İxtisas: Təsviri incəsənət müəllimliyi
Kurs: II
Fənn: Pedaqogika -2
Mövzu: Diskussiya, debat, rollu oyunlar, Venn diaqramı, kublaşdırma metodları
Ədəbiyyat siyahısı:
1.Kərimov Y. Təlim metodları. Bakı: 2009, 275 səh., s.215-232
2.Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004, 510 səh., s. 195-225
3. Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı:“Elm və Təhsil”, 2016, 456s.
Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru
Plan:
Diskussiya metodu
Debat metodu
Rollu oyunlar metodu
Venn diaqramı metodu
Kublaşdırma metodu
P.1. Bu üsul həm müəllim, həm də şagirdlər üçün universaldır. Bu üsul onların qoyulmuş problemlərə və suallara münasibətini öyrənməyə imkan verir. Şagirdlər verilmiş mövzunu 10-20 dəqiqə ərzində müzakirə edirlər. Diskussiya şagirdlərə tarix, vətəndaşşünaslıq, hüquqi xarakterli məsələlər və digər fənlərə aid mühüm problemlərin müstəqil şəkildə müzakirə etmək imkanı verir, informasiya toplamaq vərdişlərini və fəallığını inkişaf etdirir, bütün şagirdlərə öz nöqteyi-nəzərini bildirmək və eyni zamanda mübahisədə kiminsə üstünlük qazanmaq imkanlarını məhdudlaşdırır.
Bu üsul həmçinin, müəllimin tələbi olmadan fikir mübadiləsinə kömək edir, dinləmək, növbə ilə danışmaq, tolerantlıq nümayiş etdirmək bacarıqlarını inkişaf etdirir.
Tətbiq etmək qaydası.
Başlanğıcda şagirdlərə diskussiyanın aparılmasının əvvəlcədən tərtib edilən əsas qaydalarını xatırlatmaq yaxşı olardı:
1. Danışanı dinləmək.
2. Eyni vaxtda yalnız bir adam danışa bilər.
3. Çıxış etmək istəyi varsa, əlini qaldırmalıdır.
4. Danışanın sözünü kəsməmək.
Müəllim keçiriləcək diskussiyanın mövzusunu əvvəlcədən elan edir. Diskussiyanın gedişində o, yazı taxtasından asılmış vatman kağızı vərəqində yazılmış mövzu və plan haqqında məlumat verir. Sonra diskussiyanın başlanması üçün işarə verir. Müəllim diskussiyanın gedişinə qarışmır, sonda isə yekun vurur.
P.2. Debatlar şagirdləri həyəcanlandıran, xarakterli, mübahisəli mövzular üzrə planlaşdırılmış xüsusi dialoqdur.
Debatların məqsədi öz mövqeyini, nöqteyi-nəzərini dəlil-sü-butlu şəkildə, sakitcəsinə müdafiə etməyi şagirdlərə öyrətməkdir.
İştirakçılar müzakirə olunan mövzunun “lehinə” və “əleyhinə” olan dəlilləri gətirməli və opponentlərini öz mövqeyinin düzgün ol-duğuna inandırmağa çalışmalıdırlar.
Debatların aparılmasının 2 forması mövcuddur: şifahi və yazılı.
- Yazılı debatlar - tərəflər arasında yazılı dialoq formasıdır.
- Debatlar cütlüklər, ya da üç-dörd nəfərlik qruplar şəklində aparıla bilər.
- Debatlar A-4 (albom) və A-1 (vatman) vərəqlərində, xüsusi forma üzrə keçirilir.
- Debatlar zamanı şagirdlər yalnız öz dəlillərini təqdim etmir, həm də digər tərəfin dəlillərinə cavab verirlər.
- Debatlar şagirdlərin müzakirə olunan məsələ ilə bağlı fikir-lərini dərinləşdirir, onları diskussiya mədəniyyətinə alışdırır.
Tətbiq etmək qaydası
1. Müəllim şagirdlərə debatların necə keçirildiyini izah edir: bir qrup mövzusunu təsdiq edir və öz mövqeyini sübuta yetirir, digəri isə həmin mövzunu təkzib edir və öz sübutlarını təqdim edir.
2. Şagirdlər debatın keçiriləcəyi mövzu ilə irəlicədən tanış olurlar.
3. Sinif ya cütlüklərə, ya da cüt saylı qruplara, məsələn, hərəsində üç şagird olmaqla 8, yaxud 10 qrupa bölünür.
4. Müəllim şagirdlərə sinif otağının hər iki tərəfi boyu düzülmüş stullara əyləşməyi təklif edir və püşkatma yolu ilə hər qrupun üzvlərinin hansı nöqteyi-nəzəri müdafiə edəcəklərini müəyyənləşdirir.
5. Sinif otağının hər iki tərəfində əyləşmiş qruplar iki-iki yazılı dialoqa başlayırlar. Birinci qrupdan olan şagirdlərə öz dəlilinin formalaşdırılması üçün 5 dəqiqə vaxt verilir. Həmin dəlil kağız vərəqinə yazılır.
6. Sonra vərəqlər opponentlərə ötürülür və onlara öz tərəf-müqabillərinin dəlillərinə cavablarını formalaşdırmağa və yazmağa, eləcə də öz əks-dəlillərini şərh etməyə 8 dəqiqə vaxt ayrılır.
7. Bu cür mübadilə prosesi 2-3 dəfə təkrarlanır, özü də bu zaman hər şagird mütləq tərəf-müqabilinin dəlilinə cavab verməli və öz dəlilini də buraya əlavə etməlidir. Adətən 3-4 raund kifayət edir. Sonuncu raundda şagirdlərə nəticəni yazmaq imkanı verilir. Bundan sonra işlər yığılır (əgər A-4 formatlı kağızda yerinə yetirilmişsə), yaxud bunların təqdimatı keçirilir (əgər iş A-1 formatlı kağızda icra edilmişsə). Əgər qruplarda icra olunmuş işlərin təqdimatı keçirilir-sə, dəlillər və əks-dəlillər iki şagird tərəfindən oxunur. Çox vacibdir ki, oxu zamanı müəllim şagirdlərin yalnız öz cavablarını oxumasına, mübahisəyə girişməməsinə, bir-birinin dəlillərini “saf-çürük” etməsinə göz yetirsin, çünki bunlar yazılı debatlardır və şagirdlər öz fikirlərini yazılı formada bildirirlər.
Əgər işlər A4 formatında və cütlükdə yerinə yetirilibsə, onda həmin işlər toplanır və müəllim tərəfindən qiymətləndirilir.
8. Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış aşağıdakı sual ola bilərdi: “Rəqibin ən yaxşı dəlilləri hansılar idi?”
|