• Termodinamika Termodinamika
  • Termodinamik sistemlərin növləri Ətraf mühitlə maddə və enerji mübadiləsi qabiliyyətinə görə təsnif olunan müxtəlif növ termodinamik sistemlər mövcuddur: Açıq sistem
  • Qapalı sistem
  • Təcrid olunmuş sistemlər Bunlar ətraf mühitlə istilik, iş və ya hər hansı bir enerji mübadiləsinin qarşısı alındığı qapalı sistemlərdir. İzotermik proses
  • Adiabat proses Adiabat proses
  • Termodinamika




    Download 157.5 Kb.
    Sana30.04.2023
    Hajmi157.5 Kb.
    #55097
    Bog'liq
    Termodinamikada Iş
    Müəyyən inteqralda dəyişənin əvəz edilməsi

    Termodinamikada Iş.İzotermik və adiobatik proseslərdə görülən iş


    Heyderli Urfan Rövşən oğlu


    P L A N
    1.Termodinamika
    2.Termodinamik sistemlərin növləri
    3.İzotermik proses
    4.Adiobatik proses

    Termodinamika
    Termodinamika — makroskopik cisimlərin daxili durumunu tarazılıqda öyrənən elm. Başqa sözlə termodinamika qarşılıqlı çevrilmə və enerji ötürülməsini öyrənən elmdir.Fizika elminin əsas bölmələrindən biridir.

    Termodinamika enerjinin və qanunların bir növdən digərinə çevrilmələrini öyrənən elm sahəsidir. İşçi maddələrin köməyi ilə istilik və mexaniki enerjilərin qarşılıqlı çevrilməsinə baxılan hissəsi texniki termodinamika adlanır. Bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsi olan cisimləri göstərən termodinamik sistem texniki termodinamikanın əsaslarından biridir. Termodinamik sistemlərə misal olaraq silindrdə porşenin hərəkəti ilə genişlənən və ya sıxılan qazları göstərmək olar.
    Termodinamik sistem olan konkret fiziki şərtləri təyin etmək üçün para-metrlərin vəziyyəti adlanan göstəricilərdən istifadə olunur. Əsas parametrlərə temperatur T, təzyiq P və həcm V (və ya xüsusi həcmin əksi olan sıxlıq ρ) daxildir. Termodinamik sistemdə işçi maddənin vəziyyətinin dəyişmə ardıcıllığı termodinamik proses adlanır. Termodinamikada vahid sahəyə düşən qüvvəyə təzyiq deyilir. Termodinamikada qüvvə vahidi olaraq Nyuton (N), sahə vahidi isə metr kvadratı (m²) qəbul olunduğundan, təzyiq N/m² ilə ölçülür.
    Təzyiq 2 yerə bölünür: mütləq və izafi təzyiqlər. Mütləq təzyiqdə işçi maddənin qabın daxilindəki həqiqi təzyiqi başa düşülür. İzafi təzyiqdə mütləq təzyiqlə ətraf mühit arasındakı təzyiqlər fərqi başa düşülür. Bu fərqləri ölçən cihaz manometr adlanır.
    Qapalı qabda yerləşən qazın təzyiqi atmosfer təzyiqindən kiçik olarsa, belə qazın seyrəkliyini başqa sözlə vakuumunu manometrlə deyil, vakuummetrlə ölçmək lazım gəlir. Kiçik təzyiqləri ölçmək üçün içərisinə su, civə və ya digər maye doldurulmuş mayeli cihazlardan istifadə olunur.

    Termodinamikada görülən iş


    Əgər sistemin daxili enerjisi yalnız mexaniki işgörmə nəticəsində dəyişirsə, bu halda onun daxili enerjisi ya xarici qüvvələrin sistem üzərində gördüyü işə (A), yaxud da sistemin xarici qüvvələr üzərində gördüyü işə (A ') bərabər olur:
    ΔU = A = - A'. (7.8)
    ● Termodinamikada iş - termodinamik sistemin daxili enerjisinin dəyişməsinin miqdar ölçüsüdür.

    Termodinamik sistemlərin növləri
    Ətraf mühitlə maddə və enerji mübadiləsi qabiliyyətinə görə təsnif olunan müxtəlif növ termodinamik sistemlər mövcuddur:
    Açıq sistem
    Xarici ilə maddə və enerji mübadiləsinə icazə verilir, bu səbəbdən də bunlara deyilir nəzarət həcmi.
    Mühəndislikdəki bir çox sistem bu şəkildə modelləşdirilmişdir, məsələn evdəki su qızdırıcıları və avtomobil radiatorları.
    Qapalı sistem
    Nəzarət kütləsi olaraq da bilinirlər və ətraf ilə maddə mübadiləsi olmadığı üçün xarakterizə olunurlar. Bu səbəbdən kütləsi sabitdir, lakin enerji istiliyində və ya işdə olduğu kimi həddini aşa bilər. Bu şəkildə sistemin həcmi dəyişə bilər.
    Təcrid olunmuş sistemlər
    Bunlar ətraf mühitlə istilik, iş və ya hər hansı bir enerji mübadiləsinin qarşısı alındığı qapalı sistemlərdir.

    İzotermik proses
    İzotermik proses — sabit temperaturda sistemin halının dəyişməsi. Bu prosesdə temperatur sabit qalır: ΔT = 0. Havanın tədricən sıxılma prosesini və ya qabdan qazı sorub çıxaranda nasosun porşeni altında qazın genişlənməsini təxmini olaraq izotermik proses hesab etmək olar. İzotermik prosesi həyata keçirmək üçün adətən, sistemə termostat tətbiq edilir. Bu zaman prosesin dövrədəən keçirilməsi daha da tezləşir. Sistemin temperaturu isə termostatın temperaturundan fərqlənmir. İzotermik proses elə prosesdir ki, qazın çəkisi, molyar qaz və temperatur є -konstant sayılırlar.






    Adiabat proses
    Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.

    Izotermik prosesdə adiabat proses

    Atmosferdə 2 cür adiabat proses vardır:




    Ədəbiyyat

    1. https://az.wikipedia.org/wiki/Termodinamika

    2. https://az.warbletoncouncil.org/sistema-termodinamico-12423#menu-1

    3. https://az.wikipedia.org/wiki/Adiabatik_proses

    4. https://e-derslik.edu.az/books/734/units/unit-1/page176.xhtml



    Download 157.5 Kb.




    Download 157.5 Kb.