• Müəllim
  • P.1. Metod çoxölçülü hadisə kimi.
  • Kurs: II fənn: Pedaqogika -2 Mövzu




    Download 494 Kb.
    bet35/76
    Sana13.06.2021
    Hajmi494 Kb.
    #15002
    1   ...   31   32   33   34   35   36   37   38   ...   76
    Kurs: II

    Fənn: Pedaqogika -2

    Mövzu: Təlim prosesinin metodlarının xarakteristikası

    Ədəbiyyat siyahısı:

    1.Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004, 510 səh., s. 195-225

    2. Kərimov Y. Təlim metodları. Bakı: 2009, 275 səh.

    3. Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı: “Elm və Təhsil”, 2016, 456 s.



    Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru

    Plan:

    1. Metod çoxölçülü hadisə kimi

    2. Təlim metodlarının təsnifatı problemi

    3. Təlim metodlarının xarakteristikası


    P.1. Metod çoxölçülü hadisə kimi.

    Metod tədris prosesinin özəyidir. Metodlarsız qarşıya qoyulan məqsədə çatmaq, nəzərdə tutulmuş məzmunu öyrətmək, şagirdlərin idrak fəaliyyətini təşkil etmək mümkün deyil. Metod lahiyələşdirilmiş məqsəd ilə son nəticə arasında birləşdidirci həlqədir. Təlim metodu təlimdə müəyyən məqsədə nail olmaq üçün müəllim və şagirdlərin nizama salınmış fəaliyyətidir. Təlim metodları dedikdə məqsədlərə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür.

    Təlim metodları strukturunda priyomlar (tərzlər) da fərqlənir. Priyom metodunun elementidir, onun tərkib hissəsidir. Metodun tətbiqində ayrıca addımdır.

    Təlim metodu mürəkkəb, çoxcəhətli, çoxkeyfiyyətli bir qurumdur. Təlimin məqsədi, məzmunu, qanunauyğunluqları, prinsipləri, formaları təlim metodunda öz əksini tapır. Nə işin məqsədi, nə məzmunu,nə formaları metodların praktiki həyata keçirilmə imkanlarını nəzərə almadan müəyyənləşdirilə bilməz. Bu imkanları məhz metodlar təmin edir.

    Təlim metodlarının strukturunda obyektiv və subyektiv strukturlar vardır. Metodun obyektiv hisəsi hər hansı metodda iştirak edən ümumi didaktik müddəalarda, qanunauyğunluqların, prinsiplərin və qaydaların tələblərində, həmçinin, təlimin fəaliyyətinin məqsədlərində, məzmununda və formalarında öz əksini tapır.

    Metodun subyektiv hissəsi pedaqoqun şəxsiyyəti, şagirdlərin xüsusiyyətləri konkret şəraitlə şərtlənir. Metodda obyektiv və subyektiv hissələrin nisbəti məsələsi çox mürəkkəbdir. Bu məsələdə fikirlərin diapozonu çox genişdir: bir tərəfdən, metod sırf obyektiv qurum kimi qəbul edilir. Digər tərəfdən pedaqoqun şəxsi, təkrarolunmaz məhsulu hesab olunur.

    Metod pedaqoji fəaliyyətin başlıca alətidir. Məhz onun köməyi ilə təlim məhsulu istehsal olunur, müəllimlə şagirdlərin qarşılıqlı təsiri həyata keçrilir. Təlim metodu təhsil-tərbiyə məqsədlərinə nail olmaq üçün pedaqoq və şagirdlərin nizama salınmış qarşılıqlı fəaliyyətdir.

