|
Rəqəm idarəli rəqəmli zaman-məkan kommutatorunun tərkibi
|
bet | 4/14 | Sana | 27.05.2024 | Hajmi | 162,02 Kb. | | #255281 | Turi | Referat |
Bog'liq referat 3815Rəqəm idarəli rəqəmli zaman-məkan kommutatorunun tərkibi:
Rəqəmli adapterlər (SKP) АPK, (İPA) АPU, АSK, АMF, (VQA) АPP
Rəqmli kommutasiya matrisası
Mərkəzi prosessor
Rəqəmli siqnal prosessoru
Rəqəm idarəli rəqəmli zaman-məkan kommutatorunun təyinatı:
Normallaşdırılmış analoq siqnallarının rəqəmli kod ardıcıllığına çevrilməsi
Rəqəmli siqnalların kanala görə ümumi şində birləşdirilməsi
İdarəedici komandaların ayrılması
Adapterlər arasında rəqəmli siqnalların kommutasiyası
Siqnalların rəqəmli cəmlənmə metodu ilə qrup kanallarının təşkili
Radiostansiyaların fərqləndirici xarakteristikaları
Cədvəldə ən geniş yayılmış fərqləndici parametrlər cədvəl.1.2.1 –də verilmişdir.
Cədvəl.1.2.1
Xarakteristikalar
|
Stansiyaların növü
|
43RTS
|
RS-46M
|
RS-46MÜ
|
1. Vericinin gücü, Vt
|
10 2
|
12 2
|
12 2
|
2. Qəbuledicinin həssaslığı , mkV
HMD diapazonu
MD diapazonu
3.Qida gərginliyi, V
əsas qida mənbəyi
rezerv qida mənbəyi
4.Şəbəkədən istifadə olunan güc 220V, 50Hs, Vt, çox olmayaraq
Qəbul rejimində
Veriliş rejimində
5.Qabarit ölçüləri (uzunluq, eni, hündürlüyü) mm
6.Kütləsi, kq, artıq olmayaraq
7.Analoq xətti rabitə şəbəkəsində işləmə mümkünlüyü
8.Rəqəmli şəbəkədə işləmə mümkünlüyü
9.Stasionar dispetçerin idarə pultunun sayı
10.Fiziki analoq rabitə xətti ilə uzaq məsafədən qoşulma imkanı
11.Rəqmli veriliş sisteminin kanalları ilə uzaq məsafədən qoşulma imkanı
12.Baza blokunun sayı
13.Baza blokunun daxili arxitekturası
|
50
120
280х660x880
75
var
yoxdur
1
var
yoxdur
analoq
|
5
0,5
187-242
21-28
80
135
276х358х429
19
var
yoxdur
2
var
yoxdur
11
Anloq-rəqəm
|
5
0,5
140-280
18-36
25
70
249х298х256
7,5
var
yoxdur
2
var
var
4
Rəqəm
|
1.3.Radioqəbuledicilər haqqında.
Radioqəbuledici qurğuları (RQQ) məlumatı verən istənilən radiotexniki qurğunun ən əsas və vacib hissələrindən biridir. Onun məqsədi radioverici qurğular tərəfindən fəzada yayılan faydalı malumat daşıyan elektromaqnit dalğalarını tutmaq, onu radiosiqnala (məlumatın dəyişmə qanununa uyğun modullanmış yüksəktezlikli rəqslər) çevirmək, həmin siqnalı formalaşdırmaq, (küydən, maneədən təmizlənmək, süzmək) detektorun işləyə biləcəyi səviyyəyə qədər gücləndirmək, detektə etmək, alınan alçaq tezlikli siqnal yenidən işlədicinin tələb etdiyi səviyyəyə qədər gücləndirmək və həmin siqnali yenidan faydalı məlumata çevirmək üçün işlədiciyə verməkdir. İstənilən qəbul məntəqəsində süni və təbii maneələr mövcuddur ki, bunlar qəbul olunan radio məlumatları təhrifə uğradır və beləliklə, faydalı məlumatın qəbulunda səhvlərə yol verilmiş olur. Xalq təsərrüfatının günü-gündən artan tələbi RQQ-in sayını artırır (efir getdikcə sıxlaşır –yəni vahid uzunluğa düşən dalğa diapazonlarının sayı çoxalır) ki, bu da süni radio maneələrin artmasına gətirib çıxarır. Belə bir şərait, məlumatların yüksək ehtimalla qəbulunu getdikcə çətinləşdirir. Ona görə də radioqəbulunda yüksək ehtimal əldə etmək və küyə dözümlü sistemlər yaratmaq üçün, radioqəbuledici sistemlərin yaradılmasında kompleks metodlardan istifadə etmək lazım gəlir. V.A.Kotelnikovun siqnalların maneəyə davəmlı qəbulu nəzəriyyəsinə əsasən, məlumatın qəbulundə səhvləri azaltmaq üçün elektrik siqnallarının verilməsində -kodlamadan və qəbulunda -dekodlamadan istifada olunur. Belə sistemlərdə verici qurğulara koderlər, (kodlayıcılər), qəbuledicilərə isə dekoderlər (kod açanlər) əlavə olunur. Qəbul olunan siqnalların real şəraitdə keyfiyyətinin dəyişməsi zamandan asılı olduğu üçün, onun iş rejiminin və iş strukturasının optimallaşmasi tələb olunur.
Qəbuledicin struktur sxeminin mürəkkəbləşdirilməsi qəbulun keyfiyyətinə mütənasib olur ki, bu da peşəkar qəbulediciləər üçün xarakterikdir.Belə ki, müasir peşəkar RQQ-lər adaptiv (özü-özünü tənzimləyən) kompleks təşkil edirlər. Belə komplekslər aşağıdakı üç əməliyyatı yerinə yetirirlər:
1.Ətraf mühitdən faydalı elektromaqnit dalğalarını antenna vəsitəsi ilə tutmaq və onu elektrik cərəyanı şəklində qəbulediciyə ötürmək;
2.Alınmiş cərəyandan ilkin elektrik siqnallarını ayırmaq məqsədi ilə faydalı siqnal və radiomaneələrin qarışığını optimal analiz etmək;
3.İlkin elektrik siqnallarını məlumata çevirmək.
Ümumiyyətlə RQQ-lər iki qrupa-peşəkar və radioyayım qəbuledicilərinə (şəkil.1.3.1) bölünürlər. Deyilən hər bir qrup radioqəbuledici qurğular da, özlüyündə ayrı-ayrı qrupləra, yarımqrupləra bölünürlər. Peşəkar RQQ-lər növlərinə görə radiorabitə, televiziya, radiolokasiya, radionaviqasiya, tele idara və tele ölçmə üçün olurlar. Radioyayım qəbulediciləri isə səsli və televiziya üçün olurlar. Radioyayım qəbulediciləri nisbətən sadə texniki həllə malikdir. Peşəkar qəbuledicilər daha mürəkkəb texniki həllə malikdirlər ki, bu da onlərın bir çox hallərda, xüsusi radioverici qurğularla işləməsi ilə əlaqədardır. Misal üçün, kosmik radio rabitəsi və ya yerin süni peyklərinin köməyi ilə radiorabitə yaradan qəbuledicilər peşəkar radioqəbuledici qurğulara əyani misaldır.
|
| |