İxtisas: Təsviri incəsənət müəllimliyi
Kurs: II
Fənn: Pedaqogika -2
Mövzu: Şaxələndirmə, qar topası, İnsert, işgüzar səs-küy metodları
Ədəbiyyat siyahısı:
1.Kərimov Y. Təlim metodları. Bakı: 2009, 275 səh., s.208-215
2.Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004, 510 səh., s. 195-225
3. Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı:“Elm və Təhsil”, 2016, 456s.
Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru
Plan:
Şaxələndirmə metodu
Qar topası metodu
İnsert metodu
İşgüzar səs-küy metodu
1. Kərimov Y. Təlim metodları. Bakı: 2009, 275 səh., s.216-224
2. Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı: “Elm və Təhsil”, 2016, 456 s
3. İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. 2 cilddə. I c., Bakı: Mütərcim, 2013, 708 s.
P.1. İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərin inkişafını (və ya inkişaf səviyyələrini) B.Blumun tansonomiyası ilə müəyyən etmək olar:
1. Biliklərin mənimsənilməsi bacarığı: bura öyrəniləcək materialın konkret faktlardan bütöv nəzəriyyələrə qədər yadda saxlaması, ifadə edə bilməsi daxildir.
2. Dərketmə bacarığı: öyrəndiyi materialı şərh etməsi, hadisələrin gələcək inkişafı ilə bağlı məntiqli fikirlər söyləməsi.
3. Tətbiqetmə bacarığı: öyrəndiyi materialın məzmununu konkret şərait və vəziyyətdə tətbiq edə bilməsi.
4. Təhliletmə bacarığı: öyrəndiyi materialı tərkib hissələrinə ayırmaqla strukturunu müəyyən etməsi.
5. Sintez etmə bacarığı: elementləri kombinə etməklə tamı alması.
6. Qiymətləndirmə bacarığı: öyrəndiyi materialın əhəmiyyətini müəyyən edə bilməsi.
Yeni təlim texnologiyalarını ayrı-ayrı mövzulara, fənlərə tətbiq edərkən tədris ediləcək mövzunun məzmunu ilə tam tanış olmaq lazımdır. Yeni təlim texnologiyalarının məzmunu, tədrisdə tətbiq edilmə imkanlarını nəzərə aldıqdan sonra mövzunun hansı interaktiv təlim metodundan istifadə edilərək tədris ediləcəyini müəyyənləşdirmək lazımdır. Təcrübə göstərir ki, mövzunun tədrisi zamanı bir və ya iki təlim texnologiyasından istifadə edildikdə səmərə yüksək olur.
Bu metod klaster də adlanır. Şaxələndirmə dedikdə, mövzudan asılı olaraq hər hansı aparıcı temrinin, açar sözlərin mənalarının açılmasına, dəqiqləşdirilməsinə xidmət edən piyom başa düşülür. Bu priyomdan şagirdlərə ilkin məlumat vermək, məlumatı zənginləşdirmək və ümumi nəticəyə gəlmək məqsədilə istifadə etmək mümkündür. Şaxələndirmə metodundan daha cox ümumiləşdirici dərslərdə istifadə etmək faydalıdır.
Bu priyom tətbiq olunduqda şagirdlər sərbəst düşünür, kollektiv fəaliyyətdə fəal iştirak edirlər. Hər hansı söz üzrə şaxələnmə müəllimin köməyi ilə şagirdlər tərəfindən aparılmalıdır. Bu zaman şagirdlərin müstəqil fəaliyyəti təfəkkürün itiliyini tələb edir. Hər kəs çalışır ki, bu vəya digər əlamətini bildirən sözə aid misalı tez tapsın. Ola bilər ki, müəllim əşyanın adı (termin) ilə əlaqədar qolların hər birini bir qrupa tapşırsın. Belə şəraitdə şagirdlərin fəallığı son dərəcə artır, qruplar arasında yarış baş verir: görək kim həmin şaxə ilə əlaqədar sözləri tez və dəqiq tapar?
Sinfə eyni söz üzrə şaxələndirmə aparmaq da tapşırıla bilər. Şagirdlərin bir-birindən köçürmələrinə yol verməmək məqsədilə onlara iki söz təqdim etmək, işi iki variant üzrə aparmaq daha əlverişlidir. O zaman yanaşı əyləşmiş şagirdlərin hərəsi bir variant üzrə işləməli olur.
Şagirdlər şaxələndirmənin mahiyyətini başa düşdükdən, şaxələndirmə diaqramını qurmağa vərdiş etdikdən sonra sinifdəki hər şagirdə bir sözü şaxələndirməyi tapşırmaq daha maraqlıdır. Şaxələndirmə priyomu şagirdlərin zehnində növ və cins anlayışlarını möhkəmləndirir, onların lügət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir. (Şəkil əlavə et)
|