• Malların keyfiyyəti haqqında ümumi məlumat
  • Malın yararlılığı və istehlak xassəsi
  • Malların keyfiyyəti haqqında ümumi məlumat




    Download 244,63 Kb.
    bet1/5
    Sana29.11.2023
    Hajmi244,63 Kb.
    #107385
      1   2   3   4   5
    Bog'liq
    Layihə işi funksional yeni



    Layihə işi
    Ad­: Gülpəri
    Soyad: Abdullayeva
    Qrup:438
    Kurs: 1
    İxtisas: İstehlak mallarının keyfiyyət ekspertizası
    Fənn: Funksional istehlak malları
    Mövzu: İstehlak mallarının keyfiyyət göstəriciləri və onların təyini metodları
    Müəllim: Musayeva Vüsalə

    Bakı-2023



    Malların keyfiyyəti haqqında ümumi məlumat
    Malın keyfiyyəti dedikdə, müəyyən istismar (istehlak) şəraitində təyinata müvafiq olaraq tələbatı ödəmək üçün onun yararlılığını təyin edən xassələrin məcmusu başa düşülür.
    Konkret malın keyfiyyətini yalnız o xassələr təşkil edir ki, onlar malın təyinatına müvafiq olaraq müəyyən istehlak tələbini ödəyir.
    Malın keyfiyyəti cəmiyyətin tələbini ödəməyi nəzərdə tutur və istehlak tələblərinə müvafiq deyilsə, o, yararlı xassələrə malik olsa da, yüksək keyfiyyətli sayıla bilməz.
    Malın yararlılığı və istehlak xassəsi – eyni mənalı anlayış de­yildir. Bəzən təcrübədə keyfiyyət dedikdə, malın yalnız normativ-texniki sənədlərin tələblərinə müvafiq olması başa düşülür. Belə keyfiy­yət istehsal keyfiyyəti adlanır.
    İstehsal keyfiyyəti bütövlükdə keyfiyyət anlayışının dolğun­lu­ğunu əks etdirmir. O, yalnız hazırlanmanın keyfiyyətini xarakterizə edir.
    Malın keyfiyyəti ona xas olan fiziki, kimyəvi və bioloji xassələrin kompleksindən, həmçinin insanın müəyyən istehlak tələbini ödəmək tələbi ilə əlaqədar olan malın funksional, estetik, erqonomik və digər tələblərə müvafiq olmasından asılıdır.
    Yüksək keyfiyyətli mal insanların istehlak tələbini daha dolğun ödə­yir və böyük sorğuya malik olur, aşağı keyfiyyətli mallar isə özü­nə alıcı tapa bilmir və ticarət şəbəkəsində yığılıb qalır. Aşağı key­fiyyətli məhsulun buraxılması istehsalata, ticarətə və alıcı marağına böyük zərər vurur.
    Məhsulun keyfiyyətinin yüksəldilməsi cəmiyyət üçün ən vacib mə­sələlərdən biridir.
    Məhsulun keyfiyyət səviyyəsinə görə bütövlükdə ictimai isteh­salın inkişaf səviyyəsi və təsərrüfatın iqtisadi səmərəliliyi haqqında mühakimə yürüdürlər. Məhsulun keyfiyyəti – dövlət miqyasında planlaşdırma və idarəetmə obyekti olmalıdır.
    Malların keyfiyyətinin yüksəldilməsi onların xidmət müddətini uzadır, xammal və materiallara qənaət edir və əhali tələbini daha dolğun ödəyir və eyni zamanda əhalinin real əməkhaqqının yük­səldilməsinə, yerli malların dünya bazarına çıxarılmasına müsbət təsir göstərir.
    Əhalinin maddi güzəranının və mədəni səviyyəsinin yüksəldilməsi və həmçinin texniki tərəqqinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq malların keyfiyyətinə tələbat arası kəsilmədən artır.
    Məhsulun keyfiyyətinin sistematik olaraq yüksəldilməsi iqti­sa­diyyatın inkişafı üçün zəruri tələblərdən biri sayılır.
    Məhsulun keyfiyyətinin yüksəldilməsində əsas şərtlərdən biri onun keyfiyyətinin düzgün idarə olunmasıdır. Malların keyfiyyətinin idarə olunması isə keyfiyyətə daimi nəzarətin edilməsini və onun səviyyəsinin vaxtaşırı qiymətləndirilməsini tələb edir.


    Download 244,63 Kb.
      1   2   3   4   5




    Download 244,63 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Malların keyfiyyəti haqqında ümumi məlumat

    Download 244,63 Kb.