|
Antennanın əsas parametrləri
|
bet | 8/14 | Sana | 27.05.2024 | Hajmi | 162,02 Kb. | | #255281 | Turi | Referat |
Bog'liq referat 3815Antennanın əsas parametrləri. Antennanın parametrləri onun şüalanma və qəbul effektivliyini xarakterizə edən göstəricilərinə deyilir. Həmin parametrləri iki əsas qrupa bölmək olar:
1.Antennanın iş rejimini və keyfiyyətliliyini xarakterizə edən parametrlər. Buraya şüalanma, giriş və dalğa müqavimətləri, tezlik zolağı və tezlik diapazonu, təsiredici (effektiv) uzunluq (sahə) və s. daxildir.
2.Antennanın texniki - iqtisadi effektivliyini xarakterizə edən parametrlər. Buraya şüalanma xarakteristikaları, istiqamətlənmə əmsalı (İƏ), faydalı iş əmsalı (FİƏ), güclənmə əmsalı (GƏ), müdafiə əmsalı, maksimum davam gətirilə bilən güc və s. daxildir. Həmin parametrlərə antennanın radiotexniki parametrləri də deyilir və bunlar AFQ- fnnində ətraflı nəzərdən keirilir.
Gücləndirmə əmsalı. Antenanın gücləndirmə əmsalı- nisbi qiymət olub, verilmiş antennanın yarımdalgalı dipoldan və ya izotrop şüalandırıcıdan neçə dəfə effektiv olduğunu göstərir. Başqa sözlə, verilmiş antena eyni bir tezlikdə, tətbiq olunan gücdə və eyni bir məsafədə etalona nisbətən nə qədər çox sahə gərginliyi yaratdığını xarakterizə edir. İzotrop şüalandırıcı ideal nəzəri qurğu olduğundan, adətən texniki xarakteristikalarda güclənmə dipola nəzərən verilir. Dipola nəzərən antenanın gücləndirmə əmsalı adətən desibellərlə (dB), izotrop şüalandırıcıya nəzərən isə, desibel-izotrop (dBi) ilə verilir. Bu göstəricilərin fərqi 2,14dB təşkil edir. Misal üçün, əgər antenanın gücləndirmə əmsalı izotrop şüalandırıcıya nəzərən 3dBi olarsa, onda dipola nəzərən olur.
İstiqamətlənmə diaqramı. Antenanın istiqamətlənməsi qiymətcə antenanın bir istiqamətdə güclənmə əmsalının digər istiqamətlərdəkinə nisbətən nə qədər çox olmasını göstərir. Antenanın istiqamətlənməsi- istiqamətlənmə diaqramması adlanan xüsusi qrafikdə əks etdirilir. Praktik olaraq, bütün antenalar bu və ya digər dərəcədə istiqamətlənmə dərəcəsinə malikdir.İstiqamətlənmə əsasən antenanın konstruksiyasından asılı olur. Müxtəlif istiqamətlənmə diaqramından istifadə etməklə, müəyyən istiqamətdə rabitənin keyfiyyətini və uzaqlığını artırmaq mümkündür.
Antena elektromaqnit dalğalarını üç ölçülü fəzada yaydığı üçün buna görədə istiqamətlənmə diaqramı horizontal və vertikal müstəvilərdə qurulur. Yəni antenanın istiqamət diaqramı iki - horizontal və vertikal müstəvidə olur.
|
| |