11
diskdəki boş yerlər birləşərək bütöv disk sahəsi (yaddaş oblastı) əmələ gətirir ki, bu da gələcək də yeni
yazılan fayllarındiskdə müxtəlif hissələrlə (fraqmentlər şəklində) saxlanma ehtimalını azldır.
3.Disklərin təmizlənməsi.
Uzun müddət kompüterlə işləyərkən müxtəlif fayl obyektlərinin ardıcıl olaraq saxlanması
nəticəsində diskin təmamilə doldurulması və bu diskdə boş yerin qalmaması təhlükəsi yarana bilər. Bu
zaman əməliyyat sistemi məlumat
verir ki, diskdə boş yer yoxdur. Belə hallarda sistemdə istifadə
olunmayan lazımsız proqram və faylları əl ilə ləğv edərək diskdə müəyyən sahəni təmizləmək olar.
Bununla yanaşı diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə xüsusi utilitdən istifadə
edilir-
Очисткадиска Diskdə boş yerin olmadığı barədə sistem məlumatı üzərində mausun soldüyməsi
basılarkən Очистка диска proqramı avtomatik icra olunur.
4.Diskin formatlaşmasi
Diskin formatlaşması diskin yazı və oxuma üçün hazırlanması deməkdir. «Мои документы»
qovluğu açılır, disk(disket) göstərilir → kontekst menyuda «Форматировать…» → «Формат Диск…»
dialoq pəncərəsi açılır → Начать (Start).
Formatlaşma zamanı disketdəki bütün
informasiyalar silinir, disk cığır və sektorlara ayrılır.
Dialoq pəncərəsində formatlaşmanın bir-neçə üsulundan istifadə etmək mümkündür:
«Быстрое» – diskdə bütün
informasiya silinir, yalnız bir dəfə format olunmuş disklər üçün nəzərdə
tutulur;«Использовать сжатие» – NTFS ilə dəstəklənir.
23. Yaddaşın idarə olunması, virtual yaddaş
Əməliyyat Sisteminin funksiyalarından biri yaddaşın idarə olunması, proqramların əməli
yaddaşa köçürülməsi, onların tətbiqi, kompüterin əməli yaddaşının idarə edilməsi və kompüterin sabit
yaddaşının idarə edilməsinin tənzimlənməsini təmin etməkdir. Bütün ƏS-ri istifadəçi ilə həm
paket,
həm də
dialoq rejimində işi təmin etməyə imkan verir. Paket rejimində ƏS avtomatik olaraq verilmiş
əmrlər ardıcılığını yerinə yetirir. Dialoq rejimində isə ƏS istifadəçinin əmrlərini yeni əmr alınana kimi
gözləməlidir. Bütün ƏS-ri özünün avtomatik olaraq yüklənməsini təmin edir. Müasir komputerlərdə
ƏS-nin funksiyasının bir hissəsini komputerin daimi yaddaşında yerləşən proqramlar yerinə yetirir. Bu
proqramlar giriş-çıxış baza sistemi (BİOS) adlanır. Bunun hesabına bəzi əməliyyatların yerinə
yetirilməsi sürətlənir. Komputerdə bir neçə proqram işlədikdə operativ yaddaşın hansı hissəsinin bu
və ya digər proqram üçün nəzərdə tutulduğunun bilinməsi çox əhəmiyyətlidir. ƏS-nin bu funksiyası