• Maqnit sahəsi
  • Elektromaqnit şüalanma mənbələri Təbii elektromaqnit şüalanma mənbələri




    Download 35 Kb.
    bet2/6
    Sana29.05.2021
    Hajmi35 Kb.
    #14644
    1   2   3   4   5   6
    Elektrik sahəsi elektromaqnit şüalanmasıının yaranmasının xüsusi formasıdır. Elektrik sahəsinin əsas xüsusiyyəti, sahəyə daxil edilən elektrik yükünə müəyyən qüvvə ilə təsir etməsidir. Bu təsirin qiyməti yükün sürətindən asılı olmur. Elektrik sahəsini kəmiyyətcə xarakterizə edən əsas parametr – elektrik sahəsinin gərginliyidir. Mühitdə elektrik sahəsi - E, sahə gərginliyi bərabər elektrik induksiya vektoru isə – D ilə səciyyələnir. Elektrik sahəsinin mənbəyi hərəkətsiz və hərəkət edən elektrik yükləri və zamana görə dəyişən maqnit sahəsidir. Əgər bu yüklü zərrəciklər tərpənməzdirsə, onda onların yaratdığı yeganə sahə - elektrik sahəsi sabit qalır. Elektrik yükləri naqildə istiqamətli hərəkət etdikdə (naqildə sabit elektrik cərəyanı olduqda), naqil ətrafında burulğanlı maqnit sahəsi yaranır. Bu yüklərin bərabərtəcilli, rəqsi, çevrə üzərində və s. dəyişənsürətli hərəkətində elektrik və maqnit sahələri zamandan asılı olaraq dəyişir. Bunu izah etmək məqsədilə ingilis alimi Ceyms Maksvell belə bir fərziyyə irəli sürürdü ki, fəzanın müəyyən hissəsində zamana görə dəyişən maqnit sahəsi yaranarsa, bu sahə öz ətrafında zamana görə dəyişən elektrik sahəsi yaradar. Deməli hərəkət edən elektrik yüklərinin sürətli hərəkəti nəticəsində dəyişən elektrik sahəsi yaranır.

    Dəyişən elektrik sahəsi sükunətdəki elektrik yüklərinin yaratdığı elektrostatik sahədən fərqlənir. Belə ki, Dəyişən elektrik sahəsinin qüvvə xətləri qapalıdır və sahə burulğandır. Maksvellin fərziyyəsi sonralar aparılan çoxsaylı təcrübələrlə təsdiq olundu. Müəyyən edildi ki, dəyişən elektrik və maqnit sahəsinin mənbəyi təcillə hərəkət edən elektrik yüküdür. Buna oxşar olaraq, elektrik sahəsinin zamana görə dəyişdiyi bütün hallarda o, maqnit sahəsi yaradır.



    Maqnit sahəsi elektromaqnit şüalanmasının xüsusi halıdır və təsir qüvvəsinə malikdir. Maqnit sahəsi hərəkət edən yüklərə, cərəyanlı naqilə, həmçinin hərəkət xüsusiyyətindən asılı olmayaraq maqnit cisimlərinə təsir göstərir. Maqnit sahəsinin mənbəyi hərəkət edən elektrik yükləri (cərəyanlı naqil), maqnitləşmiş cisimlər və zamana görə dəyişən elektrik sahəsi ola bilər. İlk dəfə 1820-ci ildə H. Ersted təcrübi olaraq göstərdi ki, elektrik cərəyanı maqnit sahəsinin mənbəyidir. Onun ardınca digər alimlər, əgər elektrik sahəsi maqnit sahəsi yaradırsa, maqnit sahəsi də öz növbəsində elektrik yarada bilərmi sualına cavab verməyə cəhd etdilər. 11 il sonra 1831-ci ildə ingilis alimi Maykl Faradey bu suala cavab tapa bildi. Çoxlu sayda təcrübələrin köməyilə o müəyyən etdi ki, qapalı dolaqda yaranan elektrik cərəyanı yalnız artan və azalan maqnit sahəsi ilə yaradılır.

    Maqnit sahəsinin əsas kəmiyyət göstəricisi maqnit induksiyasıdır – B. Maqnit induksiyası sahənin verilən nöqtəsində elektrik yükünə və maqnit momenti olan cisimlərə təsiri ilə xarakterizə olunur. Mühitdə maqnit sahəsinin təsirini qiymətləndirmək üçün maqnit sahə gərginliyi daxil edilir. Bu parametr maqnit induksiyasının maqnit nüfuzluğuna olan nisbəti ilə təyin edilir.

    Dəyişən elektrik və maqnit sahəsi birlikdə elektromaqnit sahəsini yaradır. Bu o deməkdir ki, elektrik və maqnit sahələri ayrılıqda, bir-birindən asılı olmadan mövcüd deyildir. Ancaq, müəyyən hesablama sistemində maqnit sahəsi olmadan yalnız elektrik sahəsi, yaxud elektrik sahəsi olmadan yalnız maqnit sahəsi mövcud ola bilər. Buna misal olaraq, sükunətdəki yük ancaq elektrik sahəsi yaradır. Lakin bu yük yalnız müəyyən hesablama sisteminə nəzərən sükunətdədir. Digər hesablama sisteminə nəzərən isə, o həmişə hərəkət edir, deməli maqnit sahəsi yaradır. Buna oxşar olaraq, Yer üzərində sükunətdə olan maqnit, ona nəzərən sükunətdə olan müşahidəçiyə görə yalnız maqnit sahəsi yaradır. Lakin ona nəzərən hərəkət edən müşahidəçi elektrik sahəsini aşkar edir.



    1. Download 35 Kb.
    1   2   3   4   5   6




    Download 35 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Elektromaqnit şüalanma mənbələri Təbii elektromaqnit şüalanma mənbələri

    Download 35 Kb.