|
Malların keyfiyyət göstəriciləri
|
bet | 2/5 | Sana | 29.11.2023 | Hajmi | 244,63 Kb. | | #107385 |
Bog'liq Layihə işi funksional yeniMalların keyfiyyət göstəriciləri
Keyfiyyət göstəriciləri dedikdə, malların xassələrinin kəmiyyətcə xarakterizə edilməsi başa düşülür. Müəyyən istismar (istehlak) şəraitinə tətbiq edilərkən xassə göstəriciləri müəyyən tələbatı ödəyən yararlılıq dərəcəsini ifadə edir.
Keyfiyyət göstəriciləri adətən vahid, kompleks, inteqral, baza, ümumiləşdirilmiş və nisbi göstəricilərlə ifadə edilir.
Malın keyfiyyət göstəricisi onun yalnız bir xassəsinə aid olursa, belə keyfiyyət göstəricisi vahid keyfiyyət göstəricisi adlanır: məsələn, ətirin qoxusunun dayanıqlılığı, ağacın teksturası, parçanın fakturası və s.
Əgər malın keyfiyyət göstəricisi onun bir neçə xassəsinə aid olarsa, o zaman o, kompleks göstərici adlanır. Kompleks göstərici keyfiyyəti təşkil edən müəyyən qrup xassələrin cəmi ilə xarakterizə edilir.
Əgər zəruri vahid göstəricilərdən biri sıfıra bərabər olarsa, bu zaman kompleks göstəricisi sıfıra bərabər olur. Bu onu göstərir ki, məhsul yararsızdır və hətta bir göstəricisinə görə belə bu, keyfiyyətli bir məhsul sayıla bilməz. Lakin keyfiyyət anlayışı nisbi olduğundan bir neçə zəruri keyfiyyət göstəricisinə görə keyfiyyət səviyyəsi haqqında fikir söyləmək olar.
Keyfiyyətin texniki-iqtisadi səviyyəsini təyin etmək üçün məhsul keyfiyyətinin inteqral göstəricisindən istifadə edilir. Keyfiyyətin inteqral göstəricisi məhsulun istismarında (istehlakı) olan faydalılıq effektinin cəminin, məhsulun istehsalı və istismarı (istehlakı) üçün olan xərclərin cəminə nisbətini əks etdirir. Keyfiyyətin inteqral göstəricisi istehlak dəyərini və dəyərini təyin edən xassə göstəricilərinin nisbətində ifadə edilə bilər.
burada, X – məmulatın istehsal və istismar xərcləridir;
Xi – məmulatın istehsal xərcləridir;
Xis – məmulatın istismar xərcləridir;
K0 – məmulatın əsas istehlak xassələrini xarakterizə edən göstəricidir.
Malın keyfiyyətinin inteqral göstəricisini və istismarda (istehlak) olan faydalılıq effektinin miqdarını hər növ üçün təyin etmək olar.
Bu və ya digər malın keyfiyyətinin yüksəldilməsi problemi həll edilərkən onun iqtisadi məqsədəuyğunluğu, yəni istismar (istehlak) zamanı müvafiq iqtisadi səmərə almağa imkan verən iqtisadi optimal keyfiyyətini nəzərə almaq zəruridir.
Malın optimal keyfiyyət səviyyəsi dedikdə, minimum ictimai əmək sərf etməklə müəyyən tələblərin ödənilməsini təmin etmək, bütün xassələrin müvafiqliyini başa düşmək lazımdır.
Mal keyfiyyətinin müqayisəli qiymətləndirilməsi zamanı baza göstəriciləri, yəni etalon kimi qəbul edilmiş malın keyfiyyətini xarakterizə edən göstəricilər tətbiq edilir.
Baza göstəriciləri kimi təcrübi, yaxud nəzəri yolla təyin edilmiş cari istehsal olunan nümunələrin keyfiyyət göstəriciləri, həmçinin ya yerli, yaxud da xarici istehsalatın ən yaxşı nümunələrinin göstəriciləri, eyni zamanda perspektiv nümunələrin göstəriciləri qəbul edilə bilər. İstehsalatın təkmilləşdirilmə dərəcəsindən və alıcıların tələbinin yüksəldilməsindən asılı olaraq etalon nümunələr nisbətən perspektiv nümunələrlə əvəz edilir. Baza keyfiyyət göstəriciləri vahid, kompleks və inteqral olmaqla üç qrupa bölünür.
Malın ümumiləşdirilmiş keyfiyyət göstəriciləri dedikdə, keyfiyyətin qiymətləndirilməsində əsas götürülən xassələrin məcmusuna daxil olan kompleks göstəricilər nəzərdə tutulur.
Malın keyfiyyətini qiymətləndirən zaman keyfiyyəti təşkil edən xassələr məcmusunun göstəricilərini, müəyyən dövrdə bu mala olan tələbatla müqayisə etmək lazımdır. Lakin bu həmişə mümkün deyildir, belə ki, cəmiyyətin tələbi daim artır və dəyişir. Buna görə də malların keyfiyyətini deyil, onların səviyyəsini qiymətləndirmək daha məqsədəuyğun hesab edilir.
Keyfiyyət səviyyəsi dedikdə, məhsulun keyfiyyət göstəricilərinin məjcmusunun müvafiq baza göstəricilərinin məcmusu ilə müqayisəsinə əsaslanan məhsul keyfiyyətinin nisbi xarakteristikası başa düşülür.
Bu halda malların keyfiyyət səviyyəsi keyfiyyəti qiymətləndirən malın keyfiyyət göstəricilərinin məcmusunun müvafiq baza göstəricilərinin məcmusuna olan nisbəti ilə hesablanır:
burada, K – keyfiyyət səviyyəsi;
Q – qiymətləndirilən nümunənin keyfiyyət göstəricilərinin rəqəmlə ifadəsi;
Qbaz – baza göstəricilərinin rəqəmlə ifadəsidir.
Malın keyfiyyəti həmçinin müəssisənin işinin bilavasitə göstəriciləri əsasında da xarakterizə edilə bilər. Bunlara nöqsanlılıq əmsalı, növlülük əmsalı, keyfiyyətin aşağı olmasına görə alınan reklamasiyaların sayı, 1-ci sortla buraxılan məmulatların sayı, zəmanət müddətində təmirə ehtiyacı olan məmulatların sayı və s. əsas götürülür.
Mal istehlakçısı üçün zəruri olan göstərici yalnız malın keyfiyyəti deyil, həmçinin istehlak xassələrinin saxlanması müddətidir, yəni insanın tələbini ödəmək üçün öz funksiyalarını tam yerinə yetirdiyi vaxtdır.
|
| |