• Müəllim
  • Kurs: II fənn: Pedaqogika -2 Mövzu




    Download 494 Kb.
    bet51/76
    Sana13.06.2021
    Hajmi494 Kb.
    #15002
    1   ...   47   48   49   50   51   52   53   54   ...   76
    Yarana biləcək problem:

    1. Vaxt çatışmazlığı;

    2. Nəticə çıxarılmasında problemlər;

    3. Tam əhatə olunmaması.



    İxtisas: Təsviri incəsənət müəllimliyi

    Kurs: II

    Fənn: Pedaqogika -2

    Mövzu: Təlim metodlarının seçilməsi və funksiyaları

    Ədəbiyyat siyahısı:

    1.Kərimov Y. Təlim metodları. Bakı: 2009, 275 səh., s. 239-270

    2.Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004, 510 səh., s. 195-225

    3. Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı:“Elm və Təhsil”, 2016, 456s.



    Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru

    Plan:

    1. Metodların təlimedici funksiyası

    2. Metodların tərbiyələndirici funksiyası

    3. Metodların inkişafetdirici funksiyası

    4. Təlim metodlarının seçilməsi


    P.1. Müasir dərsdə yalnız tədris vəzifələrini deyil, təlim, tərbiyə və inkişafın bir-biri ilə qarşılıqlı əlaqədə olduğu kompleks vəzifələrin planlaşdırılmasını tələb edir. Bu vəzifələr məzmun, metod, priom, təşkilatı forma, bir sözlə, bütün pedoqoji vasitələrin həyata keçirilir. Təlim metodunun əsas funksiyaları təlimedici, tərbiyələndirici və inkişafetdirici funksiyalardır. Q.İ.Şukina fəaliyyətə təhriketmə funksiyasını da əlavə edir. Fikrimizcə, təhriketmə inkişaf etdirici funksiyada ehtiva oluna bilər.

    Metodların təlimedici funksiyası aparıcı vəzifədir.Bu funksiyanın mahiyyəti dərsdə qoyulmuş didaktik vəzifəyə tam uyğun olaraq dəqiq və adekvat metodun seçilməsində məz­mu­nun son dərəcə aydınlığının və ifadəliliyinin təmin edilməsində özünü göstərir.Bu funk­siya effektivliyi adətən əks əlaqənin köməyi ilə müəyyən eddilir. Şagird yiyələndiyi bilik­lərdən yeni biliklərin əldə olunması üçün istifadə edə bilirsə, deməli, təlimedici funksiya yerinə yetirilir.

    "Yaxın inkişaf zonası" ideyası uşaqların yaşıdları və böyüklərlə əlaqəli şəkildə nəyi et­mə­yə qabil olduqlarını başa düşərək idraki öyrənməni daha çətin mərhələlərə yüksəltmək yollarını müəyyən edir. L.S.Vıqotskiyə görə uşaqların inkişafı bioloji qüvvələrin təsiri ilə konkret mərhələlər üzrə gedir, lakin mühit, mədəniyyət inkişafı daha yüksək əqli funksi­yalara doğru yönəltməyi lazım bilir.

    P. 2. Əvvəllər təlim prosesində tərbiyəvi iş dərsin müəyyən hissəsində,onun üçün bila­vasitə şəraitin olduğu anda yerinə yetirilərdi. Adətən bir çox hallarda material şərh olunub başa çatdıqdan sonra tərbiyəvi nəticə çıxarılardı. Belə tərbiyəvi anların təşkili isə mükəmməl, təsirli tərbiyəvi ıs aparmağa imkan vermirdi. Yaxşı müəllimin fəaliyyətində tərbiyəvi iş dərsin bu və ya digər aninda deyil, bütün dərs boyu aparılır, bütövlükdə təlim prosesi tərbiyə edir. Təlim prosesində tərbiyəvi işin təşkili tədris olunan materialın məzmu­nundan və dövlətin ideologiyasından asılı olur. Təlim metodlari əxlaqa, estetik tərbiyəyə, şəxsiyyətin bütün mənəvi xassələrinə təsir göstərir. Frontal müsahibə zamanı təəssüratların mühakimələrin, qiymətləndirmə­nin mübadiləsi prosesi baş verir. Kollektiv fəaliyyətdə əməli şəxsiyyətlərarası münasi­bət­lər möhkəmləndirilir, məktəblərinin şəxsiyyətinin ictimai istiqamətliliyi formalaş­dırılır. Nə qədərki müəllimin şəxsiyyəti tərbiyənin mühüm faktoru­dur təlim prosesində tərbiyə zamanı müəllimin emosional münasibəti, emosional münasi­bəti, emosional reak­si­yası böyük əhəmiyyət kəsb edir. Müəllim öz şəxsiyyəti, münasibəti, mimikası, nitqi, vicdanlılığı, iradi, etirazı, laqeydliyi, cəzalandırılması qiymətləndirilməsi, haqsızlı­ğa qarşı çıxan uşağı müdafiə etməsi,qayğısı ilə nümunə olmalıdır. Bütün bunlar şagirdlərə təhsil almağa emosional münasibət tərbiyə edir, təlimin keyfiyyətini yüksəldir. Təlim prosesində tərbiyə ibtidai təlimin metodik sisteminin təkmilləşməsində öz həllini tapır.Təlim prosesində müəllimin hər bir fərdə tərbiyəvi təsiri onun metodu necə seçmə­sindən və şagirdin fəaliyyətini necə qurmasından asılıdır.

