• Stasionar (baza) antenaları.
  • İstiqamətlənməmiş
  • İstiqamətlənmiş antenalar
  • Kafedra: İXTİsas




    Download 162,02 Kb.
    bet9/14
    Sana27.05.2024
    Hajmi162,02 Kb.
    #255281
    TuriReferat
    1   ...   6   7   8   9   10   11   12   13   14
    Bog'liq
    referat 3815

    Tezlik diapazonu. Antenanın tezlik diapazonu – antenanın gücləndirmə əmsalının iki dəfədən az olmayaraq (3dB) azaldığı tezlik zolağına deyilir. Antena rezonans sisteminin bir hissəsi olduğundan onun effektivliyi yalnız müəyyən (rezonans) tezlikdə ən çox olur. Buna görə də uzaq məsafələrdə rabitə yaratmaq üçün, işlədiyi məhdut tezlik üçün xüsusi olaraq hazırlanmış (köklənmiş) antena tələb olunur. Adətən, praktikada antena bir yox, bir neçə tezlikdə işləyir. Bu halda, antennanın effektivliyində kompleks seçimə keçilir və elə antena seçilir ki, onun tezlik xarakteristikası müəyyən tezlik zolağında buraxıla bilən qiymətdən kənara çıxmır. Təbü ki, belə bir antena rezonans tezliyindən fərqli tezliklərdə daha pis işləyir, lakin normal rabitə yaratmaq üçün qəbul edilə bilən olur. Əlbətdə, prinsip etibarı ilə, hər bir tezlik üçün ayrı bir antena istifadə etmək olar, lakin bu, sistemin
    Stasionar (baza) antenaları. Aydındır ki, stasionar antenalar tərpənməz və baza radiostansiyalarında istifadəsi üçün nəzərdə tutulmuşdur. Bir qayda olaraq, stasionar antenalar böyük ölçülərə, çəkiyə, yüksək gücləndirmə əmsalına və dar istiqamətə malikdir.
    İstiqamətlənməmiş (bütün istiqamətlənmiş və ya dairəvi istiqamət diaqramlı) antenalar özlərinin universallığına və nisbətən aşağı qiymətinə görə daha geniş yayılmışdır. Şəkil 1.5.2-da istiqamətlənməmiş antenanın xarici görünüşü və horizontal (üfiqi) və vertikal (şaquli) müstəvilərdə istiqamətlənmə dianramları göstərilmişdir.
    Bu növ antenalar geniş əhatə dairəsinə, təxminən dairəvi formaya malik rabitə sistemi təşkil etmək məqsədi üçün istifadə edilir. Rabitənin uzaqlığını və keyfiyyətinə görə daha yüksək nəticələr əldə etmək üçün böyük güclənmə əmsalına malik effektiv stasionar antenalardan istifadə etmək məsləhət görülür. Şəkil 1.5.3-də belə bir antena olan çoxelementli fazalanan antena qəfəsinin xarici görünüşü və horizontal və vertikal müstəvilərdə istiqamətlənmə diaqramları göstərilmişdir.
    İstiqamətlənmiş antenalar- müəyyən istiqamətdə radiorabitədə maksimal uzaqlıq və kənar radiorabitə sistemlərinin maneələrini azaltmaq hallarında istifadə edilir. İstiqamətlənmiş antennalar bahalı qurğudur, ona görədə, onlardan uzaqlıq faktoru və məlumatın ötürülməsində etibarlıq əsas olduqda istifadə olunur. İstiqamətlənmiş antennalardan rəqəmli verilişlərin ötürülməsi zamanı rabitə keyfiyyətinin azda olsa pisləşməsi rabitənin pozulmasına gətirə bilərsə istifadəsi xüsusilə məqsədəuyğundur.
    Ümumiyyətlə yüzlərcə istiqamətlənmiş stasionar antenna növü mövcutdur və bunlar istiqamətlənmələrinə konstruksiyalarına, gücləndirmələrinə və s. görə biri birilərindən fərlənilər. Belə çox növlü antennalardan istifadəni yalnız yüksək ixtisaslı aid edə bilərlər, lakin çox vaxtı bu və ya digər antennalardan istifadə məsələsini bir mənalı həll etmək mümkün olmur. Buna görə də antennanın seçilmə məsələsində ən yaxşı koməkçi olan çoxqat təcrübəyə əsaslanan vərdişlərdir. Keyfiyyətli və uzaq məsafəyə rabitə yaratmaq üçün antennanın seçilməsi bir çox parametrləri nəzərə almaqla kompleks həll ilə mümkün olsa da onun düzgün quraşdırılması vacib mühəndis məsələlərindəndir. İlk anda sadə proses kimi görünsədə antennanın quraşdırılması kifayət qədər mürəkkəb məsələdir. Çünki bu zaman bir çox məsələlər, o, cümlədən konstruksiyanın möhkəmliliyinin təmini, müxtəlif kanallarda işləyən antennalar və digər sistemlər arasında qarşılıqlı təsirinin azaldılması, verilmiş istiqamətlənmə diaqramının təmin edilməsi və s. məsələlər həll edilməlidir.
    Antennanın quraşdırılması zamanı yaxınlıqda yerləşən metallik konstruksiyalar (borular, qülllələr, başqa antennalar, elektrik xəttlərinin dayaqları və s.) böyük problemlər yaradırlar. Bunlar antennanın istiqamət diaqlamını təhrif edən radiokölgələr və ya siqnalın əks olunmasını yarada bilərlər. Beləliklə quraşdırılmış antennanın ətrafında nə qədər çox metal konsturksiya olarsa antennanın effektiv işləməsi də bir o qədər pisləşir. İlk baxışda antennanın quraşdırıldığı hündürlük çox olduqca onun əhatə dairəsi və rabitənin uzaqlığının artması arzu olunandır. Lakin yüksəklikdə yerləşdirilmiş antenna faydalı iş görməklə bərabər eyni zamanda başqa rabitə sistemlərinə maneələrdə yaradır. Digər tərəfdən çox yüksəklikdə quraşdırılmış antennalar daha böyük ərazilərdən radioküylər yığmaq qabiliyyətinə malikdir və buna görə də qəbul antennalarında qəbuledicinini girişində küylərin səviyyəsi daha çox artmış olur.


    Download 162,02 Kb.
    1   ...   6   7   8   9   10   11   12   13   14




    Download 162,02 Kb.