    P.2. Təlim metodlarının nomenklaturası və təsnifatı yeni məsələ deyildir. Azərbaycan və dünya pedaqoji təcrübəsində sınaqdan çıxmış bir çox təlim metodları formalaşmışdır ki, bunlar nəzəri və əməli cəhətdən pedaqoqlar tərəfindən işıqlandırıl-mışdır. Təlim metodlarının interpretasiyası və səmərəli təsnifatı təkcə nəzəri cəhətdən deyil, əməli cəhətdən də böyük əhəmiyyət kəsb edir. Təlim metodları müxtəlif şəkildə təsnif olunur, onların nomeklaturasında da yekdillik yoxdur. Əlbəttə, nəzəri cəhətdən bu, qorxulu deyildir. Daha düzgün hərəkət etmək üçün mübahisəyə meydan vermək həm də faydalıdır. Lakin müəllimi praktik fəaliyyətində çaşdıran hallar aradan götürülməlidir.

    Təlim metodlarının müxtəlif təsnifatı təsadüf nəticəsində deyil, müxtəlif əsaslarla müəyyənləşdirilir. Bəziləri təlim metodları-nın təsnifatının əsasına biliklərin mənbəyini, o biriləri - didaktik vəzifələri, üçüncüləri təfəkkür formalarını qoyurlar və s. Vurğulayaq ki, pedaqoji ədəbiyyatda bilik və bacarıqların mənbəyini əsas götürən təsnifata daha çox rast gəlmək olar. Bütün təlim metodları belə təsnifatda şifahi, əyani və praktik olmaq üzrə üç yerə bölünür. Görünür, belə üstün yanaşmanın səbəbləri vardır. Səbəblərdən biri bu ola bilər ki, sözügedən təsnifatda müxtəlif ədəbiyyatda özünə yer alan, şərh olunan metodların hamısını səciyyələndirmək mümkün olur. Təlim metodlarının belə təsnifatında təlim prosesi üçün əlaqədar metodu seçmək çətin olmur. Bununla yanaşı qeyd etmək yerinə düşər ki, həmin təsnifat, ümumilikdə qəbul olunmamışdır. Bu təsnifata opponent olanların fikrincə, onun ciddi nöqsanı bundan ibarətdir ki, bu və ya başqa metodu hansı qrupa daxil etmək üçün dəqiq kriteri yoxdur, söz, nitq bilik mənbəyi deyil, idrak prosesinin mühüm komponentidir... təsəvvür, obraz əmələ gətirmək- idrak prosesinin ilk mərhələsidir, biliyin mənbəyi deyildir, onun formalaş-masının mərhələsidir. “Praktika isə idrak prosesində təkcə bilik mənbəyi deyil, həm də həqiqətin kriterisidir” (B.P.Yesipov).

    İ.Y.Lerner və M.N.Skatkin zəmanələrinə görə təlim metod-larının maraq doğuran nomenklaturasını və təsnifatını irəli sürmüşlər. Onlar çoxlu miqdarda olan təlim metod-ları əvəzinə cəmi beş metodun varlığını sübut etməyə çalışmışlar. Bunlar aşağıda--kılar-dır:

    1. İzahetmə- əyani və ya məlumatvermə-mənimsəmə metodu;

    2. Reproduktiv metod.

    3. Problemli şərh metodu.

    4. Qismən axtarış və ya evristik metod.

    5. Tədqiqat metodu.

    M.İ.Maxmutov təlim metodlarının iki tərəfli olduğunu irəli sürməklə təsnifatda bunları əks etdirir. Şərti olaraq o, təlim metodla--rını belə adlandırır və təsnif edir:

    1. Məlumatvermə- izahetmə metodu.

    2. İzahetmə- reproduktiv metod.

    3. Məlumatvermə- axtarış metodu.

    4. Təhriketmə- tədqiqat metodu.

    Maraqlı təsnifatlardan biri də Görkəmli Azərbaycan pedaqoqu akademik M.M.Mehdizadəyə məxsusdur. O, təlim metodlarının təsnifatını aşağıdakı kimi təqdim edir.

    1. Məlumatvermə metodları.

    2. Əyanilik metodları.

    3. Reproduktiv metodlar.

    4. Axtarış metodları.

    5. Nəzarət metodları.




    Download 494 Kb.
    1   ...   31   32   33   34   35   36   37   38   ...   76




    Download 494 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Kurs: II fənn: Pedaqogika -2 Mövzu

    Download 494 Kb.