|
Əməliyyat sistemi -(ƏS)Bog'liq 57042 (1)Sistem proqramları.
İstifadəçi ilə komputer arasında dialoq yaradan, komputerdə olan digər proqramların işləməsini
təmin edən və komputerin qurğuları arasında əlaqə yaradan proqrama sistem proqramları
deyilir.Sistem proqramları komputeri və ona qoşulan qurğuları idarə etmək üçündür.
Sistem proqramlarına daxildir:
1. Əməliyyat sistemi;
2. Örtük proqramları;
3. Arxiv proqramları;
4. Drayverlər (xarici qurğuları birləşdirən);
5. Utilitlər
Əməliyyat sistemi - (ƏS) komputer resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını,
onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə komputer
arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Əməliyyat sistemlərinə misal
olaraq MS DOS, Macintosh OS (Mac OS), OS/2, Windows NT, Unix, Linux göstərmək olar. Tədricən
əməliyyat sistemləri yeniləndi və Windows 95, Windows 98, Windows 2000, Windows XP, Windows
7, Windows 8, Windows 10 kimi tanınmış əməliyyat sistemləri meydana gəldi.
Örtük proqramları əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan
proqramlardır.Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə
yeni interfeys təqdim edir. Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının
yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk
sahəsi və əməli yaddaş qurğuları haqqında məlumatların verilməsini təmin edir. Bütün örtük
proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü
korlanma ehtimalını azaldır.Misal üçün: NC, Windows 3.1, Windows. Windows özü həm əməliyyat
sistemidir həm də örtük proqramıdır.
Arxivləşdirmə proqramı -diskdəki fayılların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə
onları xüsusi arxiv proqramlarına yıga bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit
proqramlardır. Arxivatorlar – kompüterin yaddaşındakı informasiyanı sixlaşdıraraq yaddaşda daha az
yer tutmasına xidmət edir. Windows əməliyyat sistemlərində WinZip, WinRar kimi çox istifadə
olunan proqramlarla yanaşı WinArj, CAB, Gzip, Jar, Rar, Tar, 7-Zip sıxlaşdırma proqramlarındanda
istifadə olunur . Arxivatorlar utilitlərin tərkibinə aid edilir.
Drayverlər - utilitlərə daxil olan xüsusi proqramlardır. Onların vəzifəsi komputerin periferiya
qurğularının işini idarə etməkdir. Drayver proqramları xarici qurğuları komputerə tanıdır, yəni ƏS ilə
4
qurğular arasınada əlaqə yaradır. Buna görədə printer, skaner kimi qurğuları komputerə qoşmaq üçün
onun drayverini komputerə quraşdırmaq lazımdır.
|
| |