P.2. Qar topası. Bu priyom xaricən şaxələndirməni xatırladır. Müəllimin sualına şagirdlərin xüsusi vərəqlərdə yazılı cavab verirlər. Bu zaman rəngarəng cavablar alınır. Hamının cavab yazdığını yəqin etdikdən sonra müəllim sinfi qruplara ayırır. Qruplarda hər bir şagirdin cavabı müzakirə edildikdən sonra, qrupun cavabı hazırlanır. Cavablar kağıza yazılır. Hər bir qrupun cavabı onun lideri tərəfindən elan olunur. Cavabların fərqli olması istisna edilmir.
Müəllim qrupların cavablarını qiymətləndirir və ümumiləşdirmə aparır. Oxşar və fərqli cəhətlərini kagızda (yazı taxtasında) yazıb, şagirdlərə təqdim edir. Şagirdlər nədə səhbə yol verdiklərini anlayır, sualın düzgün cavabını öyrənirlər.
Qar topası
Sxem üzrə hərəkət edilir
1-ci mərhələ. Müəllimin qoyduğu suala şagirdlər fərdi şəkildə cavab verir, öz fikirlərini kağız vərəqində qeyd edirlər.
2-ci mərhələ. Qruplara bölünmə aparılır, uşaqlar elə həmin məsələ üzrə qrup işinə başlayır və öz rəyini ümumiləşdirirlər. Qrup öz rəyini vatman kağızı vərəqi üzərində qeyd edir, sonra öz işini təqdim edir.
3-cü mərhələ. Müəllim qrupların rəyini ümumiləşdirir, təqdim olunmuş işlərdəki oxşar bəndləri aşkar edir və bunları ayrıca vatman kağızı vərəqinə yazır.
|