Müsahibə metodu ən qədim didaktik metodlardan biridir. (Sokrat istf et.) Müsahibə metodunun aparıcı funksiyası oyadıcı funksiyadır, yəni şagirdləri fəallaşdırmaqdır. Müsahibə məcbur edir ki, şagirdin fikri müəllimin fikrinin arxasınca getsin. Nəticədə şagirdlər addım-addım yeni bilikləri mənimsəməyə doğru irəliləyir. Müsahibənin üstünlüyü bir də ondadır ki, o, şagirdlərin idraki qüvvələrinin inkişafına kömək edir. Müsahibənin tərbiyəedici rolu da böyükdür.Bəzi didaktik sistemlərdə müsahibə metodu aparıcı metod kimi qəbul edilmişdir. Amma məlum oldu ki, onun köməyi ilə bütün didaktik məqsədlərə nail olmaq mümkün deyil. Məktəblilərdə təsəvvürlər,anlayışlar ehtiyatı olmasa müsahibə az efektli olar. Başqa metodlarda olduğu kimi, müsahibə metodunda da idrak ya deduktiv, ya da induktiv yolla gedir.
Yerinə yetirdiyi vəzifələrə görə müsahibənin aşağıdakı növləri vardır:
1) giriş və ya təşkiledici müsahibə.
2) yeni bilik verən müs.
3) sintezləşdirici və ya möhkəmləndirici müsahibə.
4) nəzarətedici-təshihedici müs.
Giriş müsahibəsi adətən tədris işinin başlanğıcında aparılır. Onun məqsədi qarşıdakı işin əhəmiyyətinin şagirdlər tərəfindən başa düşülməsini üzə çıxarmaqdır.
Yeni bilikləri verən müsahibə sual-cavab formasında (sag cavablarına etiraz et olmaz) sokrat formasında(şag suala hörmətlə yanaşırlar və sualla razılaşmaya da bilərlər) Evristik formada (problem qarşısında qalırlar və suallara cavab vermək tələb olunur) olur.
Sintezləşdirən vəya möhkəmləndirən müsahibə şagirdlərdə olan bilikləri ümumiləşdirməyə və sistemləşdirməyə xidmət edir.
Nəzarətçi-korreksiya müsahibəsi isə diaqnostlaşdırma məqsədləri üçün aparılır. Bu, həm də şagirdlərin biliklərini yeni faktlarla inkişaf etdirmək, dəqiqləşdirmək lazım gələndə tətbiq edilir.
Sualları düzgün qurmaq olduqca vacibdir onların arasında məntiqi əlaqə olmalı, suallar öyrənilən mövzunun mahiyyətini açmalı, bilikləri sistem halında mənimsəməyə kömək etməlidir, sual şagirdə aydın olmalıdır.Sual bütün sinifə verilməli. Fikirləşmək üçün fasilədən sonra şagird cavab verməyə cağrılmalıdır. Yerindən “qışqırıb” cavab vermək olmaz. əvvəl zəif şagirdlərdən soruşmaq, qalanlarına isə onu düzəltməyə imkan vermək lazımdır.
|