• 4.Konstruktivizm, konstruktiv təlim.
  • Azərbaycan respublikasi təHSİl naziRLİYİ




    Download 362.35 Kb.
    bet17/24
    Sana10.04.2017
    Hajmi362.35 Kb.
    #3657
    TuriDərs
    1   ...   13   14   15   16   17   18   19   20   ...   24
    f) strukturlar - Kaqan yaratdığı 100-ə qədər fəaliyyət strukturları mövcuddur. Bunlar şagirdlərin akademik bilik, sosial və intellektual vərdişlərin qazanmalarına, onun qiymətləndirməsinə xidmət edir. Bu cür geniş diapozonda dərs fəaliyyəti şagirdlərdə dərsə məsuliyyətlə yanaşmaq, cavabdalehlik aşılayır, onları dərsə ciddi yanaşmağa sövq edir.

    4.Konstruktivizm, konstruktiv təlim.

    «Fikir – həyat həqiqətləri mənim beynimdən

    çıxıb şagirdlərin beyninə dolmur. Bilik onların

    öz beynində hasil olur. Mən ancaq kömək

    edirəm, istiqamət verirəm...»

    Sokrat

    Konstruktivist təlim muasir pedaqoji və psixoloji mühitində ən görkəmli və mühüm təlim texnologiyalardan biridi. Konstruktivizm bir təlim fəlsəfəsi kimi şagirdlərə öz yeni ideyaların, biliklərin yaratmasını təklif edir. (Morin Epşteyn 2002)

    Konstruktivizmin bir çox tərifləri var. Lakin bir çox alimlər, tədqiqatçılar, psixoloqlar, müəllimlər bir fikirdə ortaqdılar.

    «Konstruktivizm – bir təlim fəlsəfəsi kimi öz təcrübəmizə əsaslanaraq biz öz düşüncə, anlam dünyamızı yaradırıq».

    Amerikan konstruktivizmin radikal nümayəndəsi Fon Qlaserfeld (Fon Qlaserfeld) ənənəvi obyektivizm təliminə (bu təlimdə müəllim işinin nəticəsi görünür və təfəkkürün tək bir yolu işlənir ) alternativ olaraq konstruktivizmi təklif edirdi. Konstruktivizm yanaşma ciddi qəbul edilsə, onda demək olar ki, təffəkkürün eyni tipli yolu dəyişilməlidir, çünki konstruktivizm bir təlim nəzəriyyəsi olaraq şagirdlərin özlərinə bilik yaratmasına, qurmasına sövq edir. Hər bir şagird bu prosesdə özü üçün bilik qurur, yaradır və hər kəsin öz fərdi anlamının məğzi olur.

    Konstruktivist təlimin kökü Avestadan, Buddizimdən, Sokrat fəlsəfəsindən, İslamdan başlanaraq əsrləri, qərinələri keçərək bu günkü günə gəlib çatmışdı. Həqiqətəndə insan əsrlər boyü anadan olandan ömrünün sonuna qədər kamilliyə can atır.Dahi Nizami kamilliyi, müdrikliyi təkçə elm adamlarına məxsus bir xasiyyət kimi yox, həmdə sadə, gündəlik zəhməti ilə özünə ruzigar qazanan adamlarda da görmək istəyirdi. Nizami özü mədrəsədə təhsil almışdı, lakin öz əsərlərində o gah filosof, gah münəcim, gah kimyaçı, gah həkim, gah tarixçi, gah da müəllim kimi fikir irəli sürür. Bu ondan irəli gəlir ki, o vaxt ki təlimdə biliklər diskpet (yəni hissə-hissə) qurulmurdu və bir informasiya kimi oturulmurdu. Biliklər tam şəkildə bir – biri ilə əlaqədə olaraq bir məna kimi anlanaraq təffəkkürdə qurulurdu. Eyni fikri XVI əsrdə böyük didakt Jan Amos Komenski öz pedaqoji traktında təkrar etmişdi «Nəyi öyrədirsən, tam ......... öyrət».

    Konstruktivizm ideyaları üzərində işləyən muasir alim, pedaqoq və psixoloq Çon Düi, Debey (Amerika), Jan Piaje (İsveç), Viqotski (Rusiya) ( hərçənd rus alimləri Viqotskini konstruktivist yox, inkişafetdirici təlimin əsasını qoyan kimi qəbul edirlər ) Çerom Bruner (Amerika), Bruks və Bruks ( Amerika) idilər.

    Yuxarıda göstərilən nəzəriyəçilərin və praktiklərin konstruktivizmə öz nöqteyi nəzərləri olduğu üçün onların prinsipləri əsasən üst – üstə gəlir və eyni zamanda bir birindən fərqlənir.



    Amerikalı Morin Epşteynin (2002) tədqiqatı əsasında, konstruktivizm öyrətmə nəzəriyyəsi yox, öyrənmə nəzəriyyəsidir. Hər bir insan bir şeyi öyrəndikdə fərdi olaraq öz biliklərini qurur. Fərdi quraşdırma faktoru təfəkkürün çox tərəfli, çox şaxəli quruluşunun göstərəcisidir. Morin Epşteyn öz araşdırmalarında təlimin 9 prinsipini konstruktivizmlə əlaqədə aşkarlamışdı.

    1. Təlim fəall prosesdir. Burada şagird sensor materiallardan istifadə edərək ondan məna qurur.

    2. İnsanlar öyrənə bilməyəcəklər ki, onlar neçə öyrənirlər. Öyrənmə mənanın və onun sisteminin qurulması kimi nəzərə götürülür.

    3. Praktiki təcrübə və fiziki hərəkətlər öyrənmə üçün vacibdir, lakin bəs deyil; biz şagirdlərin diqqətini cəlb eləməli və onların fəaliyyətlərini təşkil etməliyik (Çon Dui bunu fəal fəaliyyət adlandırırdı).

    4. Dil təlimə təsir göstərir. Viqotski dil və təlimi bir birinə bağlılığını, ayrılmamazlığını təsdiqləyirdi.

    5. Təlim sosial fəaliyyətdir, biz cəmiyyətlə bağlıyıq. Ənənəvi təlim şagirdlərin təcrid olunmasına istiqamətləndirdiyini Çon Dui qeyd edirdi.

    6. Təlim kontekstlidir (yəni tamdır). Bilik bağlantılarında biz indi öyrənmədiklərimizi bilirik.

    7. Çox şey bilmək lazımdır ki, çox şeyi tanıyasan. Keçmiş təcrübələr olmadan yeni bir şey qurmaq mümkün deyil. Nəqədər çox bilirik, bir o qədər tanıyırıq.

    8. Öyrənmə bir anlıq deyil, ona vaxt lazımdır.

    9. Öyrənmənin əsas komponenti motivasiyadır. Motivasiya – şagirdlərin başa düşdükləri sualdır.




    Download 362.35 Kb.
    1   ...   13   14   15   16   17   18   19   20   ...   24




    Download 362.35 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi təHSİl naziRLİYİ

    Download 362.35 Kb.