• Örtük proqramları
  • Arxivləşdirmə proqramı
  • Alqoritmik diller proqramı




    Download 1,08 Mb.
    Pdf ko'rish
    bet9/39
    Sana23.12.2023
    Hajmi1,08 Mb.
    #127562
    1   ...   5   6   7   8   9   10   11   12   ...   39
    Bog'liq
    57042 (1)
    Network-Internet
    Alqoritmik diller proqramı 
    Alqoritmik diller proqramı- hər hansı proqram dili üçün nəzərsə tutulmuş proqramlar.
    Hal hazırda çolu sayda proqramlaşdırma dilləri var. 
    Proqramlaşdırma dilləri 5 qrupa bölünür: 

    Çoх yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoхPro, Paradoх,Visual Basic. 

    Yüksək səviyyəli dillər: Pascal, Visual Basic, Fortran. 

    Aşağı səviyyəli proqlamlaşdırma dilləri: Assembler, Avtokod və.s 

    Orta səviyyəli proqlamlaşdırma dilleri: C++, Java 

    Maşın dili: Ən aşağı səviyyəli dil olub 0 və 1-lərdən ibarətdir.
    16. Örtük proqramları, arxivator proqramları. 
    17. Windows əməliyyat sistemində faylların arxivləşdirilməsi 
    Örtük proqramları - əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan 
    proqramlardır.Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə 
    yeni interfeys təqdim edir. Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının 
    yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk 
    sahəsi və əməli yaddaş qurğuları (ƏYQ) haqqında məlumatların verilməsini təmin edir.Bütün örtük 
    proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü 
    korlanma ehtimalını azaldır.Misal üçün: NC, Windows 3.1, Windows. Windows özü həm əməliyyat 
    sistemidir həm də örtük proqramıdır. 



    Arxivləşdirmə proqramı - diskdəki fayılların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə 
    onları xüsusi arxiv proqramlarına yıga bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit 
    proqramlardır. Arxivatorlar – kompüterin yaddaşındakı informasiyanı sixlaşdıraraq yaddaşda daha az 
    yer tutmasına xidmət edir. Windows əməliyyat sistemlərində WinZip ,WinRar kimi çox istifadə 
    olunan proqramlarla yanaşı WinArj, CAB, Gzip, Jar, Rar, Tar, Zip sıxlaşdırma proqramlarındanda 
    istifadə olunur . 
    Komputerdə aparılan mühüm əməliyyatlardan biri informasiyanın arxivləşdirilməsidir. Bu 
    əməliyyat hər şeydən əvvəl mühüm faylların qorunması baxımından onların ehtiyat kopiyalarının 
    saxlanması üçün əhəmiyyatlidir. Belə ki, faylların hər hansı səbəbdən korlanması zamanı onları 
    arxivdən bərpa etmək olar. Eyni zamanda bu əməliyyat bərk diskdə istifadə olunmayan faylların 
    arxivləşdirilməsi hesabına diskin xeyli hissəsinin boşaldılmasına və boş yaddaş sahəsinin artırılmasına 
    imkan verir.
    18. Şəbəkə əməliyyat sistemləri. 
    Şəbəkə əməliyyat sistemləri
    (Network Operation System ) informasiya şəbəkəsində verilənlərin 
    emalını, saxlanmasını və ötürülməsini təmin edən əməliyyat sistemidir.Şəbəkə əməliyyat sisteminin 
    əsas vəzifəsi şəbəkə resurslarının (fayllar,proqramlar,faks modem,printerlər,disk məkanı) bölünməsi 
    və şəbəkənin administrasiyası(idarəetmə,inzibatçılıq) sistem administratoru bölünən resusrları 
    müəyyənləşdirir,parollar verir.Hər bir istifadəçi üçün və ya istifadəçilər qrupu üçün onların 
    hüquqlarını təmin edir.Buna görədə şəbəkə əməliyyat sisteminin sxemini 2 qrupa bölmək olar:
    1.Serverlər üçün şəbəkə əməliyyat sistemi.
    2.İstifadəçilər yəni klientlər üçün şəbəkə əməliyyat sistemi.
    Xüsusi şəbəkə əməliyyat sistemləri var ki,onlar adi sistemlərin funksiyasını yerinə 
    yetirir.Məsələn Windows NT və elə adi əməliyyat sistemi var ki, şəbəkə funksiyasını yerinə 
    yetirir.Məsələn Windows XP şəbəkə əməliyyat sistemi geniş mənada ayrıca kompyuterlərin vahid 
    qaydalara protokollara görə öz aralarında qarşılıqlı informasiya mübadiləsi və resurslarının 
    bölünməsini həyata keçirən əməliyyat sistemləri toplusu kimi başa düşülə bilər.Bu protokollar 
    şəbəkənin əsas funksiyalarını təmin edir:Obyektlərin ünvanlaşdırılması verilənlərin təhlükəsizliyinin 
    təmin olunması,şəbəkənin idarə olunması və s. Dar mənada şəbəkə əməliyyat sistemihər hansı bir 
    kompyuterin şəbəkədə işlənməsini təmin edən əməliyyat sistemi kimi başa düşülür.Şəbəkə 
    funksiyalarının kompyuterlər arasında bölünməsindən asılı olaraq kompyuter şəbəkələri 2 sinfə 
    bölünür:1.birranqlı .2.ayrılmış server.Əgər kompyuter öz resurslarını digər kompyuterlər üçün təqdim 
    edirsə onda o kompyuter server rolunu oynayır.Serverlər ixtisaslaşır: fayl-server,print-server,poçt-
    server,verilənlər bazası, kommunikasiya – server, faks-server.Fayl-server bir halda serverdə birgə 
    istifadə olunan fayllar və proqramlar yerləşir. 

    Download 1,08 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   39




    Download 1,08 Mb.
    Pdf ko'rish