|
Əməliyyat sistemi -(ƏS)Bog'liq 57042 (1)безопасность) əmrini yerinə yetirmək lazımdır.
Verilənlərin mübadiləsi: Verilənlərin mübadiləsi dedikdə, verilənlərin bir obyektdən digər
obyektə ötürülməsi başa düşülür. Windows mühitində verilənlərin mübadiləsi ya mübadilə buferi
vasitəsilə , ya da qeyd edilmiş obyekti maus vasitəsilə çəkməklə həyata keçirilir. Bufer vasitəsilə
verilənlərin mübadiləsi standart əmrlərin – Cut (Вырезать), Copy (Копировать) və Paste (Вставить)
köməyi ilə həyata keçirilir. Xüsusi yerləşdirmə - Paste Special (Специальная вставка) əmri.
1.Disklərin yoxlanılması.
Komputerin normal işlənməsi üçün ona mütəmadi olaraq müəyyən xidmətlər göstərmək
lazımdır. Disklərdə korlanmış sektorların aşkar olunması və fayl sistemində ola biləcək səhvlərin üzə
çıxarılması üçün disklərin yoxlanılması, faylların disklərdə optimal yerləşdirilməsi üçün disklərin
defraqmentləşdirilməsi, mütamadi olaraq disklərin lazımsız fayllardan təmizlənməsi və mühüm
proqram və faylların ehtiyat kopyalarının yaradılması belə xidmətlərdəndir.Windows XP sistemi iş
prosesində üzə çıxan səhvlərin əksəriyyətini xüsusi yoxlama proqramından utilitdən istifadəetməklə
aradan qaldırmağa imkan verir. Bu diskləri yoxlamaq üçün nəzərdə tutulan chdsk.exe proqramıdır
2
.Disklərin defraqmentasiyası .
Məlumdurki, təzəcə formatlaşdırılmış diskə fayllar yazılarkən proses çox sürətlə gedir. Lakin
zaman keçdikcə kompüterin sürətinin zəiflədiyi hiss olunur. Disk formatlaşdırılarkən hər birinin həcmi
512 bayt olan sektorlara bölünür. Fayl sistemi disk sektorlarını müəyyən bloklarda birləşdirir. Bu
bloklar klasterlər adlanır. Hər klaster yalnız bir fayla aiddir. Bir klasterə 2 fayl yazmaq olmaz.Fayllar
yeni formatlaşdırılmış bərk diskə yerləşdirilərkən Windows sistemi onlar üçün bir birinin ardınca
nömrələnmiş klasterlər ardıcıllığı ayırır. Lakin vaxt keçdikcə bərk diskdə ayrılmış klasterlərin ardıcıllığı
pozulur. Belə ki, diskdə mövcud olan fayla yeni verilənlər əlavə edildikdə həmin fayl üçün əlavə
klaster ayrılır və bu yeni klaster tamamilə aralı (diskin başqa yerinə) düşür. Beləliklə, bir fayl yaddaşın
ayrı-ayrı hissələrində fraqmentlər şəklində yerləşmiş olur.
Proqramların icrasını sürətləndirmək üçün proqram fraqmentləri saxlanılan klasterləri
“toplamaq” və imkan daxilində diskdə bir- birinə daha yaxın birləşdirmək lazımdır.
|
| |