    P.3. Pedoqogikanın aparıcı nəzəriyyəsi inkişafetdirici təlimdir.Tarixən təlim bütöv­lük­də təhsil prosesində müəllim şagirdlərin idrak fəaliyyətini idarə edir,onu inkişaf etdirir. İnkişafetdiririci təlim anlayışı uşağın inkişafının öyrənilməsi ilə bağlı tədqiqatlar prose­sində, onun təfəkkürünün müxtəlif səviyyələri, tiplərinin öyrənilməsi və başqa psixi funk­si­yaların öyrənilməsi, fəaliyyətin psixi nəzərriyəsinin yaradılması prosesində ibtidai təlim təcrübəsinə daxil olmuşdur.

    İnkişafetdirici təlimin əsas göstəricisi odur ki, təlim uşağın "ən yaxın inkişaf zonası"na (L.S.Vıqotski) istinadən inkişafı özünün arxasınca aparır. Başqa sözlə, təlim inkişafın önündə gedir."İnsan fəaliyyətdə inkişaf edir" deyimi təlim və tərbiyənin metodoloji əsasını təşkil edir.İkişafetdirici təlim sistemi 1959-cu ildə yaranmış və 3 illik ibtidai təhsil mərhələsinə istiqamətlənmişdi. O zaman bu, böyük irəliləyiş hesab olunurdu. 1994-cü ildə Moskva şəhərində ümumitəhsil məktəbi nəzdində yeni "məktəb laboratoriya" adlanan təlim tərbiyə kompleksi yaradılmışdı. Bu məktəbdə ilk dəfə akade­mik V.V.Davıdovun rəhbərliyi altında inkişafetdirici ibtidai təhsilin 4 illik modelini keçid reallaşdı.



    L.S.Vıqotski əqli inkişafı məktəb təlimi üçün mərkəzi problem hesab edirdi. Burada ayrı-ayrı psixi proseslərin inkişaf planında deyil, həm də böyük ölçüdə funksiyalar və onların dəyişmələrinin inkişafi nəzərə alınmalıdır. L.S.Vıqotski qeyd edirdi ki, təfəkkürün intensiv inkişafi anından bütün başqa funksiyaların intellektləş­diril­məsi başlayır; uşaq bu funksiyaları düşünməyə başlayır, özünün psixi fealiyyətinə ağıllı yanaşır. Təlim prosesində bütün funksiyaların qarşılıqlı əlaqəsi kıçık məktəb yaşı dövründə yeni əmələ gələnlərin inkişafı hesabına dərketmə (təfəkkür) və mənimsəmə (sərbəstlik) hesabına yerinə yetirilir.

    İnkişafetdirici təlim tədris-tərbiyə prosesinin qanunauyğunluqları və prinsipləri­nin ümumi sistemi əsasında baş verir. Onların başlıcaları bunlardır: sosial cəhətdən Qanunauy­ğunluqlara, əsaslanmış təhsil, tərbiyə və inkişafın qarşılıqlı əlaqəsi; problemli­lik; fərdi­ləşdir­mə və fərdi yanaşma; şagirdlərin təlim prosesini şüurlu başa düşmələridir. Şagirdlərin təfəkkürünün formalaşmasına müsbət təsir göstərmək üçün onların bacarıq və vərdişlərinin inkişafını təmin eden proqram və dərsliklərin olması vacibdir. Hansı bacarıqlar tələb olunur:

    1)təşkiledici-əməyin elmi təşkilinin əsas başlanğıcının öyrədilməsi;

    2)informasiya-informasiyanı əldə etmək,işləmək,qorumaq;

    3)intellektual-əqli əməyin metod və priyomlarını bilmək;

    4)kommuniaktiv-şifahi və yazılı nitq vərdişlərinə yiyələnmək.

    Problemli şəraitində inkişafetdirici ünsiyyət texnologiyası yetişir.Biliklərə yiyələ­nər­kən şagirdlər yalnız onun məzmununu mənimsəmir, həmdə öz idraki imkanlarını maraq və meylini inkişaf etdirirlər. Fikirləşməyi, axtarmağı yaratmağı öyrənirlər. Bu baxımdan tədris faəliyyəti şəxsiyyətin formalaşmasının ən mühüm mənbəyidir.

    Yuxarıda qeyd olunduğu kimi, təlimin inkişafetdirici funksiyası həmişə diqqət mərkə­zində olmuşdur. Bu gün geünış vüsət alan evristik təlim inkişafetdirici təlimdən fərqlənir. Evristik təlim inkişafetdirici təlimdən yalnız şagirdin inkişafına görə deyil, həmdə təhsilin troyektoriyasına (məqsədin,texnologiyanın,məzmunun,tədrisin variantlarının inkişafı da daxil olmaqla)görə fərqlənir.




    Download 494 Kb.
    1   ...   47   48   49   50   51   52   53   54   ...   76




    Download 494 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Kurs: II fənn: Pedaqogika -2 Mövzu

    Download 494 Kb.