FƏSİL 3. ELEKTRİK HESABATI.
3.1. Tranzistorlu AM-siqnalları detektorunun hesabatı
Geniş tətbiqli qəbuledicilərdə tranzistorlar üzərində qurulmuş detektorlar istifadə olunur. Diod detektoru ilə müqayisədə belə detektorlarla (20…50) dəfə böyük ötürmə əmsalı almaq olur ki, bu da ATG-nin tələb olunan güclənmə əmsalını azaltmağa imkan verir. Sxemi şəkil.3.1.1-də verilmiş kollektor (mənsəb) detektoru daha geniş yayılmışdır. Aktiv cihaz qismində adətən aralıq tezlik gücləndiricisində istifadə edilən tranzistor tipi istifadə edilir.
Tranzistorlu amplitud detektorunu aşağıdakı başlanğıc verilənlərlə hesablamalı:
qəbuledicinin aralıq tezliyi f0 = far = (465±2)kHs;
modulyasiyaedici tezliklərin diapazonu FMA …FMY = (50…4500)Hs;
buraxıla bilən tezlik təhrifləri MA = MY =1.2;
maksimal modulyasiya dərinliyi əmsalı mmax = (0.7…0.8);
detektora verilən gərginliyin amplitudu UgirD = 0.1V;
ArTG-nin axırıncı konturunun ekvivalent və məxsusi sönməsi
de = 0.015, dk = 0.01;
ATG kaskadının giriş müqaviməti Rgir = R11 = 1kOm və giriş tutumu
Sgir = S11 £ 40pF.
Hesabat ardıcıllığı.
Məsləhətləri və məlumat verilənlərini nəzərə alaraq, qəbuledicinin ArTG-sində tətbiq edilmiş QT-322А tipli tranzistor seçirik, onun üçün fs > 3f0 , ½Y21½0 » 80 mSm; Ik0 £ 5mkА; Uke = -5V.
Detektorun yük müqavimətini R=(5…10)R11 düstura əsasən təyin edirik:
R = (5…10)×1×103 = 5000 [Оm].
RY = 5.1kOm qəbul edirik.
Detektorun diklik хаrаkteristikasını düsturuna əsasən heablayırıq:
SD = 80/3.14 = 25.5 [mSm]. (3.1)
Detektorun ekvivalent yük müqavimətini düsturu üzrə hesablayırıq:
(3.2)
Detektorun ötürmə əmsalını KD = SD × RY~ düsturu üzrə hesablayırıq:
(3.3)
Tranzistorun kollektor dövrəsində tutumun S buraxıla bilən qiymətini tapırıq:
(3.4)
S = 0.025mkF seçirik.
Ayrıca kondensatorun tutumunu düsturu üzrə təyin edirik:
(3.5)
Tranzistorun baza cərəyanının sabit təşkiledicisini Ib » Ik0 düsturuna uyğun olaraq qəbul edirik:
IB = 5·10– 6 А ,
və bölücünü tapırıq
Iböl = 50·5·10 – 6 = 250·10 – 6 А.
Tranzistorun işçi nöqtəsini müəyyən edən bölücü rezistorların müqavimətini
R2 = Ube / Iböl , R1 = Eq / Iböl – R2 düsturları üzrə hesablayırıq:
Rezistorların nominallarını E24 sırasına uyğun olaraq seçirik:
R1 = 20 kOm , R2 = 1 kOm.
Şuntlayıcı kondensatorun tutumunu düsturu üzrə tapırıq:
S = 22 mkF qəbul edirik. (3.6)
QT-322А tipli tranzistor üçün f0 = 465 kHs tezliyində r11 ≈ 800 Оm və
S11 ≤ 40 pF giriş müqaviməti Rgir və giriş tutumunu Sgir
düsturları üzrə təyin edirik:
Rgir ≈ 5·0,8 = 4 kOm; Sgir = 40/5 =8 pF. (3.7)
. ATG-nin girişində gərginliyin amplitudunu UgirATG = UgirD × m × KD düsturu üzrə hesablayırıq:
Ugir ATG = 0,1·0,7·21,2 ≈ 1,5 V. (3.8)
. Lk = 0,25 mHn fərz edərək, ArTG konturuna detektorun qoşulma əmsalını hesablayırıq, (ArTG-nin hesabatındаn):
(3.9)
Nəticə
Təqdim olunan buraxılış işi “Stansiya radiorabitəsi üçün (140-174)MHs tezlik diapazonunda radiostaniyanın layihələndirilməsinə həsr olunmuşdur. Radiostaniyanın qurulmasında amplitud modulyasiyalı radiovericidən və superheterodin tipli radioqəbuledicidən istifadə olunmuşdur. Radio qəbula əngəl törədən atmosfer və sənaye maneələrinin səviyyəsi aşağıdır və dürüst istiqamətlənmiş antenalardan istifadə etmək olur. Radioqəbuledici qurğuları məlumatı verən istənilən radiotexniki qurğunun ən əsas və vacib hissələrindən biridir. Onun məqsədi radioverici qurğular tərəfindən fəzada yayılan faydalı malumat daşıyan elektromaqnit dalğalarını tutmaq, onu radiosiqnala (məlumatın dəyişmə qanununa uyğun modullanmış yüksəktezlikli rəqslər) çevirmək, həmin siqnalı formalaşdırmaq, (küydən, maneədən təmizlənmək, süzmək) detektorun işləyə biləcəyi səviyyəyə qədər gücləndirmək, detektə etmək, alınan alçaq tezlikli siqnal yenidən işlədicinin tələb etdiyi səviyyəyə qədər gücləndirmək və həmin siqnali yenidan faydalı məlumata çevirmək üçün işlədiciyə verməkdir. İstənilən qəbul məntəqəsində süni və təbii maneələr mövcuddur ki, bunlar qəbul olunan radio məlumatları təhrifə uğradır və beləliklə, faydalı məlumatın qəbulunda səhvlərə yol verilmiş olur.
Buraxılış işində layihələndirilən metrlik diapazonlu radiostansiyanın mənfi cəhəti radiodalğaların düz görünüş məsafəsində yayılmasıdır.
|