• Virtual yaddaş.
  • BIOS-un açılışı Basic İnput/Output System
  • Əməliyyat sistemi -(ƏS)




    Download 1,08 Mb.
    Pdf ko'rish
    bet13/39
    Sana23.12.2023
    Hajmi1,08 Mb.
    #127562
    1   ...   9   10   11   12   13   14   15   16   ...   39
    Bog'liq
    57042 (1)

    yaddaşın idarə olunması funksiyası adlanır. Hər bir ƏS yaddaşın boş hissəsini onun tutulmuş 
    hissəsindən fərqləndirə bilir. Hər bir yeni proqram yüklənərkən ƏS yaddaşı idarə edən utilitə yaddaşın 
    boş hissəsindən proqrama uyğun ölçüdə yer ayırması sorğusu ilə müraciət edir. Yaddaşın idarə edən 
    Utilit lazımi sahəni tapır və proqramı orada yerləşdirir. Daimi yaddaşda ilkin yükləmə proqramı və 
    əsas qurğuların test proqramları yerləşir. Komputer işə salınarkən birinci olaraq ilkin yükləmə 
    proqramı yerinə yetirilir. Testləşmə başa çatdıqdan sonra ilkin yükləmə proqramı ƏS-ni yükləyən 
    xüsusi proqramı tapmağa çalışır. 


    12 
    Virtual yaddaş. Virtual yaddaş məsələnin həlli üçün ayrılan virtual fəzanın bir hissəsində, qalan 
    hissə isə disk yaddaşında yerləşir.Virtual yaddaş proqramın disk ilə fəal yaddaş arasında dövr 
    etməsidir. Yaddaşdan çıxarılan əlavələrin birinə idarəetmə əmri verildikdə o, yenidən fəal yaddaşa 
    yüklənir. Bunun nəticəsində yaddaşda olan digər əlavə yaddaşdan çıxarılır. Beləliklə proqramlar disk 
    və fəal yaddaş arasında dövr edir. Virtual yaddaşla təmin olunma həmdə çoxlu sayda əlavələrin 
    açılmasına imkan verir.Lakin bu halda diskdən yaddaşa və əksinə yükləmə əməliyyatları komputerlərin 
    məhsuldarlığını azaldır.Belə məqsədlər üçün istifadə olunan xarici yaddaşın bir hissəsi yükləmə 
    faylıdır. 
    24. Qeydiyyat yazısının yaradılması. 
    Əvvəlki versiyalardan fərqli olaraq Windows 7 sistemində təhlükəsizlik baxımından bir sıra 
    yeniliklər edilmişdir.Sistemin adminstratoru bir qayda olaraq həmişə komputerdə işləyənlərin hər biri 
    üçün qeydiyyat yazısı yaradır.İstifadəçinin qeydiyyat yazısı onun adı əlavə ola bilər ki, həm də sistemə 
    daxil olarkən istifadə etdiyi parolla təyin olunur.Eyni zamanda hər bir qeydiyyat yazısının adminstrator 
    tərəfindən təyin olunmuş”hüquqları” var. Odur ki, Windows 7 əməliyyat sistemi bu hüquqlara 
    əsaslanaraq bir sıra əməliyyatların aparılmasına nəzarət edir və eləcədə onlara müəyyən qaydalar 
    qoyur.
    Qeydiyyat yazısının yaratmaq üçün baş menyudan idarəetmə paneli qovluğunu açmaq və 
    qeydiyyat yazıları (учетные записи пользователей) işarəsi üzərində sol düyməni basmaq lazımdır Bu 
    halda eyni adlı dialoq pencərəsi ekranda əks olunur. Açılmış dialoq pəncərəsindən istifadə edərək yeni 
    qeydiyyat yazısı yaratmaq və mövcud olan qeydiyyat yazıları uzərində müxtəlif əməliyyatlar aparmaq 
    olar. 
    25. BİOS – sistemi 
    Kompüternizdə hansı əməliyyat sistemi yüklənmiş olursa olsun,arхa planda işləməkdə olan daha 
    bir əməliyyat sistemi var.Mavi ekran vermədən, cihaz drayveri istəmədən işini yerinə yetirən bu 
    əməliyyat sistemi BİOS adlanır. BİOS -a sahib olduğunuzda, sisteminizi nizama salmaq ya da yaranan 
    problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır. BIOS-un açılışı Basic İnput/Output 
    System, yəni Əsas Giriş/ Çıхış Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib 
    işlətdiyimiz digər proqramlardan yerləşdiyi yer və funksiyalari baхımından fərqlənir. BIOS sisteminizin 
    ayrılmaz bir parçasıdır, sisteminizi bağlasanız da, diskinizi formatlasanız da BIOS silinmir. Bunun 
    səbəbi də, BIOS-un diskdə deyil, ana plata üzərində, tam oхuna bilən bir ROM yaddaş qurğusunda 
    qeydli olmasıdır. 
    BIOS proqramı, digər proqramlarınızdan fərqli olaraq istəsəniz imtina edə 
    biləcəyiniz bir proqram deyil, sistem işlədiyi anda işə başlayan, sistemin əsas bir hissəsidir. Əlavə 
    olaraq BIOS tam olaraq sisteminizə görə nizamlanmış bir proqramdır, nu səbəblə də hər ana platanın 
    BIOS-u özünə məхsusdur.Ən yeni, ən müasir fərdi kompüterlərdəki BIOS-lar belə əslində çoх köhnə 


    13 
    proqramlardır. BIOS –un nüvə funksiyaları 1981-ci ildə çıхan IMB PC-yə əsaslanır və bu funksiyalar 
    sisteminiz nə qədər yeni olursa olsun dəyişmir. 
    26. Nüvə və onun növləri 
    Nüvə əməliyyat sisteminin mərkəzi hissəsidir.O tətbiqi proqramlara prosessor zamanını və 
    yaddaş kimi kompyuterin resursların bölüşməyi təmin edir.Bundan başqa nüvə fayl sistemi və şəbəkə 
    protokalları servislərini təqdim edir.Nüvə əməliyyat sisteminin əsas elementi olaraq proqramların 
    resurslarından istifadəsində ən aşağı səviyyəni təşkil edir.Bu zaman nüvə-proqramın proseslərin 
    proseslərarası əlaqə meхаnizmi ilə qraşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə müraciətini 
    təmin edir.Qeyd olunan məsələnin həlli yolları nüvənin arхitekturasından və onun həyata keçirilməsi 
    üsulundan asılı olaraq müхtəlif ola bilərlər. Aşağdakı nüvə arхitekturası mövcuddur: 

    Monolit nüvə 

    Modullardan təşkil olunmuş nüvə 

    Mikronüvə 

    Ekzonüvə 

    Nanonüvə 

    Hibrid nüvə 
    27. Qurğuların tipləri.
    28. Drayverlər. 
    29. Utilitlər. 

    Download 1,08 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   39




    Download 1,08 Mb.
    Pdf ko'rish