• Klassik mexanika
  • İrəliləmə hərəkətinin kinematikası Abdullayev Kamran Vüqar oğlu p L a n




    Download 285.52 Kb.
    bet1/6
    Sana23.04.2023
    Hajmi285.52 Kb.
    #53328
      1   2   3   4   5   6
    Bog'liq
    İrəliləmə hərəkətinin kinematikası


    İrəliləmə hərəkətinin kinematikası


    Abdullayev Kamran Vüqar oğlu

    P L A N
    1.Məxaniki hərəkət
    2.Hesablama sistemi
    3. Trayektoriya

    Məxaniki hərəkət

    Təbiət hadisələrini öyrənən elmlərdən biri fizikadır.


    Fizika (fyuzis – yunanca təbiət deməkdir) – təbiətin ən ümumi qanunauyğunluqlarını, bizi əhatə edən maddi aləmin quruluş və xassələrini öyrənən elmdir.
    Ümumi fizika kursu mexanika, molekulyar fizika və termodinamika, elektrik və maqnetizm, optika, atom və nüvə fizikasından ibarət olub, adətən göstərilən ardıcıllıqla öyrənilir.
    Mexanika materiyanin ən sadə hərəkət formasıni - mexaniki hərəkəti öyrənir.
    Mexanikanın üç növü var: klassik me­xa­nika, relyativistik mexanika, kvant mexanikası.
    Klassik mexanika – ölçüləri atom və molekulların ölçü­lə­rin­­dən çox-çox böyük, sürəti işıq sürətindən çox-çox kiçik olan cisimlərin hərəkət və qarşılıqlı təsiri haqqında elmdir.


    Fizikada klassik mexanika - mexanikanın iki əsas bölməsindən biri olub, qüvvələr sisteminin təsiri altında cisimlərin hərəkətini təsvir edən fizika qanunlarını əhatə edir. Cisimlərin hərəkətinin öyrənilməsi çox qədim tarixə getməklə, elm, texnika və texnologiyada klassik mexanikanı ən böyük və qədim fənn edir.


    Klassik mexanika makroskopik obyektlərin hərəkətini, roketlərdən maşın hissələrinə kimi, eləcə də astronomik obyektlərin, məsələn, kosmik gəmilərin, planetlərin, ulduzların və qalaktikaların həkətini xarakterizə edir. Bununla yanaşı,fənn daxilində bir çox ixtisaslaşmalar qazları, mayelərı, bərk cisimlərı və başqa xüsusi mövzuları əhatə edir. Klassik mexanikanın işıq sürətinə yaxın olmayan sürətlə və böyük obyektlərlə məhdudlaşan mühitlərdə tətibiqi olduqca dəqiq nəticələr verir. Baxılan obyekt kifayət qədər kiçik olduqda, mexanikanın digər əsas bölməsi olan kvant mexanikası daxil edilməsi zərurəti yaranır, hansı ki, cisimlərin atomik təbiətini makroskopik fizika qanunları ilə uzlaşdırır və atom və molekulların dalğa-zərrəcik dualizmini (ikili xüsusiyyətini) öyrənir. Obyektlərin işıq sürətinə yaxın yüksək sürətli hallarında, klassik mexanika xüsusi nisbilik nəzəriyyəsi ilə əvəzlənir. Ümumi nisbilik nəzəriyyəsi Nyutonun ümumdünya cazibə qanunu ilə xüsusi nisbilik nəzəriyyəsini özündə birləşdirməklə, fiziklərə dərin səviyyədə qravitasiya ilə işləmək imkanını verir.



    Download 285.52 Kb.
      1   2   3   4   5   6




    Download 285.52 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İrəliləmə hərəkətinin kinematikası Abdullayev Kamran Vüqar oğlu p L a n

    Download 285.52 Kb.