|
Malların keyfiyyəti haqqında ümumi məlumat
|
bet | 4/5 | Sana | 29.11.2023 | Hajmi | 244,63 Kb. | | #107385 |
Bog'liq Layihə işi funksional yeniestetik göstəricilər, malın estetik xassələrini xarakterizə edir. Belə göstəricilər təsirliliyi, formanın səmərəliliyini, kompozisiyanın tamlığını, məhsul istehsalının təkmilləşdirilməsini və onun mal görünüşünün sabitliyini xarakterizə edir. Ərzaq malları estetik xassələrinə görə insanın estetik tələblərini ödəyir.
Malın xarici görünüşü – onun vacib göstəricisidir. Mal qəşəng görünüşlü olmalı, alıcıda yaxşı təəssürat yaratmalı və ticarət zalında alıcını özünə cəlb etməlidir. Ərzaq mallarının qablaşdırılması üçün hazırlanan bükücü materialların tərtibində onların rəngi, bəzəyi, firma nişanı, reklam mətni və malın ad şrifti nəzərə alınmalıdır.
Ərzaq mallarının ayrı-ayrı növlərinin seçilməsində etiket və firma işarələrinin rolu böyükdür. Etiketin əsas təyinatı istehlakçıya estetik cəhətdən təsir etməkdən ibarətdir. Etiketin bədii motivinin və onun stilinin yaradılması, bu və ya digər qida məhsulunun reklamlaşdırılmasının xüsusi vəzifəsi hesab olunur.
funksional göstəricilər ərzaq mallarının təyinatına uyğunluğunu və tələbi ödəmə qabiliyyətini xarakterizə edir.
təhlükəsizlik göstəriciləri istehlak prosesində məmulatın orqanizm üçün ziyansız və təhlükəsiz olması xüsusiyyətlərini xarakterizə edir. Bu göstəricilər ilə əlaqədar müəyyən olunmuş tələblər insanı təhlükədən və onun səhhəti üçün ziyanlı təsirlərdən qorumalıdır. Ərzaq mallarında alfatoksinlərin, pestisidlərin və ağır metal duzlarının miqdarı bu baxımdan normalaşdırılır.
ekoloji göstəricilər, məhsul istehlak edilərkən ətraf mühitə təsiri xarakterizə edir. Məsələn, tütün məmulatı çəkilərkən tüstü ilə birlikdə ayrılan nikotin buna misal ola bilər.
Ərzaq mallarının keyfiyyətinin yüksəldilməsi onların insan orqanizmi üçün fizioloji əhəmiyyətini artırır, xammal və materiallara qənaət etməyə, əhali tələbinin daha dolğun ödənilməsinə və eyni zamanda istehsal olunan məhsulların dünya bazarına çıxarılmasına müsbət təsir göstərir.
Əhalinin maddi səviyyəsinin yüksəldilməsi və texniki tərəqqinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq ərzaq mallarının keyfiyyətinə tələbat arası kəsilmədən artır. Müasir dövrdə əhali daha çox keyfiyyətli, yüksək qidalı və ekoloji cəhətdən zərərsiz və nöqsansız ərzaq məhsulları istehlak etməyə üstünlük verir.
Yüksək keyfiyyətli ərzaq məhsulu istehsal etmək xammala və maddi ehtiyatlara qənaət etmək, nəticə etibarı ilə cəmiyyətin tələbatını daha dolğun ödəmək deməkdir. Məhsulların keyfiyyətinin daimi yüksəldilməsi iqtisadiyyatın inkişafı üçün zəruri tələblərdən biri hesab edilir.
Məhsul keyfiyyətin yüksəldilməsində əsas şərtlərdən biri onun keyfiyyətinin düzgün idarə olunmasıdır. Ərzaq mallarının keyfiyyətinin idarə olunması ilə keyfiyyətə daimi nəzarət edilməsini və onun səviyyəsinin vaxtaşırı qiymətləndirilməsini tələb edir.
İstehlak mallarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsi metodları həm də informasiyanın alınma üsullarına (ölçmə, qeydiyyat, orqanoleptik, hesabat) və mənbələrinə (ənənəvi, ekspert, sosioloji) görə fərqləndirilir.
Ölçmə metodu texniki ölçmə vasitələrindən, reaktiv və qablardan istifadə edilərək alınan informasiyalara əsaslanır. Bu zaman ampermetr, kalorimetr, refraktometr, aerometr, laktodensimetr və s. bu kimi cihazlardan istifadə edilir. Bu üsulla təyin olunan keyfiyyət göstəriciləri dəqiq ölçü vahidləri (millimetr, qram, dərəcə və s.) ilə göstərilir.
|
| |