• 3) Tezlik çeviricisi (TS).
  • Aralıq tezlik gücləndiriciləri (ArTG).
  • Kafedra: İXTİsas




    Download 162,02 Kb.
    bet6/14
    Sana27.05.2024
    Hajmi162,02 Kb.
    #255281
    TuriReferat
    1   2   3   4   5   6   7   8   9   ...   14
    Bog'liq
    referat 3815

    1)Giriş dövrəsi (GD). Verilmiş tezlik diapazonundan lazım olan siqnalın seçilməsi ilkin küylərdən təmizlənərək sonrakı kaskada ötürülməsidir.
    2) Radiotezlik gücləndiricisi (RTG). Qəbulediciyə olan təlabatdan asılılı olaraq bu kaskad ola da bilər olmayada. Kaskadın vəzifəsi siqnalın küylərdən təmizlənməsi və ilkin güclənmə əldə etmək üçündür.
    3) Tezlik çeviricisi (TS). T C-nin məqsədi qəbuledicinin verilmiş diapazonda qəbulunu təmin etmək üçün elə fg tezlik yaratmaqdır ki, о fg tezliyin
    fs-siqnal tezliyi ilə fərqi (far=fq-fc=cons) həmişə sabit qalaraq far-Aralıq tezliyini verilmiş olsun. Yəni qəbul olunan fs siqnalını bir tezlikdən digər tezliyə dəyişdikdə fg-getorodin tezliyi elə dəyişməlidir ki, far- aralıq tezliyi sabit qalsın.
    4) Aralıq tezlik gücləndiriciləri (ArTG). ArTG-nin məqsədi qəbuledicidə lazım olan gücləndirmə əmsalını əldə etməkdir. Qəbuledicilərin texniki parametrlərindən asılı olaraq bir və ya bir neçə ArTG kaskadından istifadə edilə bilər.
    Supergeterodin qəbuledicisində modulyasiya qanunu saxlamaq şərti ilə aparıcı (daşıyıcı) tezliyi fs olan radiosiqnal, far -aralıq tezlik adlanan başqa tezliyə çevrilir. Bu prosesi əldə etmək üçün qəbuledicinin struktur sxeminə, radiotezlik gücləndiricisindən sonra, tezlik çeviricisi va aralıq tezlik gücləndiricisi kaskadları əlavə olunur. Bu halda, qəbuledicinin seçicilik qabiliyyətini və gücləndirmə imkanlarını təyin edən ArTG-nin işi, antennadan qəbul olunmuş fs-daşıyıcı tezlikdən asılı olmayacaqdır.Tezlik çeviricisi, qarışdırıcı və geterodindən ibarət olur. Geterodin az güclü avtogeneratordur. Qarışdırıcının girişinə fs –siqnal tezlikli və sabit amplitudlu fg-geterodin tezlikli gərginlik verilir. İki muütəlif tezlikli gərginliyin qarşılıqlı təsiri nəticəsində qarışdırıcının çıxışında alınan siqnal spektrində çoxlu kombinasiya tezlikləri, о cümlədən fs və fg tezliklərinin cəm və fərq tezlikləri də yaranır. Fərq tezliyin qiyməti radiosiqnalın tezliyindən az və ya çox ola bilər, lakin onun qiyməti hökmən modulyasiya tezliyindən çox olmalıdır. Buna görə də alınan far= fg-fs tezliyinə fərq tezliyi və yaxud aralıq tezliyi deyilir.
    Beləliklə, supergetorodin qəbuledicisinin xarakteristik xüsusiyyəti odur ki, qəbul olunan siqnalların tezliyindən asılı olmayaraq, aralıq tezliyi sabit qalır və elə seçilir ki, tezliyə görə yaxın stansiyalardan az maneə təmin edilsin və lazım olan gücləndirmə əmsalı və seçicilik alınsın. Deməli, tezlik çeviricisinin əsas vəzifəsi qəbul olunan radiosiqnalın tezliyini modulyasiya qanununu saxlamaq şərti ilə, başqa tezliyə aralıq tezliyə çevirməkdir.
    Yadda saxlamaq lazımdir ki, supergetorodin qəbuledicisini bir tezlik diapazonundan digərinə köklədikdə, onun seçici dövrəsinin rezonans tezliyi ilə eyni zamanda, sinxron olaraq geterodin tezliyi də elə dəyişilir ki, qəbul olunan istənilən fs radiosiqnalı üçün far= fg -fs sabit qalır. Buna görə də far tezliyinə köklənmiş olan aralıq tezlik traktı yenidən köklənmir. Hal-hazırkı vaxta qədər radioyayım və peşəkar qəbuledicilərdə supergetorodin qəbul üsulu əsas üsul sayılır. Ona görə ki, belə qəbul zamanı intensiv maneələr şəraitinda zəif siqnalların dayanıqlı qəbulu təmin edilir.

    Download 162,02 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   14




    Download 162,02 Kb.