• Hesabat metodu
  • Orqanoleptiki metodla
  • Ekspert metodunda
  • Sosioloji metod
  • Malların keyfiyyəti haqqında ümumi məlumat




    Download 244,63 Kb.
    bet5/5
    Sana29.11.2023
    Hajmi244,63 Kb.
    #107385
    1   2   3   4   5
    Bog'liq
    Layihə işi funksional yeni

    Qeydiyyat metodu müəyyən hadisələrin, əşyaların və ya xərclərin miqdarının hesablanması (qeydiyyatı) yolu ilə alınan informasiyaların istifadəsinə əsaslanır. Bu üsulla qəbul, saxlanılma və satış, eyni zamanda əmtəələrin və maddi sərvətlərin qiymətləndirilməsi zamanı partiya malda qüsurlu məmulatın olmasını müəyyən edirlər.
    Hesabat metodu məhsulun keyfiyyət göstəricilərinin onun parametrlərindən nəzəri və ya empirik asılılıqlardan istifadəyə əsaslanır. Bu metodu yeni məhsul istehsalı və onu layihələndirməsi zamanı tətbiq edirlər. Çünki bu mərhələdə məhsul hələ eksperiment tədqiqat obyekti ola bilməz.
    Orqanoleptiki metodla insan hiss üzvləri vasitəsilə qəbul etdiyi informasiyalar (görmə, eşitmə, dad və iybilmə, lamisə hissi) istifadə edilir. Bu metodun tətbiqi zamanı alınan nəticələrin dəqiqliyi və düzgünlüyü bu işi yerinə yetirən şəxsin peşə hazırlığından və vərdişlərindən, eləcə də xüsusi texniki vasitələrdən istifadə etmək imkanlarından asılıdır. Bu metod spirtsiz və spirtli içkilərin, çayın, qəhvənin, tütün məmulatının və bir çox qənnadı məmulatının keyfiyyətinin qiymətləndirilməsində daha çox tətbiq edilir. Orqanoleptiki metodun əsasını dequstasiya üsulu təşkil edir ki, bu üsul da dequstatorların seçilməsini və öyrədilməsini tələb edir.
    Ekspert metodunda keyfiyyət göstəricilərinin qiymətləndirilməsi mütəxəssis-ekspertlər qrupu tərəfindən qəbul edilən qərara əsasən həyata keçirilir. Belə qruplara müxtəlif istiqamətlər üzrə nəzəri biliyə və ayrı-ayrı məhsullar üzrə praktiki vərdişə malik olan mütəxəssislər daxil edilirlər. Qrupun üzvlərindən hər biri həlledici səsə malik olur. Bu üsulun düzgünlüyü ekspertlərin kvalifikasiyasından, onların səriştəsindən, onların orqanizminin fizioloji xüsusiyyətlərindən, bu işin təşkili səviyyəsindən çox asılıdır.
    Sosioloji metod məhsulun faktiki istehlakçılarının fikri haqqında informasiyaların toplanmasına və analizinə əsaslanır. Informasiyanın toplanması şifahi sorğu vasitəsilə və ya əhali arasında anketlərin yayılması ilə, həmçinin konfransların, sərgilərin və s. təşkili yolu ilə həyata keçirilir. Əldə olunan informasiya ümumiləşdirilir və riyazi üsulla işlənir.
    ƏDƏBİYYAT
    1. T.R.Osmanov, Qeyri-ərzaq mallarının əmtəəşünaslığı vı ekspertizasının əsasları, Bakı 2014.
    2. Əhmədov Ə.İ.,Osmanov T.R "İstehlak mallarının keyfiyyətinin funksional və erqonomik xassələri". Dərs vəsaiti. Bakı 2019.
    3. Həsənov Ə.P, T.R. Osmanov və başqaları. Əmtəəşünaslığın nəzəri əsasları, Bakı 2003.
    4.Голубенко, О. А. Товароведение непродовольственных товаров,
    Альфа-МИНФРА-М, 2013.
    5.Калачев, С. Л. Теоретические основы товароведения и экспертизы . М, 2011
    Download 244,63 Kb.
    1   2   3   4   5




    Download 244,63 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Malların keyfiyyəti haqqında ümumi məlumat

    Download 244,63 Kb.