• Kublaşdırma
  • Kurs: II fənn: Pedaqogika -2 Mövzu




    Download 494 Kb.
    bet50/76
    Sana13.06.2021
    Hajmi494 Kb.
    #15002
    1   ...   46   47   48   49   50   51   52   53   ...   76
    P.4. Venn diaqramı

    Venn diaqramı kəsişən iki və ya daha artıq çevrə üzərində qurulur. Çevrələrin üst-üstə düşdüyü hissədə yazmaq üçün kifayət qədər yer olmalıdır. Həmin hissədə sözü gedən məsələnin oxşar yaxud ümumi cəhətləri qeyd olunur. Tutaq ki, şagirdlər coğrafiyadan və ya tarixdən iki ölkəni müqayisə edirlər. (Hər bir fənnə aid müqayisə olunan məsələ, obyekt ola bilər). Venn diaqramı vasitəsi ilə oxşar və ya fərqli cəhətləri vermək olar. Sinif qruplara bölünür, mövzuya aid mətn paylanılır. Müəllim qruplara tapşırır ki, mətnlə tanış olsunlar və onlara təqdim olunan ağ kağızlar üzərində Venn diaqramı qursunlar. Bu zaman müəllim diaqramı yazı lövhəsində qurur. Diaqramın kənar hissələrində (çevrələrin) fərqli cəhətlər, üst-üstə düşən hissədə isə oxşar cəhətlər yazılır. Qruplarda iş bitdikdən sonra hər qrup öz işini təqdim edir. Dərsin sonunda müəllim fikirləri ümumiləşdirərək lövhədə qurulmuş Venn diaqramında qeydlər edir və son nəticəni söyləyir. Bu diaqramdan bütün fənlərin tədrisi zamanı istifadə etmək əlverişlidir.


    P.5. Kublaşdırma (Kovan E. və Kovan C., 1980) mövzunun hərtərəfli öyrənilməsi məqsədilə şagirdləri onu təsvir və müqayisə, əlaqələndirmə, təhlil, tətbiq və mübahisə etməyə istiqamətləndirir.

    Məqsəd:

    1. Mövzuya müxtəlif cəhətlərdən nəzər salmağın planlaşdırılması;

    2. Məntiqi və tənqidi təfəkkürün inkişafı;

    3. Cisim və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılması;

    4. Qiymətləndirmə bacarığının formalaşdırılması;

    5. Təhlil prosesinin inkişaf etdirilməsi;

    6. Əməkdaşlıq vərdişlərinin formalaşdırılması;

    Bu metod müəllim mövzusunu, situasiyanı və s. tədqiq etmək istədikdə istifadə olunur. Bununla da şagirdlər mürəkkəb və inteqrativ yanaşmalar üçün tələb olunan bacarıqları inkişaf etdirmək imkanı əldə edirlər.



    Alqoritm:

    1. Kub düzəltmək (kiçik, 15-20sm tili olan, kağızdan hazırlanır)

    2. Kubun hər üzünə verilən altı qısa göstərişdən birini yazmaq: Təsvir et; Müqayisə et; Əlaqələndir; Təhlil et; Tətbiq et; Lehinə yaxud əleyhinə mübahisə et.

    3. Müzakirə olunan cisim və ya hadisəni müəyyənləşdirmək;

    4. Sinfi 6 qrupa bölmək və tapşırıq mövzuları vermək. Hər qrup kubun 1 göstərişi üzrə iş aparır.

    5. Şagirdləri təlimatlandırmaq (nümunə, hər bir addımın izahı);

    6. Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edir:

    a) Təsvir etmək: rənglər, formalar, ölçülər və s.

    b) Müqayisə etmək: oxşar və fərqli cəhətlər hansılardır?

    c) Əlaqələndirmə (assosasiya yaratmaq): Bu sizi nə haqda düşünməyə vadar edir? Nəyi xatırladır?

    d) Təhlil etmək: onun nədən və necə hazırlandığını təsvir et.

    e) Tətbiq etmək: Sən onunla nə edə bilərsən? Sən ondan necə istifadə edə bilərsən?

    f) Onun lehinə və ya əleyhinə çıxış et və öz mövqeyini dəstəkləmək üçün arqumentlər təqdim et: O yaxşıdır yoxsa pisdir? Niyə?

    7. Təqdimat edirlər; İştirakçılar mövzu haqqında sonradan təqdim edəcəkləri bir-iki paraqraflıq təqdimata daxil edə biləcəkləri yeni ideyalar axtara bilərlər.İştirakçılar yekun paraqraflar ilə bölüşə bilərlər.

    8. Nəticə çıxarırlar, ümumiləşdirmə aparırlar;

    9. Yekun iş lövhədən və ya sinif otağının divarlarından asıla bilər.



    Şərtlər:

    1. Kiçik qruplar və bütün siniflə;

    2. Bilik və bacarığının səviyyəsinin mövcudluğu;

    3. 20-25 dəqiqə (materialdan və yaş səviyyəsindən asılı olaraq);

    4. Ümumiləşdirmə, inteqrativ blok dərs;

    5. Dərsin mərhələləri – tədqiqat mərhələsində;


    Vasitələr: lövhə, markerlər, iş vərəqləri, kağız, paylayıcı materiallar, tablolar – anlayışları açmaq üçün, ensiklopediya, dərslik, əlavə ədəbiyyat, maqnitofon, audiokaset, şəkillər, videofilm, qutular;


    Download 494 Kb.
    1   ...   46   47   48   49   50   51   52   53   ...   76




    Download 494 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Kurs: II fənn: Pedaqogika -2 Mövzu

    Download 494 Kb.