ilə insan bədəni arasında potensiallar fərqi yaranır. Əgər insan torpaqdan izolə olunubsa, torpaqlanmış məftiə toxunduqda öz elektrik cərəyanının boşalmasını hiss edəcək. Bioloji nöqteyi nəzərindən bədəndən keçən elektrik cərəyanının qiyməti 500 mkA-yə yaxın olduqda insan bunu hiss edir.

Müəyən olunmuşdur ki, elektrik ötürücü xəttlərindən yaranan, istiqamətlənmiş cərəyanın qiyməti məişət cihazlarından istifadədə yaranan cərəyana ekvivalentdir. Sənaye tezlikli elektrik və maqnit sahələri, şüalanma zonasına daxil olan bütün obyektlərə təsir göstərir. Məsələn, elektrik ötürücü xətlərin təsiri zonasına düşən böcəklərin həyat tərzində dəyişikliklər yaradır. Məsələn, balıqlarda aqressivliyin arması, narahatlıqlarını biruzə verirlər, onların iş qabiliyyəti və məhsuldarlığı aşağı düşür, onların hərəkət istiqaməti əsasən sahənin azalması istiqamətində olur. Bitkilərdə bu təsir – onların formalarının, güllərinin ölçülərinin dəyişməsində və əlavə yarpaqların əmələ gəlməsində göstərir.

Sağlam insanlar bu şüalanmanın təsirinə uzun müddət məruz qaldıqda hiss etdiyi halda hipertonik və allergiya ilə xəstələnən adamlar, qısa müddətli şüalanmaları belə hiss edirlər.




Download 35 Kb.
1   2   3   4   5   6




Download 35 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektromaqnit sahəsinin ətraf mühitə təsiri

Download 35 Kb.