• Tətbiqi proqramlar
  • Alqoritmik diller proqramı
  • Utilitlər latınca utilitas "fayda"




    Download 1,08 Mb.
    Pdf ko'rish
    bet5/39
    Sana23.12.2023
    Hajmi1,08 Mb.
    #127562
    1   2   3   4   5   6   7   8   9   ...   39
    Bog'liq
    57042 (1)

    Utilitlər latınca utilitas "fayda" sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını 
    təşkil edən proqramlardır.Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir.
    Utilit – disk və fayl sistemi ilə işləmək, qarşıya çıxa biləcək problemləri aradan qaldırmaq üçün 
    nəzərdə tutulan proqramlar qrupudur. Utilitlər yaddaş qurğularına nəzarət edir,informasiyanın 
    qorunmasını və arxivləşdirilməsini yerinə yetirir, kompüterlə digər qurğuları birləşdirir,şəbəkələrin 
    işinə nəzarət edir və.s. 
    Tətbiqi proqramlar- hər hansı bir məsələni həll etmək üçün istifadə olunur( mətin redaktorları 
    elektron cədvəllərdə işləmək üçün proqramlar, verilenler bazası, tərcümə proqramları, tərcümə 
    proqramları , komputer qrafikası , arxiv proqramları və s.) Tətbiqi proqramlar özləridə tiplərə 
    bölünürlər. Əsas tətbiq proqramlar və köməkçi proqramlar (utilitlər). Utilit- konkrer işi görən və ofis 
    proqramlarına daxil edilen xüsusi proqramdir.
    Alqoritmik diller proqramı 
    Alqoritmik diller proqramı- hər hansı proqram dili üçün nəzərsə tutulmuş proqramlar. Hal 
    hazırda çolu sayda proqramlaşdırma dilləri var. 
    Proqramlaşdırma dilləri 5 qrupa bölünür: 

    Çoх yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoхPro, Paradoх,Visual Basic. 

    Yüksək səviyyəli dillər: Pascal, Visual Basic, Fortran. 

    Aşağı səviyyəli proqlamlaşdırma dilləri: Assembler, Avtokod və.s 

    Orta səviyyəli proqlamlaşdırma dilleri: C++, Java 
    Maşın dili: Ən aşağı səviyyəli dil olub 0 və 1-lərdən ibarətdir.
    11. Əməliyyat sisteminin iş vahidi.
    12. Proses və axın. 
    Multiproqramlaşdırmanı dəstəkləmək üçün, əməliyyat sistemi prosessor və kompüterin 
    resursları arasında iş vahidini təyin etməlidir.(Multiproqramlaşdırma-çoxməsələlik deməkdir). 
    Əməliyyat sisteminin iki növ iş vahidi var: Proses və axın.
    Proses-icra mərhələsində olan proqramdır və əmrlər sayğacının, reqistrlərin və dəyişənlərin 
    cari qiymətləri daxil olmaqla, yerinə yetirilən proqramın nüsxəsidir. Proseslərin uzlaşdırılması ilə bağlı 
    məsələlər əməliyyat sisteminin nüvəsində yerləşən planlaşdırıcı və dispetçer proqramları tərəfindən 
    həyata keçirilir. 
    Planlaşdırıcı dərhal gedən proseslərin hesabatını aparır, yeni prosesləri qeydə alır və bitmiş 
    prosesləri yaddaşdan silir. Proseslərə nəzarət etmək üçün planlaşdırıcı bütün proseslər haqqında olan 
    məlumatı proseslər cədvəli adlanan əməli yaddaşın bir hissəsinə yerləşdirir. Kompüterə yeni tapşırıq 
    veriləndə planlaşdırıcı onun üçün proses yaradır və cədvələ yeni verilənləri yerləşdirir. Proseslər 
    cədvəlində prosesə ayrılmış yaddaş, onun prioriteti, hazır olması və ya gözləməsi haqqında 
    məlumatlar saxlanılır. 



    Əgər prosesin işini davam etdirmək olursa, onda bu proses hazırlıq vəziyyətində sayılır. Əgər 
    prosesin davamı üçün xaricdən digər proseslərdən müəyyən məlumatlar gəlməlidirsə, onda o, 
    gözləmə vəziyyətindədir.
    Dispetçer – əməliyyat sisteminin nüvəsinin bir hissəsidir. O, planlaşdırılmış proseslərin yerinə 
    yetirilməsinə nəzarət edir.

    Download 1,08 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   39




    Download 1,08 Mb.
    Pdf ko'rish