|
Qidalanma üsuluna görə qəbuledicilər
|
bet | 5/14 | Sana | 27.05.2024 | Hajmi | 162,02 Kb. | | #255281 | Turi | Referat |
Bog'liq referat 3815Qidalanma üsuluna görə qəbuledicilər, akkummulyatordan, quru batareyalardan, şəbəkədən, sabit cərəyan mənbəyindən, dəyişən cərəyan mənbəyindən və ya universal qidalanan olurlar.
İş rejiminə görə: radioteleqraf, yazı üçün , rəqəm çap edici, telefon üçün və fototeleqraf üçün olurlar.
Faydali məlumatın modulyasiya növündə görə: amplitud modullanmış siqnal (AMS) qəbuledici, tezlik modullanmış siqnal (TMS) qəbuledici, faza modullanmış siqnal (FMS) qəbulediciləri, impuls modullanmış siqnal (İMS) qəbulediciləri, iki və bir yan zolaqlı siqnal qəbuledicilər olurlar.
Qəbuledicilər diapazona görə : bir zolaqlı, dar zolaqlı, geniş zolaqlı və ya universal olurlar.
Siqnalın detektora qədər güclənməsi trabktının (radiotraktın) qurulma prinsipinə görə qəbuledicilər: supergetorodin tipli, bir taktlı, çoxtaktlı, birqat və ya ikiqat tezlik çeviricili olurlar.
Qurulma yerlərinə görə qəbuledicilər: daimi, səyyar, gəmidə, təyyarədə, avtomobildə, kosmosda qoyulan ola bilər.
Qəbul olunan dalğaların diapazonuna görə: qəbuledicilər millimetrlik dalğalı (100-10 km), kilometrlik (10- 1 km), hektometrli (1000-100m), dekometrli
(100-10m), metrli (10-1m), desimetrli (100-l0sm), santimetrli (10-1 sm), millimetrli (10-1mm), desimillimetrli (1-0,1mm) və s. olur.
Radioyayım qəbuledicilərində əsasən uzun dalğa (0,15÷0,415 MHs);
orta dalğa (0,52÷l,6MHs); qısa dalğa (3,9÷12,1MHs) və ultraqısa dalğa
(65.8÷110 MHs) diapazonlərı qəbul edilib. Göstərilən bir neçə diapazonu özündə birləşdirən qəbuldici bütün dalğalı qəbuledici adlanır.
1.4. Supergeterodin qəbulediciləri
Supergeterodin qəbuledicilərinin əsas xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, qəbuledicilərin radiotraktında siqnal gücləndirilməklə bərabər həm də öz tezliyinin başqa bir tezliyə çevirir.Birbaşa gücləndirən qəbulediciləri nəzərdən keçirərkən qeyd etmişdik ki, siqnalın yüksək tezliklərində onlarda böyük gücləndirmə əmsalı almaq çox çətin olur və eləcə də qəbuledicini verilmiş tezlik diapazonunda bir tezlikdən digərinə kökləyərkən onun əsas xarakterisitikaları xeyli dəyişirlər. Göstərilən çatışmamazlıqlar 1918-ci ildə ABŞ və Fransa alimləri tərəfindən eyni zamanda təklif edilmiş supergeterodin tipli qəbuledicidə aradan qaldırılır. Supergeterodin qəbuledicinin struktur sxemi 1.4.1-də göstərilmişdir.
Supergeterodin qəbuledicilərinin blokları aşağıdakı funksiyaları yerinə yetirir.
|
| |