• Qurgu drayveri
  • Drayverlər
  • Plug and Play
  • Əməliyyat sistemi -(ƏS)




    Download 1,08 Mb.
    Pdf ko'rish
    bet14/39
    Sana23.12.2023
    Hajmi1,08 Mb.
    #127562
    1   ...   10   11   12   13   14   15   16   17   ...   39
    Bog'liq
    57042 (1)
    Network-Internet
    Qurğular dispetçeri –kompüterin bütün qurğuları haqqında informasiyanın toplandığı əsas 
    verilənlər bazasıdır. Bu dispetçerin köməyilə praktik olaraq istənilən qurğunu idarə etmək 
    olur.Kompüterdə qurğuların dispetçerini açmaq üçün İdarəetmə panelinin (Панель управления ) 
    (Control panel), Система и безопасность (Sistem və təhlükəsizlik) bölməsinin Система (Sistem) 
    bölməsindən Диспетцер устройств (Device Manager) (Qurğu meneceri) bölməsini seçmək 
    lazımdır.Bu zaman ekrana Диспетцер устройств (Device Manager) adlanan pəncərə çıхacaqdır. Bu 
    meneceri açdıqda budaqlanmış bir struktur açılır. Burada hər bir qurğu üçün хüsusi bir sətr 
    ayrılmışdır.Əgər hansısa bir qurğu qeyri korrekt işləyirsə (bu əsas hallarda drayverlər də 
    çatışmamazlıq, qüsur olduqda olur),onda onun adının sol hissəsində təhlükə bildirən nida işarəsi 
    görünəcəkdir.Əgər belə işarə yoхdursa,onda həmin qurğu tam qaydasında işləyir.Əgər nida işarəsi 
    varsa onda müəyyən tədbirlər görmək lazımdır. Məsələn drayveri yenidən quraşdırmağa çalışmaq və 
    ya onu tamamilə əvəzləmək lazımdır. Nida işarəsindən başqa, siz Windows-da qurğunun təyinat 
    meхanizminin qeyri korrektliyini göstərən digər məlumatı da görə bilərsiniz.Məsələn, müəyyən 
    formalı (bəzədilmiş) sual işarəsi ilə birlikdə Неизвестное устройство yazısı görə bilərsiniz. Bu 
    məlumat isə uyğun drayveri olmayan qurğunu göstərir.


    14 
    Qurgu drayveri sistem səviyyəsində qurğunu idarəedən proqramdır. O əməliyyat sisteminə 
    sadəcə olaraq quraşdırılmır, onun özəyini təşkil edir. Faktiki olaraq hər bir yeni qurğu qoşulduqda 
    özəkdə yeni dəyişikliklər baş verir və biz yenisistem almış oluruq. Bu dəyişiklik komputerin yenidən 
    yüklənməsi zamanı baş verir.
    Drayverlər - utilitlərə daxil olan xüsusi proqramlardır. Onların vəzifəsi komputerin periferiya 
    qurğularının işini idarə etməkdir. Drayver proqramları xarici qurğuları komputerə tanıdır, yəni ƏS ilə 
    qurğular arasınada əlaqə yaradır. Buna görədə printer, skaner kimi qurğuları komputerə qoşmaq üçün 
    onun drayverini komputerə quraşdırmaq lazımdır. Windows  ƏS-də bir sıra xarici qurğuların qoşulması 
    üçün drayverin istifadəçi tərəfindən yazılmasına ehtiyyac yoxdur. Bir çox qurğuların drayveri ƏS-nin 
    tərkibində mövcuddur və qurğu komputerə qoşulduğu andaişə düşür. Komputerə qoşulmuş xarici 
    qurğunun drayverini avtomatik olaraq yükləyən bu texnologiya Plug and Play (Qoş və istifadə et) 
    adlanır.

    Download 1,08 Mb.
    1   ...   10   11   12   13   14   15   16   17   ...   39




    Download 1,08 Mb.
    Pdf ko'rish